Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gün ərzində yağları əritməyin 10 yolu
Gün ərzində yağları əritməyin 10 yolu
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 1405
Səs ver:
Artıq çəki və bədəndəki artıq yağlar hər bir qadını narahat edən problemlərdəndir. Bunun üçün bəziləri çətin və uzun müddətli dietlər tətbiq edir, bəziləri isə ağır idman hərəkətləri edirlər. Biz isə sizə buna nail olmağın daha asan üsullarından bəhs edəcəyik. Verdiyimiz bu 10 tövsiyəyə əməl edərək bədəninizdəki artıq yağlardan asanlıqla azad ola və daha incə və fit görünə bilərsiniz.
Budur həmin tövsiyələr:

1. D vitamini qəbul etməyi unutmayın.
D vitamini qəbul etməyin ən asan və ən yaxşı üsulu günəşli havada gəzməkdir. Günəşi bol olan iqlimli bir ölkədə yaşadığımız üçün çox şanslıyıq və bundan kifayət qədər faydalanmalıyıq. Beləliklə hər gün 30 dəqiqə günəşli havada gəzməyə çalışın. Günəşin çox az olduğu qış günlərində isə D vitaminini yağlı balıqlar yeməklə qəbul edə bilərsiniz.

2. Səhər yeməyini yaxşı yeyin.
Səhər yeməyində bal, cem kimi şirin şeylər əvəzinə daha çox proteinli qidalar yeməyə üstünlük verin. Belə proteinli və kalorili qidalar ilə yeyəcəyiniz səhər yeməyi daha gec və az acmağınıza və yağları əritməyinizə şərait yaradacaqdır.

3. Yaşıl çay için.
Bəzi araşdırmalar yaşıl çay içməyin maddələr mübadiləsini sürətləndirərək gündə 100 kaloriyə qədər yağın əridilməsinə səbəb olduğunu göstərir

4. Soyuq duş qəbul edin.
30 dəqiqə soyuq duş qəbul etmək də yağların əridilməsində təsirli üsullardandır. Lakin ürək və ya təzyiq problemi olan insanların bunu etmələri tövsiyə olunmur.

5. Gün ərzində bəzi kiçik hərəkətlər edin.
Əgər gün ərzində 10 dəfə aşağı enirsinizsə, bunun 5-ni pilləkənlə düşməyə çalışın. Beləliklə metabolizmanız daha da sürətlənəcək və daha çox yağ əritməyə nail olacaqsınız.

6. Kalsium qəbul edin.
Kalsium təkcə sümükləri möhkəmləndirmək üçün deyil, çəki itirmək üçün də lazımlıdır. Bir araşdırmanın nəticəsinə görə gündə 1500 milliqram kalsium qəbul edən insanlar almayanlara nisbətən daha az kökəlirlər.

7. Maqneziumla zəngin qidalar yeyin.
Günorta yeməyində ispanaq, lobya kimi maqneziumla zəngin qidalar yeməyə üstünlük verin. Bu da yağların əridilməsini sürətləndirən üsullardandır.

8. Hərəkət edin.
İş həyatında telefon istifadə etmək əvəzinə yanına gedib nəsə demək, ofis içərisində mümkün olduğu qədər hərəkət etmək, hətta qələmlə oynamaq, ayaqlarınızı hərəkət elətdirmək də yağları əritməkdə təsirlidir.

9. Duru yeməklər yeyin.
Axşam mümkün olduğu qədər duru yeməklər yeməyə çalışın. Protein qəbulu baxımından ətli və toyuqlu olması daha məqsədə uyğundur.

10. Yatmazdan əvvəl duş qəbul edin.
Duzlu su ilə vannanı doldurub içərisində uzanmaq bir çox modelin istifadə etdiyi üsuldur. Həftədə bir dəfə bu cür duş qəbul etmək toksinlərin bədəndən atılmasına və yağların əridilməsinə kömək edir.


Şərhlər: 6
Baxılıb: 1405
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Cindrella
41 kiloqramam
13 iyun 2016 15:11
# 6
Kölge
48 kq cekim var.2uşaq anasi
29 may 2016 23:11
# 5
Her şeye gore şukur
vipbetul
ele prablemim yoxdur
29 may 2016 22:34
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
twkler maraqli melumatdir
29 may 2016 21:56
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
ummuselma
Təşəkkürlər, yararlanmaga calisacam ınşallah.
29 may 2016 21:14
# 2
BARBI
Mende formama diqqet yetirirem. Bu usullara diqqet yetirecem
29 may 2016 20:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz