Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ofis piylənməsinin qarşısını necə alaq?
Ofis piylənməsinin qarşısını necə alaq?
Göndərən: Fialka
Şərhlər: 3
Baxılıb: 556
Səs ver:
Demək olar ki, bütün insanlar həyatlarının 2/3 hissəsini iş yerində keçirirlər. İş və karyera – insan fəaliyyətinin vacib hissəsidir. Bu yolda biz özümüzü təstiq edirik, professional yüksəliş əldə edirik və nəhayət pul qazanırıq. Amma təəssüf ki, məhz iş sağlamlıq problemlərimizin dolayı və birbaşa səbəbidir.
Bu bloq yazımda mən, iş prosesinin düzgün təşkil olunmaması səbəbindən meydana gələn piylənmə probleminə toxunmaq istəyirəm.
Təəssüf ki, iş fəaliyyətimlə bağlı bu problemlə demək olar ki hər gün qarşılaşıram.
İlk öncə piylənmənin yol açdığı xəstəlikləri gözdən keçirək ki, məsələnin ciddiyyətini anlayaq və sağlamlığımıza biganə qalmayaq:
Şəkərli diabet;
Hipertoniya;
Ürək-damar xəstəlikləri;
İnsult;
Mədə-bağırsaq xəstəlikləri;
Bəzi onkoloji xəstəliklər (qadınlarda süd vəzisi xərçəngi, kişilərdə yoğun bağırsaq və prostat xərçəngi kimi);
Qaraciyər yağlanması;
Tənəffüs sistemi problemləri;
Oynaq xəstəlikləri;
Polikistik sindrom (menstrual dövrün pozulması);
Cinsi istəkdə azalma, erektil disfunksiya;
Podaqra;
Xroniki böyrək xəstəlikləri;
Dəri xəstəlikləri;
İntihara qədər gətirib çıxaran depressiyalar və psixososial problemlər;
Bəs nə edək? "Ofis piylənməsi”nin qarşısını necə alaq? Problemin analizi üçün ofis işçisinin bir gününü izləmək kifayət edir.

Səhər çətinliklə oyanırıq, işə gecikirik deyə səhər yeməyi yemədən evdən çıxırıq. Və təbii ki, tərslikdəndirmi, qəsdəndirmi hər kəsin sevdiyi "şirniyyat evi” yolumuzun üstündədir. Beləliklə, gecikmiş səhər yeməyi şirniyyatla çaydan ibarət olur.
Bir az işlədikdən sonra tərslikdən yenə aclıq hissi yaranır. Soyuducuda isə şokolad və qurabiyə sizi gözləyir. Nahar vaxtı çatanda isə şirkətin mətbəxindən bezmiş oluruq, küçəyə çıxıb yemək axtarmağa isə həvəs olmur. Nə edək? "Köməyə” yaxınlıqdakı "fast-food” gəlir. Və naharı ordan sifariş verirsiniz. Nahardan sonra işçilərdən birinin ad günü qeyd olunur, tortun dadına baxmamaq olmaz. Ağır və yorucu iş gününün sonunda isə evdə önümüzə gələn hər yeməyi yeyirik, davamında isə televizor önündə atışdırmağa davam edirik və yatırıq.
Təəssüf ki, müasir ofislər insanların yüksək kalorili və sağlıqsız qida qəbul etdiyi yerə çevrilib. Konfetlə çay, kurabiyə, sendviçlər – ofis işçisinin yemək kompensasiyasıdır.
Və sonda artıq çəkini hesablamaq vaxtı gəlib çatır. Buna görə də piylənmə ofis işçilərinin xəstəliklərində birinci sıradadır.
Bundan başqa oturaq iş piylənmənin yaranma riskini 2 dəfə artırır. Piylənmədən əziyyət çəkən insanlarda  isə yuxarıda sadaladığım xəstəliklərin yaranma riski artır.
Növbəti mərhələdə qarınlı menecer və mütəxəssislər əsəbi vəziyyətdə internetdə dəbli diyetalar, məşhurların arıqlama üsullarını axtarırlar. Nəticə: aclıq-aqressiya-depressiya – "dözmədik”. 
Bu qədər "başarılı” arıqlama üsulları və məhşur diyet siyahıları var ikən, bu problemi həll edə bilməyən insanlar hardandır? Və xəstəliklərin "cavanlaşma” səbəbi artıq çəki deyil də nədir?
Artıq çəkinin gətirdiyi, bəzən ölümcül olan xəstəlikləri görmürükmü yoxsa iradəmizə hakim olub bu xəstəliklərə yaxalanmamağı bacarmırıqmı?
Halbuki, işdə çox vaxt keçirsək belə nəinki piylənmənin qarşısını ala bilərik, hətta artıq çəkidən azad ola bilərik.
Düzdür sağlam həyat tərzi üçün hər kəsə eyni menyu və plan təqdim etmək qeyri-professional olardı. İnsanlar bir birilərindən çəkisi, boyu, cinsiyyəti, yemək mədəniyyəti ilə yanaşı xəstəlikləri ilə də fərqlənirlər. Və bu qədər fərqliliyin içində eyni diyetanın hər kəsə eyni səviyyədə faydalı olacağı düşüncəsi yalnışdır.
Qidalanma planı individual olaraq tərtib olunmalıdır. Amma ümumi qəbul olunmuş qaydalar var ki, bunlara hər kəsin riayət etməsi məsləhət görülür. Belə olduğu halda siz öz həyatınızı dəyişərək karyeranızda yüksəlməklə yanaşı sağlamlığınızı da qoruya bilərsiniz.
Beləliklə:
Günə bir stəkan su ilə başlayın;
Səhər yeməyinizi evdə yeyin;
Evdən çıxarkən özünüzlə meyvə götürün (quru meyvə də ola bilər);
Əgər imkan varsa naharınızı ofisə sifariş verməyin, özünüz yaxındakı kafeyə gedin;
Əgər işdən ayrılmaq imkanınız yoxdursa sifariş verdiyiniz yeməyin az kalorili olmasına diqqət yetirin. Pizza və qamburgerdənsə kabab yeməyiniz məsləhətdir;
Hər 15-20 dəqiqədən bir masadan qalxmağa çalışın;
Çay, qəhvə və digər içkilərin yerinə su için. Hətta özünüzə gözəl bir qrafin alıb günün sonunadək onu boşalda bilərsiniz. Çay saatlarında bitki çayı içməyiniz daha məqsədə uyğun olar, həm stressinizi azaldar, həm də immun sisteminizi gücləndirməyə kömək edər;
Əgər hər hansı bir sənədə ehtiyacınız varsa, masadan qalxıb o sənədi özünüz götürün. Və telefonla həll edə biləcəyiniz sualları belə qalxıb özünüz iş yoldaşınızdan soruşun;
Liftdən istifadə etməyin;
İşə avtomobillə gəlib-gedirsinizsə, avtomobilinizi ofisdən aralı yerdə park edin. Ofisə qədər gəzdiyiniz 10-15 dəqiqə məsafə metabolizmanızı sürətləndirəcək və özünüzü gün ərzində daha gümrah hiss etmənizi təmin edəcəkdir;

Soyuducunuza tez xarab olmayan qidalar qoyun. Məsələn, quru meyvələr və çərəzlər ola bilər. Bu qidalar maddələr mübadilənizi gücləndirər və növbəti yemək saatında daha az qida qəbul etmənizi təmin edər;
Əgər toplantıdasınızsa və yemək yemək imkanınız yoxdursa, o zaman südlü kofeinsiz qəhvə seçim ola bilər;
Naharda yüksək qlisemik indeksli qidalardan uzaq durun. Məsələn, ağ çörək, düyü, makaron yerinə çovdar və kəpəkli çörək, bulqur, qarabaşağa üstünlük verin;
Meyvə şirələrindən uzaq durun;
Axşam saatlarında meyvə yeməyin;
Saat 20.00-dək şam yeməyinizi bitirmiş olun.
Sonda əlavə etmək istərdim ki, karyera və pul əlbəttə vacibdir, amma həyatda heç nə və heç vaxt sizin sağlamlığınızdan daha vacib ola bilməz!


Şərhlər: 3
Baxılıb: 556
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
airdaki qeyd cox gozel vurqulanib
16 aprel 2016 01:57
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
twk xeebree gore
15 aprel 2016 20:27
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Isde cox yungul qidalaniram. Cunki butun gun masa arxasinda otururam. Bu da hereketsizlikdir. Hereketsizlikde ceki almaga sebeb olur
15 aprel 2016 20:12
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz