Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Arıqlamağın faydaları. 5 XƏSTƏLİKDƏN qorunacaqsınız!
Arıqlamağın faydaları. 5 XƏSTƏLİKDƏN qorunacaqsınız!
Göndərən: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2091
Səs ver:
Bədən çəkisinin normal olması insanın sağlamlığında olduqca böyük rol oynayır. Məhz bu səbəbdən bir çox xəstəliklərin əsas profilaktik tədbirlərindən biri bədən çəkisini normada saxlamaqdır.

Arıqlamağın faydaları. 5 XƏSTƏLİKDƏN qorunacaqsınız!


Artıq çəkidən azad olmaqla siz özünüzü bir çox ciddi xəstəliklərdən qoruya bilərsiniz:
- Ürək-damar sistemi xəstəlikləri.
Artıq çəkisi olan insanlarda normal çəkisi olan insanlarla müqayisədə ürə-damar sistemi xəstəliklərinin riski 3-4 dəfə çoxdur. Belə insanlarda ürək böyük gərginliyə məruz qalır və bu ürəyin daha tez yaşlanmasına, ürəkdə müxtəlif pozulmaların əmələ gəlməsinə səbəb olur.

Bu səbəbdən artıq çəkidən azad olmaqla bu xəstəliklərinin riskini xeyli azaltmaq mümkündür. Nəzərə almaq lazımdır ki, bütün dünyada ürək-damarsistemi xəstəlikləri ölümün əsas səbəbi sayılır.

- Şəkərli diabet.
Statistika göstərir ki, 2-ci tip şəkərli diabeti olan insanların 90%-də artıq çəki var. Piylənmə zamanı karbohidratların mübadiləsi pozulur, hüceyrələrin insulinə qarşı həssaslığı azalır. Bunlar isə şəkərli diabetin inkişafına təkan verir.

Şəkərli diabetin əsas profilaktik tədbiri bədən çəkisini normada saxlamaqdır.

Şəkərli diabet xəstəliyi olan insanlarda çəkinin azalması vəziyyətini xeyli yaxşılaşdırır.

- Qaraciyərin piylənməsi (hepatoz).
Artıq çəkisi olan insanlarda piy qaraciydə yığılmağa başlayır. Nəticədə orqanın fəaliyyətini pozulur, ağır, geriyədönməz pozulmalar inkişaf edir (sirrozun inkişafına qədər).

Arıqlamaqla siz özünüzü ağır qaraciyər xəstəliklərindən qoruya bilərsiniz.

- Oynaq xəstəlikləri.
Artıq çəkisi olan insanlarda oynaqlar (söhbət bütün oynaqlardan və o cümlədən onurğa sütünundan gedir) həddindən artıq yüklənir və bu da oynaqlarda pozulmaların inkişafına gətirib çıxardır.

- Menstrual dövrünün pozulması və sonsuzluq.
Piy toxuması qadın hormonlarını ifraz etmək qabiliyyətinə malikdir. Qadın orqanizmində cinsi hormonların balansının pozulması (onların artıqlığı və ya əskikliyi) menstrual dövrünün pozulmasına, ovulyasiya ilə olan problemlərə və nəticədə sonsuzluğa səbəb ola bilər.

Məhz bu səbəbdən həkimlər sonsuzluqdan əziyyət çəkən artıq çəkisi olan qadınlara bədən çəkisini normallaşdırmağı tövsiyə edirlər.


Şərhlər: 3
Baxılıb: 2091
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Mende biraz kokelmisem 06 Ariqlamaq istiyirem,corek demek olarki yimirem ama bir deyisiklikde hiss etmirem 18 Ama kenardan baxanlar diyir ariqlamisan.Ozumu cekmeyede qorxuram depressiyaya girerem deye)) 15
24 oktyabr 2016 16:47
# 3
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
vipbetul
kokluk bir cox xesdeliklere ziyandir bir cox xesdeliklerde yaradir
23 oktyabr 2016 21:04
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
KOKLuk butun xesteliklere getirib cixarir.Ona gore daim formada ve saglam olmaq lazimdir
22 oktyabr 2016 20:48
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz