Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Daha yaradıcı biri olmanız üçün sadəcə 10 dəqiqə lazımdır
Daha yaradıcı biri olmanız üçün sadəcə 10 dəqiqə lazımdır
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 18178
Səs ver:
Məncə yaradıcılıq, hər insana doğulduğunda hədiyyə edilmiş bir məvhumdur. İstər böyüklərin, istərsə də təhsil sisteminin səhv istiqamətləndirməsi nəticəsində yaradıcılığımız körpəliyimizdən başlayaraq, zamanla gedərək azalır və sonunda da həyatımızdan bütünlüklə silinib gedir. Yaxşı ya siz; yaradıcı ağlınızı hansısa bir yolla qorumağı bacara bilmiş insanlardansınız? Əslində hamımız, yaradıcılığımızı bir şəkildə istifadə edə bildiyimiz fəaliyyət və işlərin köməyiylə daha xoşbəxt və daha sağlam insanlar oluruq. İstər şahanə bir yağlı boya şəkil, istər öz uydurduğumuz bir yemək resepti, istərsə də yığıncaqda önə atdığımız çətin bir işin həllinə istiqamətli yeni bir fikir… Bütün bunlar yaradıcılığımızın əsəridir.  Daha yaradıcı ola bilməmiz üçün bir neçə tövsiyəyə yox deməzsiniz. Aşağıda sıralayacağım, sadəcə10 dəqiqəlik xırdalıqların həyatınızın  yaradıcı anlarına iştirak etməsini arzulayıram.

Musiqi dinləyin: Melodiyalar beyninizin mühərrik hərəkətlərinə, duyğuları və yaradıcılığa nəzarət edən qisimini hərəkətə keçirər. Hətta, xüsusilə klassik musiqi dinləmək, konsentrasiya səviyyənizi artıracaq.
Qələm və kağız istifadə edin: Klaviatura və word proqramının yaradıcılığınıza qatqısı nə ölçüdədir bilməyirəm amma gerçək kağız qoxusu və barmaqlarınıza bulaşan mürəkkəbin gerçək bir yaradıcı müddəti işarələdiyindən əminəm. Sizə də faydası ola bilər.
Başqalarından məsləhət almaqdan çəkinməyin: Yeni fikirlər bəzən düşüncələrinizdə yeni bir baxış axışına çatmanızı təmin edə bilər. Yeni bir perspektiv yaradıcılığı hər vaxt dəstəklər.
Sərbəst düşüncə: Məsələn bir lüğətdən hər hansı bir söz seçin və sizə uyğun bütün sözləri bir yerə qeyd edin. Çaşdırıcı bir şəkildə, bu azad yanaşma sayəsində yaradıcılığınız dəstələyər. Sərhədlərin qaldırıldığı azad bir mühitdə daha yaradıcı olarıq.
Çox uzaqlarda bir yeri düşünün: Araşdırmalara görə, keçmişdəki ya da gələcəkdə reallaşacaq hadisələri düşünmək, eyni şəkildə uzaqdakı bir məkan haqqında xatırladıqlarımıza bir nəzər salmaq, yenə düşüncələrimizi sərbəst buraxacaq və beləliklə yaradıcılığımızı artıracaq.
Mavi və ya yaşıl rəngə baxın: Bu iki rəng də idrak tələb edən fəaliyyətlərdəki performansı artırmaqdadır. Araşdırmalara görə bunun səbəbi mavini dənizlə, göy üzüylə, ümumi mənada təmizlik və açıqlıqla qaynaşdırmamızdan qaynaqlanmaqdadır. Yaşıl isə başlı-başına inkişafı işarələyən bir rəngdir.
Ağılınıza gələn hər şeyi qeyd edin: Bir on dəqiqəyə qədər ağılınıza gələn hər şeyi mühakimə etmədən qeyd edin. Sərbəst yazma texnikası olaraq da adlandırılan bu iş sonrasında, yazdıqlarınıza baxın və hansı fikirlərin işə yarayacağını seçin.
Uzanın: Araşdırma nəticələrinə görə insanlar uzandıqlarında çox yönlü problemlərin həllini oturduqları zamanla müqayisə edildiyində, çox daha asanlıqla tapa bilir. Hər nə qədər ciddi bir yığıncaq əsnasında bu çox istifadə edilməyəcək olsa da, heç olmasa beyin yorğunluğu seanslarında olduqca faydalı ola bilər.
Gülün:  Bəli, gülməyə əsla laqeyd yanaşmayın. Şən olmanız yaradıcılığınızı da artırar, çünki gülmək beynimizdəki ‘prefrontal korteks' və ‘anterior singulat korteks' fəaliyyətlərini artırar ki; bu bölgələr kompleks mövzuları qəbul etmə, qərar vermə və hislərlə əlaqədardır. Hətta özümüzü çox yaxşı hiss etmədiyimiz anlarda belə bir-iki dəfə qəhqəhə çəksək, dərhal halımız düzələcək. Daha şən amma daha yaradıcı bir fikirdir!

/Mənbə: Qadınlar.biz/




Şərhlər:
Baxılıb: 18178
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz