Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pəhrizsiz arıqlamaq istəyənlərə 12 məsləhət
Pəhrizsiz arıqlamaq istəyənlərə 12 məsləhət
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5228
Səs ver:



Həsrətlə gözlədiyimiz yay fəsli yaxınlaşır. İndi qış uzunu topladığımız artıq çəkilərdən azad olmaq vaxtı yetişib. Çox insan bunun üçün ağır pəhriz saxlamaq gərəkdiyini düşünür. Ancaq indi artıq çəkidən azad olmağın daha asan yolu var -"düzgün qidalanma".

Qidanı yavaş-yavaş çeynəyin

Vaxtınız olmasa belə qabağınızdakı yeməkləri sürətlə yeməyə çalışmayın. Yemək vaxtı ən azı 20 dəqiqə olmalıdır. Çünki beynin "toxam" siqnalını verməsi üçün bu müddət vacibdir. Əgər yemək sürətlə qəbul edilsə, siz daha çox qida qəbul edə bilərsiniz ki, bu da artıq çəki deməkdir.
Hər yeməkdən öncə su için
Hər gün 1.5-2 litr su içməyi vərdiş halına salın. Gün ərzində içilən su həzmi sürətləndirir. Amma bu suyu bir dəfəyə deyil, gün ərzində içməlisiniz. Yeməkdən öncə içilən bir stəkan su aclıq hissini azaldır. Yemək zamanı isə sudan istifadədən çəkinin. Yeməkdən ən azı 1-1.5 saat sonra su için.

Tərəvəzə üstünlük verin

Yeməklərinizdən ən azı birində tərəvəzlərin üstünlük təşkil etməsinə diqqət edin. Bununla həm bağırsaqlar daha yaxşı işləyir, həm də az kalori qəbul etmiş olursunuz. Məsələn, ətin həzm edilməsi 3-4, tərəvəzin həzm edilməsi isə 2 saat çəkir. Tərəvəzi bir dilim çörəklə yesəniz, bu sizi daha uzun müddət tox saxlaya bilər.

Porsiyalarınızı kiçildin

Bir porsiya deyəndə ağlınıza dolu boşqab gəlməsin. Məsələn bir porsiya meyvəyə yarım banan, bir mandarin, kiçik alma və heyvanın ¼-i daxildir.
Şirniyyata "embarqo" qoyun
Mütəxəssislər şirniyyatdan həftədə 1-2 dəfə istifadə etməyi məsləhət görürlər. Çünki şirniyyat yeyərkən 300-350 kalori qəbul edilir, qan şəkəri sürətlə yüksəlir, sonra sürətlə düşür. Bundan sonra insan daha çox acır. Şirniyyatın yerinə pendirli sendviç və ya meyvə sizi daha uzun müddət tox saxlayacaq. Yox əgər ürəyinizdən şirniyyat keçirsə, paxlava və şəkərbura kimi bol kalorili bişmələrin yerinə az kalorili südlü şirniyyatlar qəbul edə bilərsiniz.
Müxtəliflik yaradın
Hər bir qida məhsulunun tərkibində müxtəlif vitaminlər, minerallar var. Bunun üçün də yeməklərdə müxtəliflik yaratmağa çalışın.
Yağları "qadağan olunanlar" siyahısına salmayın
Arıqlamaq uğrunda yağlardan vaz keçməyin. Çünki yağlar uzun toxluq hissi yaradır. Ancaq hərəkətli həyat tərzi keçirmirsinizsə ət, pendir və qatıq qəbul edin.

Karbohidratdan vaz keçməyin

Artıq çəkidən azad olmağa qərar verənlərin əksəriyyəti ilk olaraq karbohidratlı qidaları süfrədən yığışdırır. Ancaq həm düzgün qidalanmaq, həm uzun müddət tox qalmaq, həm də günlük enerjimizin 50-60 faizini əldə etmək üçün karbohidratlı qidalara ehtiyacımız var.
Məsələn, ət və yanında salat yeyəndən sonra bədənimiz kifayət qədər enerji ala bilmədiyi üçün 1.5 saat sonra yenidən acacağıq. Ancaq bunun əvəzinə kəpək çörəyi, buğda makaronu, paxla kimi qidalar daha uzun müddətli toxluğu təmin edir. Bununla da siz əlavə yeməkdən və artıq çəkidən azad olmaq üçün daha bir addım atırsınız.

Yeməkləri ötürməyin

İstər səhər yeməyi, istər nahar, istərsə də şam yeməyini ötürmək arıqlamaq demək deyil. Çünki bir yeməkdən imtina digər yeməklərin artmasına və artıq kilolara səbəb ola bilər. Bunun üçün gündə 3-ü əsas olmaqla, 5-6 dəfə qidalanmağa çalışın.
Süfrəyə gec oturmayın
Xüsusilə axşam yeməyini gec saatlara qədər təxirə salmayın. Saat 19:00-da süfrəyə oturmaq ən ideal variantdır. Yatmazdan ən azı 4 saat əvvəl qida qəbul etməyə çalışın. Şam yeməyində az kalorili və tez həzm olunan yeməklərə üstünlük verin.

Qızartmayın, soyutma edin

Artıq çəkidən azad olmaq üçün yeməklərin bişirilmə şəkli önəmlidir. Qızartma yerinə soyutmaya üstünlük verin. Qızartma yeməkləri həftədə 1-2 dəfəyə kimi azaldın.

Proteini çoxaltmayın

Proteindən istifadədə ifrata varmayın. Çünki çox protein çox yağ mənasına gəlir. Bu da həzmə mane olur. Artıq proteinin böyrəklərin fəaliyyətinə də mənfi təsir etdiyini unutmayın.



Şərhlər:
Baxılıb: 5228
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz