Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Minimal kalorili 15 məhsul. Yeyin, kökəlməyəcəksiniz
Minimal kalorili 15 məhsul. Yeyin, kökəlməyəcəksiniz
Göndərən: guler19
Şərhlər: 5
Baxılıb: 931
Səs ver:
Günün istənilən saatında, istənilən miqdarda yemək və eyni zamanda da kökəlməmək - hər bir qadının arzusudur. 

Lakin şirniyyatlar, qızardılmış yeməklər və s. qidalar kalorili və ziyanlıdır, üstəlik, saat 18:00-dən sonra ümumiyyətlə yemək olmaz. Bəzən şam yeməyini təzəcə yedikdən sonra birazdan aclıq hiss edir, ac və qəzəbli olursunuz, bir saat gec şam yeməyi yedikdə günahkarlıq hissi baş qaldırır və daim sellülit və artıq çəki haqqında düşünməyə başlayırsınız... 

Lakin bundan çıxış yolu var. Olduqca çox faydalı və qida maddələrinə malik və bununla yanaşı da bədən quruluşu üçün zərərli olan kalorinin az olduğu 15 məhsulu kökəlmək haqqında düşünmədən doyunca yeyə bilərsiniz. 

1. Kərəviz
Sıfır kaloriyə malik klassik qidadır (əsasən sudan ibarətdir). Kərəvizin 100 qramlıq porsiyasında cəmi 16 kalori vardır. 

2. Brokoli
Tərkibində lif miqdarı çoxdur və lif həzm sisteminə yardım etməklə bərabər toksinlər və zərərli tullantıları da bədəndən xaric edir. 100 qramlıq porsiyasında 34 kalori vardır. 

3. Alma
Almanın tərkibində əslində bu siyahıda sadalanan bütün məhsullardan daha çox kalori vardır. 100 qramlıq porsiyasında 52 kalori mövcuddur. Lakin almanın tərkibində çox miqdarda 
faydalı liflər, antioksidantlar, vitaminlər və minerallar vardır. 

4. Xiyar
Bu tərəvəz demək olar ki bütünlüklə sudan ibarətdir və 100 qramında cəmi 16 kalori vardır. Bədən quruluşuna nəzarət edənlər üçün ideal qidadır. 

5. Portağal
Portağalın orqanizm üçün faydası müzakirəolunmazdır. Bu meyvənin tərkibində çox miqdarda vitamin C və liflər vardır ki, bunlar da orqanizmi toksinlərdən və zərərli tullantılardan təmizləyir. Portağalın 100 qramında digər meyvələrdən daha az - 47 kalori vardır. 

6. Kələm
Kəlm xərçəng və ürək xəstəlikləri ilə mübarizə aparan müalicəvi xüsusiyyətləri ilə məşhurdur. Bu tərəvəz həmçinin artıq çəki ilə mübarizədə yardımçı olur, çünki 100 qramlıq porsiyasında cəmi 25 kalori vardır. 

7. Gül kələm
Gül gələm iltihab əleyhinə xüsusiyyətlərə malikdir, ürəyi gücləndirir və həzmi asanlaşdırır. 100 qramında cəmi 25 kalori vardır. 

8. Qulançar (quşqonmaz)
Dadlı, yüngül və faydalı məhsuldur. 100 qramında cəmi 20 kalori vardır. 

9. Qıvırcıq kələm
Qıvırcıq kələm ən qidalandırıcı məhsullardan sayılır, onun tərkibində böyük miqdarda vitaminlər, minerallar, zülallar və liflər vardır. 100 qramı 49 kaloriyə malikdir. 

10. Göbələk
Göbələyin demək olar ki bütün növləri az kaloriyə malik olmağı ilə məşhurdur. Xoruz göbələyinin 100 qramında cəmi 38 kalori, şampinyon göbələyində isə daha az – 27 kalori vardır. 

11. Kök
Kök görmə qabiliyyəti üçün faydalı olmaqla yanaşı iltihab əleyhinə, sidikqovucu və ümumi gücləndirici xüsusiyyətlərə də malikdir. 100 qramında cəmi 41 kalori vardır və olduqca 
faydalıdır. 

12. Brüssel kələmi
Xaççiçəklilər fəsiləsindən olan brokoli, Brüssel kələmi, gül kələmi kimi tərəvəzlər orqanizm üçün olduqca faydalıdır və aşağı kaloriyə malikdir. 100 qramında cəmi 43 kalori vardır. 

13. Qarpız
Qarpız bir çoxlarının sevimli meyvəsidir. Şirin və şirəli olan qarpızın 100 qramı cəmi 30 kaloriyə malikdir. Tərkibində yüksək dərəcədə antioksidantlar və digər faydalı maddələr 
mövcuddur. 

14. Kabaçok
Kabaçok 100 qramlıq porsiyada cəmi 17 kaloriyə malikdir. Yay üçün ən dadlı, olduqca faydalı və aşağı kalorili tərəvəzdir. 

15. Soğan
Soğan müxtəlif və gündəlik reseptlər üçün istifadə olunur. Gündəlik olaraq yeməklərə əlavə etdikdə onun 100 qramının 40 kaloriyə malik olduğunu bilmək xoşdur. 

Təbii ki, faydalı və aşağı kalorili məhsulların siyahısı daha uzundur. Çuğundur, limon, pomidor, greypfrut, turp... da bu qəbildəndir.


Şərhlər: 5
Baxılıb: 931
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox gozel faydali melumatdir
15 aprel 2016 01:16
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Faydalı məsləhətlər idi artıq kilodan əziyyət çəkən xanımlar üçün amma qeyd edilənlər içərisində elələri var ki, gün ərzində ikisini yemək kökəldə bilər heçdə kökəltməyəcək sözü alma və portağal üçün keçərli deyil) təşəkkürlər.
14 aprel 2016 20:54
# 4
BARBI
Gobelekden basqa hamisini yeyirem. Cox yesende kokeltmeyen mehsullardir
14 aprel 2016 20:45
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Bu terevezlerin her biri cox faydalidir ama butun gunu bu terevezleri yeyibde hereket etmek olmaz gucumuz catmaz buna
14 aprel 2016 20:23
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fi-Ra
Alma, xiyar, portağal, qarpız və kökü xoşlayıram və sevərək yeyirəm. Qalanlarını az-maz. Bəzilərini heç yeməmişəm məsələn brokoli.
14 aprel 2016 20:16
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz