Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Stressə necə qalib gələk?
Stressə necə qalib gələk?
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1609
Səs ver:
Yaxşı nəsə barədə düşünün.
Ola bilsin ki, siz həyatda bəxtinizin gətirmədiyi barədə çox düşünürsünüz. Çalışın ki, fikirinizi həyatın işıqlı tərəflərinə yönəldəsiniz. Heç olmasa, son vaxtlar baş vermiş bir xoşagələn məqamı yada salın. Onu hansı hissləri keçirmişdiniz? Yaddaşınızdakı həmin epizodu mümkün qədər dolğun təsəvvür etməyə çalışın. Onu xatırlayın. Həmin xatirədən ayrılmağa çalışmayın. Bir daha həmin məqamda duyduğunuz qısa xoşbəxtlikdən həzz alın.

Kitab oxuyun.
Araşdırmalar göstərir ki, bu sadə mütod xüsusi relaksasiya musiqisini dinləməkdən daha yaxşı sakitləşmətyə və yüngülləşməyə kömək edir. Amma ən çox sevfiyiniz mövzuda mütaliə edin.

Şəraiti dəyişin.
Məzuniyyə götürün, ya da bir neçə günlüyə işdən uzaqlaşın və stress səbəbindən uzaq qaçın. Mühiti dəyişmək və yeni təəssüratlar qazanmaq üçün hara istəsəniz, gedin. Ən ideal seçim mineral su mənbələri olan kurorta getməkdi. Təzə təəssüratlar qazanmaqla yanaşı, həm də səhhətimnizə əl gəzdirərsiniz.

Ürəkaçan bir situasiyanı uydurun.
Keçmişdəki yaxşılıqları yada salmaq əvəzinə, həmin məqamları indi təssəvvür edin. Bu məqamı ürəkdən yaşayın. Diqqətinizi nəsə gözəl bir şeyə, çiçəyə, ya da şamın şöləsinə cəmləşdirin. Kənar fikirləri uzaqlaşdırın. Gözəlliyi təsəvvür etməyə, yaxud ona ad verməyə çalışın, dinməzcə ondan həzz alın. Qoy xoş hisslər sizi bürüsün. Özünüzü seyr etdiyiniz əşya ilə bütöv hiss edin.

Ev heyvanları ilə oynayın.
Təqdiqatlar göstərir ki, ev heyvanları ilə ünsiyyət qan təyziqini aşağı salır və ürək döyüntülərini sakitləşdirir. Lakin ev heyvanları deyərkən heç də dördayaqlılar nəzərdə tutulmur. Akvariumdakı balıqları, qəfəsdəki quşlar seyr etmək eyni sakitləşdirici effekt verir.

Heç nə etməyin
Eləcə boş divara tamaşa edin. Beynizi hər cür fikirlərdən təmizləyin. Bircə fikrin də formalaşmasına imkan verməyin. Şüurunuza daxil olmaq istəyən hər fikirlə mübarizə aparın. 15-20 dəqiqədən sonra özünüzü xeyli yüngülləşdirmiş hiss edəcəksiniz.

Müxtəlif yeməklərin hazırlanmasına girişin.
Düzdür, heç də hamı kulinariya ilə maraqlananmır. Dadlı və faydalı təamın hazırlanması böyük həzz verə və güclü sakitləşdirici təsir göstərə bilər.


Şərhlər:
Baxılıb: 1609
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz