Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxtlik qorxusu nədir?
Xoşbəxtlik qorxusu nədir?
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 3440
Səs ver:
Xoşbəxtlik qorxusu nədir?

Xoşbəxtlik və qorxu
– bir - birinin əksi olan bu iki söz birləşib sanki bir ahəng yaradıb. Görəsən biz qorxu hissi olmadan sadəcə xoşbəxt ola bilmərikmi?
Xoşbəxtlik – pozitiv və xoş emosiyalar ilə xarakterizə olunan zehni bir vəziyyətdir. Xoşbəxtlik – bəşəriyyətdəki bütün insanların çatmaq istədiyi son nöqtədir, o nöqtə ki, insan özünü sanki buludların üzərində hiss edir. Bu zaman ortaya qorxu sözü daxil olur və sanki insan buludların üstündən bir anda yerə düşür. Ona görə də çox vaxt insan xoşbəxt olduğu zaman sanki bu xoşbəxtlikdən qorxur və hətta ətrafındakılar da onun bu qorxusunu dəstəkləyir "çox sevinmə”, "bugünün sabahı var” kimi sözlərlə insanın ümidlərini daha da qırırlar. Hətta bəzi mədəniyyətlərdə insanlar işləri yaxşı getdiyində, özlərini xoşbəxt hiss etdiklərində çox qorxurlar, onlar xoşbəxtliyi günah hissi, abırsızlıq və mənəvi tənəzzül kimi anlayışlarla əlaqələndirirlər.
Bəzi insanlar düşünə bilər ki, onlar qorxmur sadəcə xoşbəxtdirlər və bu hissə sahiblənmək istəyirlər. Amma bilmirlər ki, əslində var olanların içində ən dəyərlisi sahib ola bilmədiklərimizdir.   Xoşbəxtliyə sahib ola bilmərik, sadəcə o qapımızı döydüyü zaman onu qəbul edib, hər gələn qonaq kimi onu da yola salmağı bacarmalıyıq.
Biz pis hadisələrlə qarşılaşdıqda, pis insanlarla üzləşdikdə və ya sevdiyimiz birini itirdikdə daim həyatı pisləyirik. Xoşbəxt olmadığımız zaman da yenə günahı həyatın üzərinə atırıq. Axı həyat oğrudur, bizim xoşbəxtlik hissimizi əlimizdən alır. İnsanlar bu cür düşüncələrlə xoşbəxtlik hissini özləri də bilmədən uzaqlaşdırırlar. Çünki insan daim nəyisə fikirləşirsə sanki kainat o düşüncəni insanın həyatına əks etdirir.
Əgər bir xoşbəxtliyin içində qorxu varsa, onu xoşbəxtlik adlandıra bilmərik, çünki biz ya xoşbəxt ola bilərik, ya da qorxa bilərik. Buna misallarla belə aydınlıq gətirmək olar:
•    Xoşbəxt olmaq daima kimisə xoşbəxt etməyə çalışmaq, daima basqalarını düşünmək, qazandığın maaşın son qəpiyini də kimin üçünsə xərcləmək deyil, bu xoşbəxtlikdən qorxmaqdır.
•    Xoşbəxt olmaq daima səni incidən insanlara hörmət əlaməti olaraq heç bir söz deməmək, susub sakitcə dayanmaq deyil, bu xoşbəxtlikdən qorxmaqdır.
•    Başqalarına zərər verməmək üçün sakitcə öz həyatını yaşamaqla xoşbəxt olduğunu düşünürsənsə yanılırsan, bu xoşbəxt olmaqdan qorxmaq deməkdir.  
•    Öz haqqlarını qoruya bilmirsənsə, başım dinc olsun devizinə sığınırsansa sən xoşbəxt deyilsən, xoşbəxtlikdən qorxursan. Çünki yeri gəldiyində insanların qarşısına çıxıb öz haqqlarını qorumalısan, sən bu cur xoşbəxt olduğunu göstərməlisən.
Əslində bizim problemimiz xoşbəxtliyin nə olduğunu bilməməyimizdir. Biz sadəcə onun arxasıyca qaçırıq, ona sahiblənmək istəyirik və onu tapdığımızı sanıb itirməkdən qorxuruq. Xoşbəxtlik sadəcə bir andır, olur və bitir. Ona görə də çalışmalıyıq o anın nəbzini tutaq. Nə olursa olsun, hətta ən pis günümüzdə belə, gülümsəməyə bir səbəb tapaq. Çünki bu həyat bizə yalnız bir dəfə verilir, ikinci şansımız yoxdur…

Xəzər Universitəsinin, psixologiya fakültəsinin 3-cü kurs tələbəsi
Xədicə Aşurova


Şərhlər:
Baxılıb: 3440
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz