Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özümüzü alçaldan cümlələri anamızdan öyrəndik!
Özümüzü alçaldan cümlələri anamızdan öyrəndik!
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2497
Səs ver:
International Hospitaldan Psixoloq Dr. Fərahim Yeşilyurt, klinika psixoloji psixiatriyada bir xəstəlik olaraq təyin olunmasa da, mənfi iç danışmaların bəzi psixoloji problemlərə səbəb olaraq narahatlığın dərəcəsini artıra bildiyini bildirdi.
Psixoloq Dr. Fərahim Yeşilyurt, qadınların ən çox qurduqları 12 cümlə ilə öz özlərini aşağı tutduqlarını ifadə edir:
Digərlərindən fərqliyəm, onlar daha ağıllıdır.
Mən onsuzda hər vaxt geridən gedənəm.
Kaş ki, daha gözəl olsaydım (gözəl deyiləm).
Ən yaxşısı olmalıyam.
Kaş ki daha ağıllı bir qadın olsaydım.
Hər kəs məndən daha çox işləyir.
Mən bacarıqsızın biriyəm.
Yaddaşım çox yaxşı deyil.
Adları yadımda saxlaya bilmirəm.
Məndən bir şey olmaz.
Çox əsəbiyəm, səbirsizəm.
Qorxağın biriyəm.

İç səsimizin tonunu anamız müəyyən edir.
Uşaqlar danışmağa ilk başladıqlarında edəcəklərini tək tək ifadə edərlər. Bir müddət sonra bu danışmalar yox olar. Həyatımızdakı ilk danışmalar ana və yaxın ətrafın təsiriylə meydana gəlir. Dr. Fərahim Yeşilyurta görə, əgər narahatlıqları səbəbiylə qoruyucu bir ana yanında böyüyürsünüzsə, danışmalar da bu istiqamətdə meydana gəlir. Pessimist bir ananız varsa siz də hadisələrlə əlaqədar pessimist danışmalar etməyə başlarsınız. Bir müddət sonra isə bu iç danışmalarınızı başqaları hiss edə bilməzlər. Amma öz içinizdə davam edər bu danışıqlar.
Uşaqkən ananız icazə verməməsinə baxmayaraq stəkandan su içməyi istədiniz. Suyu içərkən stəkan əlinizdən  yerə düşdü. Yerə su və şüşə parçaları dağıldı. Əgər ananız "Axmaq uşaq . Sənə dedim də  içə bilməzsən deyə, hər yeri bərbad etdin" formasında danışsa siz də bu danışma tərzindən təsirlənərsiniz.
Ananız hadisəyə daha sakit  münasibət də göstərə bilər. "İndi içə bilmirsən amma bir az böyüdükdə sonra  tək başına stəkandan su içə bilərsən" formasında danışsa daha ümidli danışmağı öyrənmiş olarsınız.

İç danışmaların öyrənilməsi zaman alır. Bir neçə yarımçıq sözlərlə edilən danışmalardan çox, zaman içində davamlı təkrarlanan iç danışmaları daha çox olar həyatınızda Çünki öyrənmədə təkrarın yeri böyükdür. Burada da edilən təkrarlayıcı danışmalar mənfi düşüncələrin yerləşməsinə səbəb olar. Öz özünü aşağılayan insanlar özləriylə mənfi iç danışmalar etməkdədir. Edilən bu danışmalar isə yaşadıqları qayğı və hüznləri artırmağa başlayır.
Psixoloq Yeşilyurt, öz içimizdə reallaşan bu mənfi iç danışmaları dəyişdirmənin mümkün olduğunu, dünyadakı xeyli  ekspertin bu fikiri paylaşdığını bildirir. Uşaqlıqdan etibarən öz özümüzə etdiyimiz mənfi iç danışmalar zaman içində avtomatikləşər. Və asanlıqla müsbət formaya çevrilə bilməz. Bu səbəblə yoldaşlar və ailələr tərəfindən "Səhv düşünürsən, elə düşünmə, şişirtmə" kimi o ankı mənfi iç danışmalarınızı dəyişdirməyə istiqamətli səylər işə yaramaz. Hətta bəzən sizi daha çox hirsləndirə bilər. Bu səbəblə əgər öz başınıza bu problemlərin öhdəsindən gəlməkdə çətinlik çəkdiyinizdə bir ekspertdən kömək almanız faydalı olacaq.
Öz özünüzü mənfi tərəfə yönəltməkdən xilas olmaq üçün bu sualların cavablarını düşünə bilərsiniz:
Bu düşüncə üçün nə kimi dəlillərim var?
Bu vəziyyət üçün başqa bir dünyagörüşü ola bilərmi?
Özünüzə həqiqi olmayan standartlar təyin edirsiniz?
Problemlərlə baş edə bilmə qabiliyyətinizi kiçik hesab edirsiniz?


/Mənbə:Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 2497
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz