Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ya ondadır, ya bunda
Ya ondadır, ya bunda
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 1583
Səs ver:
Heç cür qərar verə bilmirsiniz? Davamlı başqalarına məsləhətləşib sonra peşmanmı olarsınız?

Özümüzü mühakimə etmək faydasızdır
Özümüzü mühakimə etməmiz başlar. "Of, niyə beləyəm, niyə bilməyirəm necə qərar vermkə lazım olduğunu, axmağam, neyim əskik?" "Başqaları necə qərar verir, heç can vermədən mənim kimi? Niyə cəsarət edə bilmirəm", vs.
Dostlara, güvəndiyimiz insanlara  çarəsiz qaldıqda "Sən olsan nə edərdin", mən heç cür qərar verə bilmirəm" şəklində ifadələrlə müraciət edərik. Onlar da canı könüldən, izah edərlər, nəsihətlər, nümunələr verərlər, öz həyatlarından, ata sözlərindən, keçmişdən, onun bunun başına gələndən.
Bəli, doğru, siz də bilirsiniz bunları, çox dəfələr düşünmüşünüzdür eyni şeyləri. Amma yenə də qəribədir içiniz - rahat deyil. Haqq da verərsiniz onlara amma niyə o qərarı elə vermək təbii gəlməz, asan gəlməz sizi rahatlaşdırmaz! "Hər kəs üçün doğru olan mənim üçün də doğrudur? Mənim doğrumu tapmam üçün mənim qərar verməm lazım deyil?"

Qərar verməkdən qorxmayın!
Qərarlarımız həyatımızın qaçınılmaz parçalarıdır. Məsuliyyət daşıdığımız müddətcə verdiyimiz qərarlar ilə istər istəməz həyatımızı müəyyən yollara istiqamətləndiririk.
İnsanların qərar vermədə qarşılaşdıqları ən böyük problem sonradan peşman olmamaq və səhv bir şey etməmək üçün özlərini doğru qərar verməyə məcbur etmələri olur.
Mən o səhv qərar qisimində dayanmanızı istəyirəm. Kiməsə görə səhv ola bilər qərarınız? Bəli bir çox insan "Nə olub dəli oldun?" deyə bilər. Səbəb, onların belə bir qərar almayacaqlarıdır. Ola bilər. Amma onlar siz deyilsiniz. Sizin həyatınız boyunca əldə etdiyiniz təcrübələr, sizin ehtiyac hisləriniz, sizi belə bir qərara itələyə bilər. Və bu sizin inkişafınız üçün çox əhəmiyyətli bir yol ola bilər. Digərləri buralara kimi gəlməmiş ola bilər, beləliklə sizin daha yaşamanız lazım olan yeni duyğulara, yeni hadisələrə yeni təcrübələrə şans verməniz şərtdir. Deyək ki, səhv bir qərar verdiniz.Ən qorxduğunuz şey başınıza gəldi. Bu nə ifadə edir? Çox sadədir: Özünüzü daha yaxından tanımanızı, təcrübə əldə etmənizi və ən əhəmiyyətlisi yeni nəticənin, sizi yeni həllər axtarışınız üçün məcbur etməsini ifadə edər.
Mən belə istədim, mən nəticələrinə dözdüm, mən hər cür duyğunu, eşq, sevinc, qorxu, ümidsizlik,əzabı, müvəffəqiyyət, güvən bəli hamısını yaşadım.

Səhv etməkdən qorxmayın
Məsuliyyəti boynuna götürüb, nə olursa olsun bir həll tapa biləcəyinizə inanıb özünüzə "Mən bacara bilirəm" deyə bilmə şansını verin.
Əgər qərar verə bilməmə müddətində çox böhrana düşsəniz, heç olmasa "Bu gün qərar verməyəcəyəm, sabah qərar verəcəyəm" deyə qərar verin!
Bir sıra yeni çətinliklərə həll tapmaq məcburiyyətində qalmanız, bunları məcbur olaraq həll etməniz və müvəffəqiyyət təmin etməniz gələcək və bu da nəticədə sizi daha etibarlı və xoşbəxt bir insan edəcək.

/Mənbə:Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 1583
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz