Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Arıqlamağın yəganə yolu
Arıqlamağın yəganə yolu
Göndərən: guler19
Şərhlər: 7
Baxılıb: 1699
Səs ver:
Arıqlamağın yeganə yolu daha az kalori qəbul etmək və daha çox kalori sərf etməkdir. 

Yalnız bu halda insan həqiqətən arıqlaya bilər. Nəzərinizə çatdıraq ki, söhbət sağlam insanlardan gedir. Bəzi xəstəliklər və pozulmalar zamanı (mübadilə proseslərin pozulmlararı, endokrin sistemi xəstəlikləri və s.) hətta ciddi pəhriz arıqlamağa kömək etməyə bilər. 

Az kalori almaq üçün, təbii ki, daha az miqdarda qida qəbul etmək lazımdır. Həmçinin qida daha azkalorili (meyvə-tərəvəz, paxlalılar, bişmiş ət, balıq, toyuq, yağlılğı az olan süd məhsulları) olmalıdır. Lakin bu heç də asan deyil. Orqanizmin müdafiə mexanizmi olan aclıq buna yol vermir. Yaşamaq üçün insana qida lazımdır. Orqanizm bunu bilir və buna çox ciddi şəkildə nəzarət edir. İnsan orqanizmində aclığa və toxluğa nəzarət edən xüsusi mexanizmlər var. Aclıq insanın ən güclü hisslərdən biridir. Aclığı idarə etmək olduqca çətindir. Bunu arıqlamağa çalışan hər bir insan təsdiq edəcək. 

Bu vəziyyətdə nə etmək lazımdır? Aclığı sadəcə aldatmaq lazımdır. Necə? Bunun müəyyən yolları var. 

- Qida qəbulundan 20-30 dəqiqə əvvəl 1 stəkan ilıq su için. Bu iştahanı azaldacaq. 

- Əsas qida qəbulundan əvvəl 1 boşqab tərəvəz salatı yeyin (təbii ki, çörəksiz). Salata istənilən tərəvəzlər (xüsusilə xiyar, bolqar bibəri, kələm, soğan, pomidor), göyərti əlavə etmək 
olar. Azkalorili salat mədəni dolduracaq və mədədə digər yeməklər üçün yer qalmayacaq (və ya çox az yer qalacaq). Mədə dolduqda, beyin toxluq haqqında siqnal alır. 1 tikə 
qizardılmış ətdə bir boşqab tərəvəz salatı ilə müqayisədə kalori daha çoxdur. Tərəvəz salatı mədəni doldurub toxluq hissi yaradacaq, 1 tikə ət isə bunu etməyəcək və insan qida qəbul 
etməyə davam edəcək və nəticədə çoxlu miqdarda artıq kalori alacaq. 

- Qida qəbulundan əvvəl 1 fıncan yaşıl çay və ya zəncəfil dəmləməsi (1/2 may qaşığı zəncəfil + 1 fincan su) qəbul edin. Onlar iştahanı azaldır. 

- Kələm, bağımcan, xiyar, alma, heyva əsas enerji mənbəyi olan karbohidratların həzmini ləngidir və nəticədə insan daha gec acır. 

- Yatmazdan əvvəl yediyimiz istənilən qidalar kökəlməyə səbəb olur. Bu səbəbdən axşam saatlarında qida qəbul etməyin - 1 stəkan su və ya 1 stəkan kefir için. Kefir da aclıq hissini 
azaldır və arıqlamağa kömək edir. 

- Axşam daha tez yatmağa çalışın. Ən yaxşı vaxt - saat 22.00-dan gec olmayaraq. İnsan nə qədər gec yatırsa, aclıq bir o qədər artır.


Şərhlər: 7
Baxılıb: 1699
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Black_Star
^^Axsam saat 11den sonra bir acliq gelirki mene 06
3 aprel 2016 14:17
# 7
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
sizin 1205
Ehtiyac yoxdu
21 mart 2016 23:27
# 6
L
S.Heydarova
arıglamagıma ehtiyac yoxdur:)
21 mart 2016 23:18
# 5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
BARBI
Ariqlamaq ucun altidan sonra yemirem. Bir de daimi idman etmek lazimdir. Bu yolla formada qaliriq
21 mart 2016 19:05
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
yemeyi qaydasinda yemek coxlu herekte etmek lazimdirki kokelmeyesen ariqlayasan
21 mart 2016 17:44
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Ac qalmaqla arıqlamaq olmur,əsas lazım olan piyləri dağıtmaqdı.Piylər də ac qalanda bəkləmədə qalır,yemək yeyən kimi depolanır.Ona görədə piyləri dağıtmaq üçün yağsız süd və süd məhsulları tükətmək lazımdır,protein ağırlıqlı bəslənmək lazımdır.
21 mart 2016 16:54
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Aynur00
Az az yeyib tez tez yeyin heç vaxt ciddi pehrizler etmeyin... mede çox ac qaldıqda xesteliklere getirib çıxardır... mende çox pehriz etdim düzgün etmirdim çox vaxt ac qalırdım..sonra acdıqda daha çox yeyirdim.. sağlamlığa 2 heftedi ne qeder ziyan olduğunu bildim... medem qastrit olub.. indi hemişelik pehriz etmeliyem... indi çox peşmanam kaş kök olardım... ama o ağrıları çekmiyeydim indi yavaş yavaş düzelirem..birinci sağlamlığınızı düşünün... 125
21 mart 2016 15:04
# 1
Heyat yaşaya bilmediklerimiz belkeler,yaşadığımız kaşkiler, ve üreyimizde saxladığımız ne iselerden ibaretdir....:-)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz