Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bazarda satılmayan məhsul - İntellekt
Bazarda satılmayan məhsul - İntellekt
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1111
Səs ver:
Ziyalı obrazını yaradan aktyor burnunun ucuna eynək taxıb, yerişində, baxışında elə nüanslar edər ki, inandırıcı olar. Mütəfəkkiri, zehinli və bilikli insanı da «oynamaq» olar. Amma intellekti yox. Aktyorlar yəqin bunu yaxşı bilir - intellekt yeganə roldur ki, onu oynamaq mümkün deyil.

Intellekt düşünmə və bununla bilik qazanma qabiliyyətini əks etdirir. İstənilən məşğuliyyətin uğurlu həyata keçirilməsi və başqa qabiliyyətlərin kökündə duran, sadəcə olaraq kitab oxumaq, dar elmi bilik və təcrübələr ilə bitməyib, ətraf mühiti daha geniş və dərin anlamaq qabiliyyəti, hadisələrin məğzini dərk etmək və düşdüyü vəziyyətlərdə necə hərkət etməyi anlamaqdan ibarətdir.

İntellektin çəkisi

Hamının böyük məmnuniyyətlə kompliment kimi eşitmək istədiyi bu sözün arxasında nə dayanır? Və ən əsası, intellekti necə ölçmək, hansı ölçü vahidiylə hesablamaq olar? Hazırda bütün dünya intellekti İQ vasitəsiylə ölçür. İQ göstəricisi insanın əqli inkişafı, bilik səviyyəsi və məlumatlığını tədqiq eləməyə imkan verən testlər nəticəsində alınır. Müxtəlif göstəriciləri özündə əks etdirən bu testlər dünyada müxtəlif insanların yaşadığını hayqırır. Bu müxtəlifliyə İQ səviyyəsini yoxlamağa cəsarət etməyən insanlar da daxildir.

Dahi uşaq Univerisitet məzunu olan 10 yaşlı Maykl Kevin haqqında eşitmisiz? Yəqin ki, sizə Maykl haqqında oxumaq maraqlı olar. Çünki, Kevin hələ 4 aylıq ikən danışmağa başlayıb. Altı aylığında isə həkimə sol qulağında problem olduğunu bildirib. Ömrünün 10 aylığına qədəm qoyar-qoymaz Kevin oxuyub-yazmağı öyrənib. Onun adı universitet bitirən ən gənc insan kimi Ginnesin rekordlar kitabına düşüb. Bundan əlavə o, "Kim milyonçu olmaq istəyir?" yarışmasının da qalibi olub. Kevin yarışmanın finalında "dosta zəng" köməyindən istifadə edərkən hamı onun sualın cavabını atasından soruşacağını düşünürdü. O isə sadəcə bunu demək üçün zəng etmişdi. "Ata, 1 milyon dolları aldım. Evə gəlirəm" .

1990-cı ildə dünyaya gələn Qriqori Smit isə oxuyub-yazmağı Maykldan bir az gec, yəni iki yaşında öyrənsə də 12 yaşında Nobel mükafatı alır. 10 yaşında Universitetə daxil olan balaca Smit öz dövrünün ən məşhur siyasətçiləri ilə tanış olub BMT-nin Baş Assambleyasında çıxış edir.

Bambalaca boyu var…
Elə düşünməyin ki, bu cür intellektləri özündə əks etdirən vücudlar artıq dünyaya gəlmir. Britaniyanın Cənubi Yorkşir qraflığının Barnsli şəhərində yaşayan üç yaşlı Şervin Şarabi dünyanın ən ağıllı adamlarını birləşdirən beynəlxalq "Mensa Dahilər Cəmiyyəti"nin ən gənc üzvlərindən biri oldu. Bu oğlan intellekt səviyyəsi üzrə testdə 136 ballıq nəticə əldə edib. Yaşlı adamlar üçün bu testdə orta göstərici 100 bal, xüsusi istedadlılar üçün isə 130 bal təşkil edir.

Qeyd: ABŞ prezidentləri Barak Obama və Bill Klintonun bu testin nəticəsinə görə İQ göstəricisi 137 bal, Şakirada isə 140 baldır.

Qeyd edək ki, Şervin 10 aylığında danışmağa başlayıb, 20 aylığında isə artıq mürəkkəb cümlələr qura bilirdi. Hazırda o, xəritədə istənilən dövləti tapır və onun bayrağını göstərir. "O, son dərəcədə biliklidir, demək olar, hər şeyi bilir. O, hətta uşaq verilişlərinə deyil, xəbər buraxılışlarına baxır.” Uşağın 36 yaşlı anası Amanda Şarabi deyirki, "Mən heç vaxt onu nəyisə öyrənməyə məcbur etməmişəm. O, özü yaxınlaşır və hər şeyi soruşur".

Belə gənc yaşda bu qədər yüksək intellekt səviyyəsinə çox nadir hallarda təsadüf olunur. Buna baxmayaraq, Şervin Şarabi rekordçu vunderkindlərə çata bilməyib. Xüsusi intelektə sahib olan uşaqların İQ səviyəsi üzrə sıralanmasını "Mensa” təşkil edir. "Mensa" təxminən 100 ölkədən 110 mindən artıq insanı birləşdirir. Təşkilatınən böyük nümayəndəliyi ABŞ-dadır. Onun 56 mindən çox üzvü var. Böyük Britaniya isə 22 min üzvlə ikinci yerdədir. Ümid edək ki, bir gün bu sıralamalarda biz özümüzü də görəcəyik. Yəqin ki, bunun üçün öncə İQ testindən keçməyə cəsarət etmək lazımdır.

Dahilər hansı ailədə doğulur?

Təcrübəyə görə İQ-nü yoxlamadan, valideynlərin peşələrinə görə uşağın intellektini müəyyən etmək olar. Əlbətdə ki, mütəxəssislər intellektual uşaqlar hansı ailədə, hansı şərtlərlə böyüyür sualına cavab tapmaq üçün müxtəlif təcrübələr keçiriblər. Burada ata və ananın evlilik yaşı, uşağın qidalanması, hətta valideynin çəkisibelə böyük əhəmiyyət daşıyır. Dünyada intellektual uşaq dünyaya gətirməyin hesabına arıqlayan analar da var. Statistikaya görə valideynlərin 30 - 42 yaş arasında dünyaya gətirdikləri uşaqlar daha intellektual olurlar. İntellektin formalaşmasında nə təhsilin, nə də məktəbin rolu var. Çünki bu kiçik yaşlarından, xüsusən məktəbəqədər yaşda formalaşır. Araşdırmalara görə ata - ana yanında böyüyən uşaqlar, nənə - baba yanında böyüyən uşaqlara nisbətən daha intellektual olur. Həmçinin intellekti yüksək olan insanların 90% 1 yaşdan artıq ana südü ilə qidalananlardır. Keysəriyyə əməliyyatı zamanı dünyaya gələn uşaqların intellektinin aşağı olması da mütəxəsislərin gəldiyi nəticədir. Psixoloq Zaytsın fikrincə böyüklərlə daha çox ünsiyyətə girdiyinə görə evin böyük uşağı daha intellektual olur. Bizim nağıllardan belə qəhrəman hesab etdiyimiz sonbeşiklər isə özündən böyük bacı qardaşı ilə oynamaq, ünsiyyətə girmək imkanının geniş olduğundan qəhrəman olur.

"Narınc Uşaq Psixologiya Mərkəzi"nin Nizami filialının rəhbəri
Ruhəngiz Mehmanqızı


Şərhlər:
Baxılıb: 1111
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz