Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kasıblığa aparan 10 yol
Kasıblığa aparan 10 yol
Göndərən: S_E_M_A
Şərhlər:
Baxılıb: 1808
Səs ver:
Kasıblığı bədbəxtliyə çevirən, ondan xilas olmağa çalışmayan insanlardakı kasıblığa aparan 10 yolla tanış olaq:

1. Özünə yazığı gəlmə hissi - belə insanların özünə yazığı gəlir və əlindən gələni edir ki, ətrafdakılar da ona acısın. Bu hissəsasən qadınlarda  güclü olur. Fikirləşirlər ki, "Mən kişi olsaydım, qarşımda geniş imkanlar olardı, mən onlardan istifadə edərdim". Düşünün, əgər insanın özünə yazığı gəlirsə, onda ətrafdakılardan nə gözləmək olar? İstər-istəməz bu cür tiplər hər kəsin gözündə "şikəst" olur və mənəvi şikəstlik onların məhvinə yol açır.
Özünə yazığı gəlmək insanı inkişafdan saxlayan və kasıblığa aparan bir nömrəli yoldur.

2. Xəsislik - bu, hər zaman alış-veriş mərkəzlərində, ərzaq mağazalarında ucuz qiymət axtaran insanlara aiddir. Bu ona gətirib çıxarır ki, insan uşağının təhsilinə belə xəsislik edir. Səhv düşüncəyə düşüb lazımlı olana xəsislik edən bu cür tiplərin sonu kasıblığa gətirib çıxarır.

3. Sevmədiyin peşə ilə məşğul olmaq - bu cür insanlar sevmədiyi peşədən gələn gəliri heç də xoş qarşılamır, bəzən nifrətlə xərcləyir. Ən yaxşı üsul budur ki, özünüzü rahat, xoşbəxt hiss edəcəyiniz işlə məşgul olun ki, əlinizə keçəni havaya sovurmayasınız, inkişaf edib yüksələsiniz.

4. Pulu uğurla səhv salmaq - bu cür tiplər xoşbəxtlik və uğuru pulda görənlərdir. Gözəl geyimlər, brend kosmetik vasitələr, əyləncə və əşyalara, bahalı səyahətlərə pul xərcləyən bu cür insanlar pulun dəyərini yalnız bitdikdən sonra anlayır.
 
 
 
 
5. Həddən çox xərcləmək - bu cür insanlar da az deyil. Onlar kreditlə yaşamağı sevənlərdir. Gələn gəliri düşünmədən, hesablamadan hər istədiyini kreditlə alır və təbii ki, aldıqlarını satmaqla sonlarını gətirirlər.

6. Ani faydaları seçmək - insan bəzən istədiyini kiçik bir şirkətdə işləməklə almaq iqtidarında olmadığını anlamır. Həmişə ən bahalıya sahib olmaq üçün ani gələn gəlirdən faydalanmaq istəyi ilə əlindəkini də itirir. Düşünmək lazımdır ki, hər ani gələn gəliri xərcləmək yox üst-üstə yığmaq lazımdır.

7. Sızıldamaq - Həyat çətindirmi? Dözülməzdirmi? Uğura gedən yol bağlıdırmı? Cinayətlər çoxalıbmı? Bu cür suallar hər birimizin beynində var və bu suallar var deyə yaşamayaqmı? Ağıllı insan yolunu gedər, cığırını açar. Sızıldayıb əl çəkmək, yaşamamaq öz günahımızdır.

8. Özünü başqasıyla müqayisə etmək - biri rəfiqəsinin ailəsinə, digəri dostunun bahalı maşınına, o birisi qohumunun villasına həsəd aparıb yerində oturmaqla məşğuldur. Özünü müqayisə etməyi buraxıb ayağa durun, dünya sizindir. İstifadə etməyi bacarın. İnsan istəsə, hər şey edər. Bu istəyi özünüzdə tapın.

9. Sərvət, pul ölçüsü -
əsl sərvət qazanan gəliri xərcləməklə yığılmır. İnsan qazandıqlarını mənasız xərcləməyi, onu saymağı deyil, işlətməyi öyrənməlidir. İnsanlıq qızıl dolu kisə ilə ölçülmür. Sərvəti saymaqla keçən vaxtını ətrafdakılara sərf et. Sayma, ölçmə, kömək et - gələcəyini düşün. Kimsə kasıblıqdan sığortalanmayıb. Heç nə və heç kim əbədi deyil.

10. Özünü ailədən təcrid etmək - ən böyük uğursuzluq ailədən uzaq düşməklə gəlir. Ailəni unutmamaq, ona diqqət yetirmək, əl tutmaq, borc vermək, mənəvi dayaq - bunların nəyi pisdir ki? Bir gün itirdiyin sərvət üçün ağlayanda yalnız sevdiklərinin sevgisi səni qaldıracaq. Heç bir ümidin olmayanda səni əhatə edən, sənə qayıdan o sevgi ən böyük sərvətin olacaq. Bunu onda anlamaq üçün indidən ətrafına nəzər et.

Hər nə olur-olsun, mənəviyyatımız kasıb olmasın, insanlığımızı, simamızı itirməyək və Allah bizi kasıbçılıqla imtahan etməsin.


Şərhlər:
Baxılıb: 1808
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz