Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Axşam yeyərək də arıqlamaq mümkündür
Axşam yeyərək də arıqlamaq mümkündür
Göndərən: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 990
Səs ver:
Maddələr mübadiləsinin zəifləməsinə səbəb olacağı üçün axşam yeməyini yemədən yatmayın. Həm də axşam yeməyini bir az erkən saatda yeyin, beləcə, yatağa uzandığınızda həzm prosesi çoxdan bitmiş olacaq.
Yatmadan əvvəl belə arıqlamaq mümkündürmü? Əlbəttə ki, mümkündür. Maddələr mübadiləniz hər an aktiv vəziyyətdədir. Sizin etməli olduğunuz isə onu hərəkətləndirmək üçün bəzi detallara diqqət etməkdir. Arıqlamaq deyəndə, günün bütün dəqiqələri önəmli hesab edilir. Buna görə bəzi kiçik ipuclarını ağlınızda saxlamaqda fayda var.
 
Axşam yeməyinin faydası
Bir çox insan daha asan arıqlayar deyə axşam yeməyini yemir. Ancaq bilməlisiniz ki, axşam yeməyi yeməyərək, qarşıdakı 10 saat üçün bədəninizə heç bir qida verməmiş olursunuz. Bunun da iki ciddi nəticəsi var. İlk və önəmlisi - sağlam qidalanma rejiminə sahib deyilsiniz. İkincisi, maddələr mübadiləsini yavaşlatmış olursunuz.
 
Axşam yeməyini yatmadan iki saat əvvəl yeyin
Yüngül qidalar yeyin, az, amma balanslı yeyin. Bəzi insanlar isə bunu "ancaq salat yemək lazımdır" deyə başa düşürlər. Bu, yanlışdır. Axşam yeməyiniz lif, protein, vitamin və karbohidrat tərkibli olmalıdır.
Salatlarda diqqətli olun. Çünki günün son saatlarında bədən onları tam həzm edə bilməz. Tərəvəz şorbaları salatların yerinə daha yaxşı alternativ sayıla bilər. Darçınlı balqabaq şorbası, ya da sarımsaqlı, yulaflı balqabaq şorbası.
 
Yarım saat gəzinti
Yorulana qədər qaçmağınız vacib deyil. Ehtiyacınız olan tək şey maddələr mübadiləsini hərəkətə keçirmək və bir az rahatlamaqdır. İri addımlarla hərəkət edin və dərindən nəfəs alın. Günün irəliləyən saatlarında edəcəyiniz gəzinti gərginliyinizi azaltmağa və gün içində yaşadığınız hər hansı bir problemdən xilas olmanıza yardımçı olur. Bildiyiniz kimi, stress sağlamlığın və ideal bir kiloya sahib olmağın ən böyük düşmənlərindən biridir.
 
Rahatladıcı duşun faydaları
Qaçışdan sonra rahatladıcı isti duş mükəmməl bir fikirdir. Bunun sayəsində bədəninizdəki toksinlərdən qurtulacaqsınız. Dərinizi vitamin və minerallara qidalandıracaq. Özünüzü yenilənmiş və enerjik hiss edərsiniz.
Bu cür duş iltihablardan qurtulmanıza və arıqlamanıza, günü kefli bir şəkildə sonlandırmağa kömək edir. Vanna suyuna 100 qr karbonat, 5 damcı lavanda yağı, 100 qr dəniz duzu, 1 yemək qaşığı rəndələnmiş zəncəfil əlavə edin. Yarım saat bu suyun içində qalın və necə rahatlayacağınızı görəcəksiniz.
 
Arıqlamaq üçün günü sonunda içə biləcəyiniz çaylar
Yatmadan əvvəl kefini çıxara biləcəyiniz bir çox ləzzətli və təbii çay var. Daha çox yağ yandırmanıza kömək edəcək, bədəninizin ehtiyacı olan vitaminlə təmin edəcək və bununla da rahatladacaqr. Onlardan ən yaxşılarını təqdim edirik:
Çöl qarağatı çayı: Qan şəkəri səviyyəsini aşağı salır, dincəlmənizə yardım edir.
Anason çayı: günün gec saatlarında bu çayı içdiyinizdə daha rahat yatmanıza yardım edir və axşam yeməyində yediyiniz yağları yandırırsınız.
Gül çayı: Gül çayı antioksidan baxımından yaşıl çaydan daha zəngindir və heç kofein tərkibli deyil.
 
Yaxşı bir yuxu üçün hazırlaşın
Gözəl bir gecə yuxusu arıqlamanıza yardım edir. Gecə boyunca limfatik sisteminiz bədəninizi təmizləmək üçün önəmli sayılır. Daha yaxşı yatmaq üçün otaq istiliyi 20-24 olmalıdır. Kompüter və mobil telefon kimi cihazları 2 saat əvvəldən kənara qoyun.


Şərhlər: 9
Baxılıb: 990
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
30 aprel 2016 00:19
# 9
Aybə
Şükürki arqlamağa ehtiyacım yoxdu onagörədə oxumasım heç əksinə 1az kökəlmək istəyirəm.Ama məni görənlər deyirki camaat səninki kimi arıq olmaqçün nələr edir.
30 aprel 2016 00:14
# 8
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
evli.mutlu.cocuklu
Mən elə olur ki gecə 2de yeyirəm ama kökdən deyiləm
29 aprel 2016 23:33
# 7
Fialka
Əlbəttə mümkündür axşamlar da yeməklə arıqlamaq olar. Ümumiyyətlə ac qalmadan arıqlamaq mümkündür sadəcə bu sağlam şəkildə olmalıdır ki, sonradan fəsadlar yaranmasın. Ac qalaraq arıqlamaq demək bir müddətdən sonra həmin kiloların iki qat qayıtması deməkdir yəni bu aclıq şüuraltı insana təsir edərək sonrasında artıq çəkiyə səbəb olur. Ən əsas isə qəbul edilən qida ilə sərf edilən enerji bir - birinə uyğun olmalıdır.
29 aprel 2016 22:15
# 6
vipbetul
axsam 7 ye kimi yemek olar sonrada yungul qidalardan isdifade etmek lakin daima hereket edib sportla mesqul olmaq lazimdir
29 aprel 2016 21:56
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Heqiqeten eger duzgun qidalansaq axsam ac qalmagimiza gerek yoxdu,menim pehrizimde gunun istenilen saatinda yemeye icaze var,sadece olaraq icazeli qidalardan.6-dan sonra ac qalmaq fikri tamamile yanlisdir,orta hesabla gotursek insan 12-de yatirsa 6 saat ac qalmaq heqiqeten dehsetti.Ac qalaraq ise ariqlamaq qeyri mumkundu.Eksine onda metobalizma zeifleyir...
29 aprel 2016 21:45
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
tatyana
Axsam saat 6dan sonra hecne yemirem,icmirem,yalniz susuzlasam su ice bilerem,yuxudan 4saat evvel yeyilib bitirilmelidi qida vaxti
29 aprel 2016 20:29
# 3
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Kölge
Yemesem yata bilmerem
29 aprel 2016 20:26
# 2
Her şeye gore şukur
BARBI
Axsam yeyen zaman daha cox kokelirik. Ona gore de normasinda yemek lazimdir
29 aprel 2016 20:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz