Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müsbət düşün stresslə başa çıx
Müsbət düşün stresslə başa çıx
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1990
Səs ver:
Özünüzə zaman ayırın

Həyatımızın çoxunu izdiham içərisində oradan oraya süründürülərək keçirərik. Halbuki daha sağlam yaşaya bilmək üçün arada - sırada həyatın içində fasilə vermək və özümüzlə baş-başa qalmaq zehni, romantik və fiziki baxımdan özümüzü daha yaxşı hiss etməmiz üçün olduqca faydalıdır. Özünüzə zaman ayıraraq müsbət düşünmək üçün ehtiyacınız olan addımları daha yaxşı planlaya bilərsiniz.

Ürəyinizin və beyninizin səsini dinləyin

Həyatımızın dərhal hər sahəsində başqalarıyla birlikdə olmaq məcburiyyətində qalarıq. Bu səbəblə içində olduğumuz qrupların digər üzvlərinin üzərimizdə təsirli olması fərqində olmadan qapıla biləcəyimiz bir vəziyyətdir. Digər insanların bizim nə düşündüyümüz və nə etdiyimizlə yaxından maraqlandıqları fikri, mənfi düşüncələrin çox tez ortaya çıxmasına yol aça bilər. Özümüzə olan etibarımızı artırmaq və ətrafımızdakı insanların üzərimizdə yaratdığı təzyiqdən xilas olmaq üçün atılan hər addım, müsbət düşünmək üçün bizə köməkçi olacaq. Hadisələrin ya da insanların sizi məhdudlaşdırmasına icazə verməyin.

Həyatdan zövq alın

Həyatın zövq verən, quruluşçu və xoş istiqamətlərinə adabta olun, özünüzə güvənin. Ətrafınızda müsbət, optimist kəslər saxlayın.

Sağlamlığınız üçün idman edin

Sağlam qidalanmaq və idman etmək, insanın fiziki baxımdan özüylə maraqlanması və zehni qabiliyyətlərini öz idarəsi altında daha müsbət bir səviyyəyə çatdırması üçün əhəmiyyətlidir. Özünüzü fiziki olaraq rahat və yaxşı hiss etsəniz, düşüncələrinizin də müsbət olması və daha müsbət bir dünyagörüşünə sahib olmanız asanlaşar. Daha optimist düşüncələr üçün sağlam bəslənməniz və idman etməniz lazım olduğunu unutmayın.

Keçmiş keçmişdə qalsın

Həyat hər gün yenidən başlar. Dünya hər səhər yenidən qurular. Pis xatirələr, mənfi duyğuların ortaya çıxmasına köməkçi olma xüsusiyyətinə malikdir. Keçmişdə yaşadığımız pis şeyləri xatırladıqca, hiss etdiyimiz mənfi hissləri də xatırlayar və zehni olaraq o günlərə geri dönərik. Əhəmiyyətli olan belə bir vəziyyətdə pis şeyləri unutmaq deyil, onların yaddaşlarımızda əldə etdiyi mövcud əhəmiyyəti azaltmaqdır. Keçmişin əhəmiyyətini azaldaraq onun düşüncələrimizi mənfiyə çevirməsinə maneə ola bilərik. Keçmişi keçmişdə buraxıb gələcəyə baxmaq yaxşı bir başlanğıcdır.
 
/Mənbə.Qadınlar.biz/ 


Şərhlər:
Baxılıb: 1990
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz