Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt insanların maraqlı vərdişləri
Xoşbəxt insanların maraqlı vərdişləri
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2115
Səs ver:
Xoşbəxt insanların bu etdiklərini öyrənincə çox təəcüblənəcəksiniz.
'Hər anı yaşa, kiçik şeylərə başını yorma, boş ver deməyi öyrən...' Bu və bənzər xoşbəxtlik reseptlərindən bezənlər alternativ bir 'siyahı' var.
Aparılan  araşdırmalarda özlərini xoşbəxt hiss edən insanların ortaq xüsusiyyətləri qiymətləndirildi. Nə edir bu xoşbəxt insanlar? Budur xoşbəxt insanların vərdişləri...

1. Xoşbəxt insanlar parka gedər
Araşdırma, yaşıllıq sahəsi daha çox olan şəhərlərdə yaşayanların insan quruluşu binalardan bir qəfəsdəki kimi yaşayanlardan daha xoşbəxt olduğunu göstərir. Yaşıl sahələrin verdiyi 'xoşbəxtlik' hissinin adamın evləndiyi gün hiss etdiyi xoşbəxtliyin 3-də birinə qədər çata bildiyi ifadə edilir. Başqa bir araşdırmaya görə bir təbiət parçası içində yalnız 5 dəqiqə keçirmək belə adamın özünə inamını artırır.

2. Xoşbəxt insanlar İskandinav ölkələrində yaşar

BM 'nin Dünya Xoşbəxtlik Hesabatına görə Danimarka dünyanın ən xoşbəxt ölkəsidir. Onu Norveç, İsveçrə, Hollandiya, İsveç və Kanada izləyir.

3. 'Hyggedən imtina etməzlər.
Bir termindir. Bir çox dildə bir qarşılığı yoxdur bu terminin. Bəzən keflə qarışdırılır. Danimarkalıların uzun, qaranlıq, yorucu qış gecələrinə baxmayaraq dünyanın ən xoşbəxt insanları olmalarını təmin edən, odur. Bəzən səmimiyyət, təşəkkür və ailəni xatırladan anlayışlarla təsvir edilir. '365 gün davam edən bir yeni il gecəsi' deyənlər var. Adamın içində olduğu mühitə dair tam bir fərqlilik içindəykən hiss etdiyi dostluq, şəfqət, tamlıq və dinclik hissi...
Hygge bəzən bir zaman aralığında ortaya çıxır: Bir həftə sonu, bir söhbət, bir tətil, həyatın bir dövrü. Bəzi insanlar, bəzi şəhərlər xüsusilə kiçik şəhərlər, sevilən bir pub hətta müəyyən bir divan belə onun ortaya çıxmasına vəsilə ola bilir.

4. Xoşbəxt insanlar sevdiyi işlə məşğul olar, sevmirsə işindən əl çəkər.

İşində xoşbəxt olan insanların həyatda da xoşbəxt olmaları sürpriz deyil. Ancaq Gallup'un araşdırmasına görə, işini sevən və dörd əllə sarılanların yüzdə 71-i özünü güclü və müvəffəqiyyətli hiss edir, işindən soyuyanlarda bu nisbət yüzdə 42-dir. Özünü güclü və müvəffəqiyyətli bilən işsizlərin nisbəti isə yüzdə 48-dir. Başqa bir deyişlə, işsizlər arasında özünü yaxşı hiss edənlərin nisbəti, sevmədiyi bir işdə qalanlardan daha yüksəkdir.

5. Xoşbəxt insanlar çiçək qoxulayar

Çiçək qoxularının insan davranışlarının üzərindəki təsiri bir çox araşdırmalarda var. Çiçək qoxulu otaqlarda müqəddəslik və dostluq hissləri çoxalır. Rutgers Universiteti araşdırmaçılarından Jeannette Haviland-Jones, "Çiçək qoxuları sizi xoşbəxt edə bilər, ictimai qarlılıqlı təsiri artırar" deyir.

6. Xoşbəxt insanlar toza torpağa bulanar
Britanyada edilən tibbi araşdırmalara görə torpaqda olan 'dost' bakteriyalar, immunitet sistemini gücləndirir, beyində serotonin ifrazatını artırır və depressiyadan xilas olmada köməkçi olur.

7. Məşq edərlər
Bunu eşitmək istəmiyə bilərsiniz, ancaq qorxacaq bir şey yoxdur. Məşq qan-tər içində marafon qaçmaq deyil. Orta yaşlı qadınlar üzərində aparılan araşdırmaya görə 'orta səviyyədə' məşq edən qadınlar, məşq sonrasında ağır məşq edən qadınlardan daha xoşbəxt, daha enerjili və yaxşı hiss edir.

8. Xoşbəxt insanlar xoşbəxtliyi beyninə salmaz
Təəssüf ki, bir də belə araşdırma var: Xoşbəxt olmağı əhəmiyyət verən qadınlar, bu anlayışı çox düşünüb daha bədbəxt və depresiv olmazlar. Araşdırma qrupundan Iris Mauss, "Xoşbəxt olmağa çalışmaq sizi bədbəxt edə bilər. Görünüşə görə inad və israrla xoşbəxtlik axtarmaq, insanı öz bədbəxtliyinə aparır" deyir.
 
/Mənbə.Qadınlar.Biz/
 
 


Şərhlər:
Baxılıb: 2115
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz