Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Alkoqolizm - bədbəxtlikmi, xəstəlikmi?
Alkoqolizm - bədbəxtlikmi, xəstəlikmi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2038
Səs ver:
Yanındakı adamın sərxoşluğundan özünü idarə edə bilməməsi hər bir qadın üçün çox gərgin bir durum yaradır.İçkili olmayan zamanlarda çox ağıllı,qayğıkeş olan həyat yoldaşının içən zaman bir uşaq kimi ağılsız olması heç də əyləncəli deyil məncə..

Qadınlar nə qədər güclü bir xarakterə malik olsalar da hər zaman kişilər tərəfindən qorunmaq istərlər.Güvənc yeri,qorunacağı bir yuva sanar erkəyinin qollarını,hələ bu sevdiyi biri olarsa..
Sevdiyiniz kişiylə sizi yeməyə dəvət ediblər.Başqa cütlüklər də buradadır.Partnyorunuz artıq spirti görüncə sizi unutdumu?Siz isə heç kimə heç nə sezdirmədən,"əzizim,bir az çox olmadı ki?"deyirsiniz,o isə qətiyyən sizi dinləmir?

Kişilər bəzən yanlarındakı qadını necə çətin bir vəziyyətdə buraxdıqlarının fərqinə belə varmazlar.
Əylənmək üçün planlaşdırılmış bir gecənin sadəcə kişi üçün əyləncəli,amma qadınlar üçün kabus halına çevrilməsi necə də üzücüdür.deyilmi?Üstəlik də sabahısı bu mövzuda söhbət düşəndə kişi etinasızcasına çiyinlərini çəkərək"nə var ki,canım,bir az əyləndik də"-deyə..

Belə bir duruma düşən qadınlar nə etməlidirlər?
Bəzən həqiqətən də belə xanımların özlərini çarəsiz hiss etdiklərini dəqiq bilirəm (Mənə gələn bu tip ismarıcları böyük ürək ağrısıyla oxuyuram,şükürlər olsun ki,məndə belə bir problem olmayıb heç vaxt.Ona görə də bu xəbəri yazdım)

Bu halda nə etməli? Belə zamanlarda sınaqdan çıxmış və uğur qazanmış bəzi nüansları yazıram.
Onunla spirtli içki olan məclislərə getməyiniz vacib deyil,ən azından onu içkili vəziyyətdə görməzsiniz.
Əsla içkili vəziyyətdə onunla bunu müzakirə etməyin,unutmayın ki,içkili başda ağıl olmaz.
Mümkün düşdükcə sakitcə pozetiv cümlələrlə bu vərdişin pis olduğunu aşılamağa çalışın.

İçkili zamanlarda kişilər zarafat eləməyi çox sevərlər və adətən də çanaq sizin başınızda çatlar.Dözməlisiniz,sizin susmanız bu "şit"zarafatların heç olmasa uzanmasının qarşısını alar.
Ayıq olan zaman onunla sakit-sakit bütün bunları götür-qoy edin,əsla onunla müəllim-şagird ünsiyyəti qurmayın.Yalandan olsa belə ağlayın.Onu tərk edəcəyinizi çox sakitcə qeyd edin.Unutmayın ki,sakit deyilmiş sözlər kişilərə qışqıraraq dediyinizdən daha çox təsir edir.
Alkaqol təəssüf ki,bəzən bizim istədiklərimizi,xəyallarımızda qurduqlarımızı bir anda məhv etmək gücündədir.Əgər yoldaşınızın bu pis vərdişə get-gedə daha çox bağlandığını görsəniz,onu dilə tutun,mütləq həkim müayinəsindən keçməli olması barədə onu dilə tutun.Yoxsa sonra hər şey çox gec olar.

Ona seçim verin: Ya həkim, ya da vəkil?!


Şərhlər:
Baxılıb: 2038
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz