Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əsrarəngiz Layma Vaykuladan 9 günə 6 kilo arıqladan pəhriz
Əsrarəngiz Layma Vaykuladan 9 günə 6 kilo arıqladan pəhriz
Göndərən: Fialka
Şərhlər: 6
Baxılıb: 1074
Səs ver:
61 yaşlı Layma Vaykula həmişə şən, incə, gənc və gözəl görünür. Sevilən ifaçı uzun illərdir ki, çəkisini sabit (47-49 kilo) saxlayır. Çünki o, qidalanma qaydalarına ciddi əməl edir.
Bu pəhriz resepti ilə 9 gündə 6 kilo arıqlamaq mümkündür. Qeyd etmək lazımdır ki, pəhriz olduqca çətindir, ona əməl etmək üçün dözümlülük və güclü iradə tələb olunur.
 
Müğənninin əsas qaydası ondan ibarətdir ki, gün ərzində ancaq 2-3 dəfə yemək yeyir, az kalorili qidalara üstünlük verir. Qəlyanaltı kimi limonlu yaşıl çay, şəkər əvəzinə isə baldan istifadə edir.
 
Layma Vaykula pəhrizi
Vaykula kökəldiyini hiss edən kimi, bu ağır sxemə əməl edir: 3 gün yalnız düyü yeyir, növbəti 3 gündə qaynadılmış toyuq filesi, sonrakı 3 gün ərzində isə yalnız alma ilə qidalanır. Pəhriz dövründə  istənilən növ toyuq, düyü və alma yemək mümkündür. Müğənni qidalara dad vermək üçün onlara soya sousu və quru otlar əlavə edir.
Bu pəhrizin əsas tələblərindən biri də hər gün ən azı 2 litr su içməkdir. Onu da qeyd edək ki, qəhvəyi düyünün tərkibində faydalı maddələr daha çox olduğundan ifaçı ona üstünlük verir.
 
Artıq çəkidən xilas olmaq istəyirsinizsə,  bu pəhrizi sınaqdan keçirin. 9 gündən sonra həftədə bir dəfə oruc tutmağı unutmayın.
 
Əks göstəriş
Bu pəhriz böyrək xəstələrinə, hamilə qadınlara, qocalara və yenicə ana olan qadınlara qadağandır. Müğənni özü də xəstə olanda bu sxemə əməl etmir. Bundan başqa, Layma Vaykula pəhrizi orqanizmi zəif olan insanlar üçün uyğun deyil.


Şərhlər: 6
Baxılıb: 1074
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aybə
Arıqlamağa ehtiyacım yoxdu ama burda 1nüans gözümə sataşdı pəhrizdən sonra 1gün oruc deyən şəxs deyəsən eşitməib arıqlamaqçün oruc tutana cəhənnəm pulsuzdur.
2 may 2016 00:02
# 6
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
BARBI
Hec yaxsi sey deyil qisa muddetli pehrizler. Orqanizme boyuk zereri var
1 may 2016 23:05
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Kölge
Orucu ariqlamaq uxun tutmaq gunahdi.onnansa de ki gun dogannan batana ac qalin.orycun diger şertleri var axi oyuncaq deyul Allahin orucu.dehşetdilere vallah
1 may 2016 22:21
# 4
Her şeye gore şukur
vipbetul
bu cur pehrizlere inanmiram
1 may 2016 21:46
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Layma Vaykule her zaman formadadir onun kilo aldigini hec vaxt gormemiwem ideal beden formasina malikdir
1 may 2016 21:37
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
qanadli melek
Yaxsi pehrizdi etmisem bu pehrizi,ama 6kilodan az ariqladib
1 may 2016 20:08
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz