Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlam arıqlamağın 6 yolu
Sağlam arıqlamağın 6 yolu
Göndərən: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 479
Səs ver:
Sağlam olmaq hər bir insanın arzusudur. İnsanların əksər hissəsi arıq olmağı zahiri gözəlliyə görə deyil, məhz sağlam olmaq üçün istəyirlər.

Arıqlamaq istəyən hər bir kəs bilməlidir ki, bunun müxtəlif yolları vardır. Ancaq hər bir pəhriz sağlam olmaya bilər. Onların arasından sağlam pəhrizləri seçib, onlara əməl etmək lazımdır. Düzdür, bu pəhrizlərə çox vaxt tələb olunur. Ancaq həqiqi pəhriz sayılır. Çünki bədənə ziyan vurmadan çəkini azaldır.

Sağlam arıqlamağın bəzi yollarına işarə edək:
1. İdman. Sağlam arıqlamaq üçün idmanın rolu böyükdür. Bədən fəaliyyətləri həm bədəni sağlam edər və həm də əzələləri gücləndirər. Hər bir insan sevdiyi idman növünü axtarıb tapmalı və onunla məşğul olmaldır. Piyada yol getmək, qaçmaq, parklarda qrup şəklində idman etmək, üzmək kimi. Bunu nəzərə alın ki, hər bir idman insanı arıqlada bilməz. Bəzi idmanlar məhz insanın əzələlərini gücləndirər, ancaq onu arıqlatmaz.

2. Su. Su - arıqlmağa yardım edən ən mühüm qida növüdür. Mütəxəsislər bu nəticəyə gəlib çatıblar ki, davamlı olaraq su içmək arıqlamağa müsbət təsir qoyur. Su bədənə yardım edir ki, daha çox yağları əridə bilsin. Həmçinin bədəndə olan zəhərli maddərlərin dəf olmasına yardım edir. Bəzi alimlər bu fikirdədir ki, evin havası hərarətində olan su, yağların yandırılmasına daha çox təsir qoyar.

3. Limon. Limon təbii arıqlamaq üçün çox faydalıdır. Mütəxəssilərin nəzərinə görə bu turş meyvə bədənin maddələr mübadiləsini gücləndirшr. Ona görə də bağırsaqların fəaliyyətinin gücləndirilməsinə yardım edər. İsti su ilə limon suyunu qarışdırmaq bədənin hərarətini tənzim etmək üçün münasib içəcəkdir. Ona görə də yaxşı olar ki, limon suyunu isti su ilə qarışıdırıb içəsiniz.

4. Sarımsaq. Sağlam arıqlamağa yardım edən qidalardan biri də sarımsaqdır. Bu tərəvəz bədənin maddələr mübadiləsini gücləndirər və həzm sisteminə yardım edir. Düzdür ki, sarımsaq özünəməxsus iyinə görə insana əziyyət verir. Lakin əgər sağlam arıqlamaq istəyirsinizsə, bir müddət bu iyə dözməli olacaqsınız.

5. Darçın çayı. Bunu yadda saxlayın ki, darçın çayı arıqlamaq üçün ən münasib çaydır. O zaman ki, bu bitki həzm sistemini yaxşılaşdırır. Limon suyu kimi yağların əridilməsinə yardım edir. Ona görə də sağlam arıqlamaq istəyənlər bu çayı meyl etsinlər.

6. Kök suyu. Kök suyu görmə qabiliyyətini yaxşılaşdırdığı kimi, arıqlamağa da yardım edir. Bu şirə mədə üçün faydalı bir içəcəkdir. Bir stəkan kök şirəsi içmək insana uzunmüddətli toxluq hissi verər. Ona görə də gün ərzində daha az yemək yeyər.


Şərhlər: 3
Baxılıb: 479
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
arriqlamaqa ehtiyagim yoxdur
11 sentyabr 2016 13:55
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
kök suyu və adi su-axı bunlar kökəldir yazılmışdı.kökəlmə xəbərlərində
10 sentyabr 2016 22:26
# 2
Bir duam var,səndən amin gözləyirdua09123
NazNazi
darcini edirem iki kilom gedib))
10 sentyabr 2016 20:23
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz