Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Neçə Surətik Biz?
Neçə Surətik Biz?
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1302
Səs ver:
 ...Eyni bədən içində neçə fərqli ruh halını eyni anda yaşayıb, neçə fərqli şəxsiyyətə bürünə bilirik? Bu şəxsiyyətlərin hansı bizik, hansı fotoko­pyamız?
Heç düşündünüzmü orjinal şəxsiyyətinizi
neçə kopiya çıxarıla biləcəyini? 
neçə fərqli həyatı bir yerdə yaşadığınızın fərqindəsinizmi? 
İstəmədən etdikləriniz istəyib edə bilmədikləriniz, gündüz edib gecə peşman olduqlarınızla necə çarəsizcə başqa başqa dünyalara doğru qanad çırpmağa 
çalışdığınızı fərqinə varırsınızmı? 
Bir dost nigahının ortasında birdən basdıran hüznün, bir böyüyün cənazəsində qarşılaşdığınız köhnə bir sevgilinizlə çıxıb gələn coşğunun, sizi necə kopiya kopiya çoxaltdığını və tək bir sizdən nə çox sizlər yaratdığını bilirsinizmi? 
Məhdud bir həyatı tez istehlak etmək üçün dördnala qaçdırıb dayanarkən, bir an olsun, dayanıb, geridəneçə fərqli ayaq izi buraxdığımıza diqqət yetirdinizmi? 
Hələ də kinolarda göstərilən "Multipli city" (Dördümüzə Bir Həyat Yoldaşı) bax bu suallara cavab axtarır. Filmin qəhrəmanı (Michael Kreaton) müasir bir xəstəliyin qurbanı; işindən başını qaldıra bilməyən, oradan oraya qaçdırmaqdan nə evinə, nə sevdiklərinə zaman ayıra bilməyən və sonunda heç bir şeyi doyana kimi yasayamadan əldən düşmüş bir "iş düşgünü"...
Bu çıxmaz küçədə dəbələnilib dayanarkən insanların bənzərini çıxarmağı bacarmış bir genetik araşdırmaçıyla tanış olur və özündən bir kopiya çıxartdırır. Beləcə işinə əslini, evinə kopiyasını göndərərək vəziyyəti idarə edir. Ancaq zamanla bu da çatmaz olur. Kopiyalar əvvəl üçə, sonra dördə çıxır. Sonunda eyni adamdan, dəli, avara, evcil, iş düşgünü kopiyalar törəyir.
Rejissor Harold Ramis, aktual birməsələni kino texnologiyasının da köməyiylə və yumoru bir dillə pərdəyə daşıyarkən, müasir İnsanın iç dünyasındakı şəxsiyyət krizisini və qarışıqlığı da çılpaqlığıyla sərgiləyir.
Neçə Surətik Biz?

 Ssenariyə baxınca soruşmadan dayana bilmirsiniz:

Doğurdanda neçə surətimiz var bizim? 
Eyni bədən içindəneçə fərqli ruh halını eyni anda yaşayıb, neçə fərqli şəxsiyyətə bürünə bilirik?
Bu şəxsiyyətlərin hansı bizik, hansı fotokopyamız?
James Bond filmlərindəki nəzakətli, yaraşıqlı və eyni zamanda da güclü İngilis salon kişilərini heyran heyran izləyən qadınmı sizə daha yaxın, yoxsa motorsikletli bir James Deyən avaralığına tutulub macəralar üçün darıxanmı? 
Nə vaxt Maryl Streepin çöhrəsindəki duruluğun və sirrin cadusuna qapılıb dingin həyatlar xəyal etdiyinizi, nə vaxt hər şeyə boşverib Madonnanın üsyana və günaha çağıran səsinə qaçdığınızı özünüzə etiraf edə bilərsinizmi? 
Dinc bir dağ başında yalnız çay şırıltısı və quş səsləriylə sakit bir həyatı arzulayan bitnilərsinizmi, yoxsa dəniz kənarında belə televiziyaların və cib telefonlarını əlindən buraxa bilməyən könüllü şəhər məhkumlarımı? Ya eyni anda ikisinə birdənsahiplənmənizi necə açıqlayacaqsınız..?
Hansı kopiyanız "Qaçıb gedək uzaqlara deyir, siz möhkəm möhkəmə bu torpaqlara bağlı dayanarkən... 
Ovsunçuluq adı altında basdırılmış instinktlərindən cinsi fantaziyalar çıxaran din adamlarını, ölümcül ehtiraslarını saxta bir gülücüklə maskalayan siyasət ikonalarını, söyüş oblektinə çevrilən nəzakətli işadamlarını görüncə sistemin nə çox kopiya çıxardığına çaşırsınızmı? 
Kinlər, sevgilər, hirslər, qəhqəhələr və gözyaşlarıyla hörülmüş, çox surətli bir həyatı necə özünüzə belə söyləməyə cəsarət edə bilmədiyiniz bir növ iki (üç-dörd..?) yüzlülüklə yaşayıb getdiyinizi fərqinə varırsınızmı? 
Hər axşam xəbərlərin qarşısında gənc məzarların ardından gözyaşı tökərkən, sonra necə birdən unudub öz eqoist dünyanıza çəkilə bilirsiniz? 
Rəsmi bir yığıncağın ortasında, ağılınızdan masanın üzərindəki qalın hesabatın səhifələrindən oyuncaq təyyarələr edib, tək tək aşağı atmaq keçərkən hələ böyük bir ciddiyətlə kös kös oturur olmanızı gülümsəyərəkmi xatırlayırsınız, kədərlənərəkmi..? 
Ağılınızdan keçəni edə bilməmənin, ruhunuz bir bir çoxalarkən əsl həyatı tək insan olaraq davam etdirir olmanın əvəzini bilirsinizmi?
Saxta surətlərinizi, orjinal şəxsiyyətinizlə danışdırırsınızmı heç...?
İçinizdəki canavar, ruhunuzdakı mələklə hesablaşırmı? 
Hansının nə vaxt, necə ortaya çıxacağını nəzarət edə bilirsinizmi? 
Siz kopiya sandıqlarınız coxx fərqlimi, yoxsa kopiyalayarın da əslinizəmi bənzəyir?
Bilmədən hər saxta surətinizdən əslinizi yenidənmi çıxarırsınız?
Köçüb gedərkən ardınızda neçə əsl surət buraxacaqsınız?
Neçəsinin xatırlanmasını istəyəcək, neçəsindən utanacaqsınız?
Doğurdanda neçə kopiyasınız siz...?
Hansı sizsiniz, hansı saxta surətiniz...?
Bu sualları hər gün öz ruhunuza verin.Bəlkə o zaman saxtalardan qurtulub təmiz həyat yaşaya bilərik...
Tərcümə Etdi: N E L L I



Şərhlər:
Baxılıb: 1302
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz