Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Novruzda kökəlməmək üçün necə qidalanmalı?
Novruzda kökəlməmək üçün necə qidalanmalı?
Göndərən: Fialka
Şərhlər: 8
Baxılıb: 676
Səs ver:
- Novruzda hər kəs mütləq şəkərbura, paxlava yeyir. Bir diyetoloq kimi, bayramda bu cür ləziz şirniyyatlardan imtina etməyi məsləhət görməyəcəksiniz ki?
- Yox. Bayramda şirniyyat yemək olar. Ancaq belə qidaları arabir yeməyi tövsiyə edirəm. Məsələn, qəlyanaltı zamanı 1 ədəd paxlava və ya şəkərbura yemək olar. Səhər yeməyi əvəzinə də 1 ədəd şəkərbura yeyə bilərlər.
 
- Bəs, plov və digər kalorili yeməklərdən dadmaq istəyənlərə nə tövsiyyə edə bilərsiniz?
- Dörd qaşıq sadə plov 1 dilim çörək deməkdir. Odur ki, gün ərzində çörəkdən imtina edərək günorta yeməyində 4 və ya 8 qaşıq plov yeyə bilərlər. Plovun qarasını çörəklə yemək olar. Onda plovun özündən imtina etmək lazımdır. Yəni, hər təamın dadına baxmaq olar. Ancaq mütləq balanslaşdırmaq lazımdır.
 
- Deyək ki, bu qaydalara əməl edə bilmədilər. Həm plov yedilər, həm də şirniyyat. Bol miqdarda kalori qəbul etdilər. Onda kökəlməmək üçün nə etməlidirlər?
-Təbii ki, belə qidalanmaq məsləhət deyil. Ancaq həddən artıq yeyibsə, onda növbəti gün tərəvəzə üstünlük verməli, bol miqdarda qatıq yeməlidir. Şirniyyatdan imtina etmək, qəbul edilən su miqdarını artırmaq lazımdır. İki-üç gün sadəcə tərəvəz, meyvə və süd məhsulları yeyərək bədəni bayramda qəbul edilən toksinlərdən və lazımsız yağlardan təmizləmək olar.
- Bir çox diyetoloq ağ rəngli 3 qidanı (şəkər, duz və un) rasiondan tamamilə çıxarmağı məsləhət görür. Sizin də belə qadağalarınız varmı?
- Yox, demək olar ki, heç nəyi qadağan etmirəm. Təbii ki, kremli tortlar, cipsilər və ya həddən artıq yağlı, şəkərli qidalar yemək olmaz. Ancaq, ümumiyyətlə, şəkərdən və ya duzdan imtina etmək doğru deyil. Əsas hansı qidanı nə ilə yeməli olduğunu bilməkdir. Çünki elə qidalar var ki, onları birlikdə yedikdə həzm sisteminə zərər verir, kökəldir. Qida kombinasiyalarını doğru müəyyənləşdirmək lazımdır. Məsələn, səhərlər və ya ara vaxtlarda krep, biskvit və ya südlü şirniyyatlar yemək olar. Təbii ki, bunlardan sadəcə birini seçmək lazımdır. Buna gün ərzində sadəcə bir dəfə icazə var. Un məmulatlarını da həftədə 1-2 dəfə qəbul etmək mümkündür. Qidalardan tamamilə, imtina etmək iradəni zəiflədir və belə halda pəhriz davamlı olmur. Sağlam qidalanma tərzinə keçmək üçün hər şeydən az-az yemək məsləhətdir.


Şərhlər: 8
Baxılıb: 676
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Black_Star
^^Kokelmek isteyenler fürseti qacirmayin.. Vay bizim halimiza :ehhh:
16 mart 2016 21:20
# 8
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
narmiwka_15
men emel edecem bulara gorum xeyri var hec
16 mart 2016 21:13
# 7
Be Happy))
vipbetul
isdemesem kokelmerem
16 mart 2016 15:57
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
3 aydır elədiyim pəhrizi Novruz bayramı ərəfəsində heç edəcəm 27 .Paxlavanı yedikcə yeyəsi gəlir insanın,necə yəni bir paxlava yeyək:),birin yedimmi ardından 2.cini,3.cünü yemək istəyirsən.Nəysəki ideal kilomun altına düşmüşəm,bayramda 2-3 kilo alsam da niçevo:)
16 mart 2016 12:30
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Miss_Angel
Sitat: Barbaris
men eksine kokelmek istiyirem 122

mende umudumu bayram wirinisie vermiwem belkem kokeldim 27
16 mart 2016 12:23
# 4
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Barbaris
men eksine kokelmek istiyirem 122
16 mart 2016 12:19
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
ɢüмüş
Dunen ilaxir cersenbede her sey hasieladim. Gozel sufre acdim. Ama yemedim. Novruz bayramina aid sirniyyatlari bir o qeder de xoslamiram. Bir qogali xoslayiram inu da seher tezden cayla yeyirem. Axsam 5 den sonra yemirem. İstesemde yeye bilmerem istahim olmur. Novruz bayraminda da bele olacaq.

Ona gorede koklemiyeceyimi bilirem
16 mart 2016 10:09
# 2
BARBI
Hec bir bayramda kokelmirem. Cunki ne yediyime her zaman diqqet edirem. Formami qoruyuram
16 mart 2016 09:12
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz