Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zülal pəhrizi
Zülal pəhrizi
Göndərən: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 546
Səs ver:
Zülal pəhrizi ən effektli pəhriz sayılır. Bu pəhrizin əsas üstünlükləri arasında:
- çəki tez azalır,
- insan aclıqdan əziyyət çəkmir,
- pəhrizdən sonra itirilmiş çəki qayıtmır,
- piy kütləsi "əriyir", əzələ kütləsi yığılır.
 
Zülal pəhrizinin effektliyinin sirrini izah edək:
1. Bütün qəbul etdiyimiz qida əsasən yağlar, karbohidratlar və zülallardan ibarətdir. Artıq yağlar və karbohidratlar orqanizmdə piylərə çevrilir və yığılır, zülallar isə piylərə çevrilmir.
2. Zülalların mənimsənilməsinə orqanizm daha çox enerji sərf edir.
3. Zülalla zəngin olan qidalar daha tez toxluq hissi yaradır və insan özünü daha uzun müddət ərzində tox hiss edir.
4. Pəhriz zamanı insan əziyyət çəkmir, ac qalmır. Bu səbəbdən pəhriz qurtardıqdan sonra insan yeməyin "üstünə atılmır" və bu da əldə olunmuş nəticəni saxlamağa imkan verir.
Züllallarla zəngin olan qidaların bir çoxu həmçinin yağlarla da zəngindir - yağlı ət, balıq, pendir və s. Bu səbəbdən pəhriz zamanı yağlılığı az olan məhsullar seçilir. 
 
Bu məhsullar arasında:
- diyetik ət növləri (toyuq əti, dana əti, dovşan əti)
- yağsız süd
- yumurta ağı
- yağsız balıq (tunes, forel, qorbuşa, treska, xek və s.)
- yağsız pendir, kəsmik, bio-yoqurt.
Bundan pəhriz zamanı əlavə tərəvəzləri (kələm, soğan, xiyar, pomidor, gül kələmi, bibər və s.), paxlalıları (lobya, noxud, mərci), gün ərzində 1-2 tikə diyetik çörək, 1-2 turş alma və ya portağal, kivi yemək olar. Qidaların porsiyaları 150-200 qr təşkil edir.
Qidanı gündə 5 dəfə qəbul etmək, gün ərzində 1,5-1,8 l təmiz su içmək lazımdır.
Zülal pəhrizi 1-2 həftə ərzində saxlamaq olar.
 
Diqqət! Nəzərə almaq lazımdır ki, zülal pəhrizi yalnız cavan, sağlam və hərəkətli insanlar üçün nəzərdə tutulub. Böyrək xəstəlikləri, bəzi mədə-bağırsaq xəstəlikləri zamanı bu pəhrizdən istifadə etmək olmaz.
Pəhrizlə yanaşı mütləq idman və ya bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır.


Şərhlər: 5
Baxılıb: 546
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
faydali melumat oldu
18 iyun 2016 11:35
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Zülal pəhrizi dükan pəhrizinə çox bənzəyir.Hardasa eynidi.Həm çox effektli pəhrizdi,həm də yeyə-yeyə arıqlayırsız,ama təbiiki icazəli qidalardan.Mən bu pəhriz sayəsində hal hazırda istədiyim çəkidəyəm.Ama orucluqdu deyə nəyi var yeyirəm:),kilo almasam yaxşıdı.Gərək orucluqdan sonra yenə hər ehtimala qarşı bir müddətdiyinə dönüm pəhrizimə.
17 iyun 2016 21:04
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Totu
Lazîm deyil teşekkürler.
17 iyun 2016 20:49
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Barbaris
pehriz etmek fikrim yoxdur
17 iyun 2016 20:45
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Davamli pehriz etmirem.yemeyime diqqet yetirirem
17 iyun 2016 20:20
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz