Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaşamaq sevgisi
Yaşamaq sevgisi
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1575
Səs ver:
Yaşamaq sevgisi bol olan qrup yoldaşım Cəvahirə...
Bir ovuc sevgidir yaşamaq, hətta ovuca sığmayacaq qədər də qısa bir müddətdir. Bu müddətin uzunluğu insanların onu necə dəyərləndirməsindən aslıdır, çünki yaşamaq sevgisi insandan – insana dəyişir. Kimisi heç bir nəaliyyət əldə etmədən, heç bir iz qoymadan həyatını yaşayıb gedir. Kimisi də qısa ömrünü elə dəyərləndirir ki, uğurlarının sayı-hesabı olmur. Həyatda hansısa bir mövqeyə çatmaq üçün daima çalışır və qarşısına çıxan bütün maneələri dəf edir.

Yaşamaq sevgisi – ümiddir, sabaha ümidlə baxmaqdır. Ümidlərin puç olsa belə, yeni ümidlərlə ayaqüstə durmağı bacarmaqdır.

Yaşamaq sevgisi – inamdır. Özünə inanmaq, gücünə inanmaq, bacara biləcəyinə inanmaqdır. Özünə inandığın qədər, digər insanlara da güvənməkdir.

Yaşamaq sevgisi – sevginin özüdür. Sevgi qədər saf və təmizdir. Özü yaşadığı qədər, digərlərinə də sevgini yaşatmaqdır. Çünki yaşamaq sevgisi olan insan özünü eqoistcə sevməz, eqoist deyil – sevgi doludur.

Yaşamaq sevgisi - biraz da təslim olmaqdır, bir növ reallığı qəbul etməkdir. Amma bu reallığa sevgini qatıb onu rəngarəng etməyi bacarmaqdır.

Yaşamaq sevgisi – susuz, ac bir insanın arayışı və axtardığını tapdığında yaşadığı sevinc hissidir.

Yaşamaq sevgisi bol olan insan, hər bir çətinliyə sinə gərər, hətta ağır xəstəliyi olsa belə, xəstəliyinə sevgi süsü verər, onu sevgisi ilə bəzəyər. Çünki həyat hər zaman gözəl ətirli gül deyildir, tikanı – çətinlikləri də vardır. Bu çətinliklər insanın cəsarətini, səbrini, əzmini yoxlamaq və əsl xarakterini ortaya çıxarmaq üçün vardır.

Yaşamaq sevgisi olan insan həyatın bir gün sonlanacağını dərk edərək yaşayar. Daxilində acı çəksə belə heç vaxt hiss etdirməz acısını, daim gülümsəyər. Həyatında boşa gedəcək bir saniyə belə qoymaz, hər bir saniyəsinin dəyərini bilər.

Yaşamaq sevgisi olan insan hər zaman pozitiv və optimistdir. Həyat onun üçün daima gözəldir. Həyata elə bərk yapışar ki insan, hər şeyə inad yaşayar. Hər pislik ona hansısa bir yaxşının başlanğıcı kimi görünər. Olmamasından yaxşıdır deyər hər zaman.

Zaman – geri qayıtmaz. Gözəl bir deyim var "heç ölməyəcəkmiş kimi çalış, sabah öləcəkmiş kimi yaşa”. Bizim bilmədiyimiz tək bir şey var - sabahımız. Ona görə də hər saniyəmizin, dəqiqəmizin, saatımızın, günümüzün dəyərini bilməliyik. İstəsək də, istəməsək də zamanı gəldiyində yerimizi sırada gözləyənlərə verməliyik. "Bugünkü ağlım olsaydı” deməmək üçün vaxtında əlinizdə olanların qədrini bilin, həyatınızı sevgidolu yaşayın. Sonrakı peşmançılıq fayda verməz...

Xəzər Universitetinin, psixologiya fakültəsinin 3-cü kurs tələbəsi
Xədicə Aşurova


Şərhlər:
Baxılıb: 1575
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz