Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Arıqlamaq üçün müxtəlif yollar
Arıqlamaq üçün müxtəlif yollar
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 1013
Səs ver:
Bəzi insanların arıqlamaq üçün tətbiq etdiyi çılğınca arıqlamaq üsulları hər kəsi təəccübləndirir, amma əhəmiyyətli olan sağlam bir şəkildə bədən üçün standart kilonu qorumaqdır, çünki həddindən artıq arıq olmaq və bədən indeksini pozmaq bir çox sağlamlıq problemini də özü ilə birlikdə gətirir. Bunu illərdir, hər kəs izah etməyə çalışsa da bəzi insanlar arıqlamaq uğruna hər şeyi edə biləcəklərini israrla göstərməyə davam edirlər… Arıqlamaq uğruna əsla tətbiq olunmamalı həmin üsullar…

1. Pambıq udma üsulu
İnsanlar, pambıq udaraq mədəyə toxluq hissi verməyə və acmamağa çalışırlar, amma bunun yerinə boğazlarına sahib çıxa bilsələr daha yaxşı olardı..

2. Dilə yamaq üsulu
Bu isə həqiqətən dəlilikdir! Dilə tikilən bir yamaq, qatı yeməklərə mane olur, çünki inanılmaz dərəcə ağrı verir. Buna görə yalnız mayeylə qidalanıb arıqlayırlar.

3. Xortumla qidalanma üsulu
Bu çılğın üsulda isə, burnunuzdan mədənizə doğru enən bir xortumla aşağı kalorili mayelər birbaşa mədənizə enir. Yəni qısacası bu üsulda burnunuzdan qidalanırsınız.

4. Yatmaq üsulu
Bu üsulda acan kimi sizi yatdıracaq yuxu dərmanları içib yatırsınız və beləcə yemək yeməmiş olursunuz.

5. Bağırsaq soxulcanı üsulu
Әn axmaq və çılğın üsullardan biridir! Bu qurdları mədələrinə göndərən insanlar, yedikləri yeməklərin kalorilərini daha tez yandırdıqlarını düşünürlər. Amma bu soxulcanların onları öldürə biləcəklərini heç təxmin belə etmirlər!

6. Qusdurucu siroplar üsulu
Bulima xəstəliyini bəlkə də eşitmisiniz. Bu xəstəlikdən əziyyət çəkən insanlar yediklərini həzm etmək yerinə özlərini qusduraraq arıqlamağa çalışırlar. Bədənlərinə heç bir şey getmədiyi üçün də bir müddət sonra belə insanlar ölümlə burun- buruna qalırlar. Bu siropun isə əsl funksiyası zəhərlənmələrdə qusdurma məqsədli istifadə olunmasıdır, amma arıqlamaq istəyən insanlar tərəfindən yediklərini xaric etmək üçün istifadə edilir.

7. İnsulin iynəsi üsulu
Şəkər xəstəsi olmayan birinə aşağı dozlu insulin iynəsi vurulsa, qandakı şəkər nisbəti sürətlə düşər və bədən enerjisini saxladığı karbohidratlardan almağa başlayar. Buda arıqlamağa gətirib çıxaracaqdır. Ancaq zamanla bütün orqanlarınız iflas edəcəkdir.. Bir neçə kilo üçün bir böyrəyinizi belə itirə bilərsiniz.

8. Urine iynəsi üsulu
Qana qarışan bu hüceyrələr maddələr mübadiləsini daha sürətli işlədərək kaloriləri daha sürətli yandırır, lakin bu halda Urine iynəsinin içindəki zəhərli kimyəvi maddələr də qanınıza qarışmış olacaqdır. Yenə ölümə gedən bir yol…

9. Narkotik həblər üsulu
Bu həblər sizi həddindən artıq uyuşdurduğu və sinir sisteminizi də sakitləşdirdiyi üçün aclığınızı hiss etməzsiniz. Yəni arıqlamaq uğrunda narkotikə başlamaq həqiqətən qulağa çox iyrənc gəlir.

10. İştahsızlar düşərgəsi
Bu düşərgələrdə iştahsızlıqları ilə qürur duyan insanlar yemək yemək yerinə rəsmən fotosintez edirlər. Hədəflərinin nə olduğunu isə bilmirik..

Həqiqətən, qarınlarını bir quru çörəklə doyuzdura bilmək üçün hər şey etməyə hazır olan insanları görəndə, yediklərinə küsüb bu cür çılğın və sağlam olmayan üsullardan istifadə edən insanlara görə çox üzülürük.


Şərhlər:
Baxılıb: 1013
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz