Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Beli 10 günə incəldən zülal pəhrizi
Beli 10 günə incəldən zülal pəhrizi
Göndərən: Fialka
Şərhlər: 9
Baxılıb: 1604
Səs ver:
Canlı orqanizmdə rast gəlinən çoxlu sayda müxtəlif üzvi birləşmələrin içərisində zülallar mühüm əhəmiyyətə malikdir. Onlar mühüm funksional element olaraq bütün canlıların tərkibində var. Maddələr mübadiləsini idarə edən fermentlər zülallardır. Bizim orqanizmimiz zülal istehsal etmək iqtidarında deyil, bu səbəbdən, onları mütəmadi olaraq qida ilə qəbul etmək lazımdır.
 
Zülallı qidaların həzm etmə prosesi çətindir. Zülal pəhrizinin əsas prinsipi belədir: aclıq hissini öldürür, əzələlərin güclənməsinə kömək edir, xüsusilə, qarın və ombalarda toplanmış yağ ehtiyatlarını əriməyə məcbur edir.
 
Zülal pəhrizi ilə arıqlamaq üçün iki sxem təklif olunur. Onların klassik variantdan əsas fərqi odur ki, karbohidratlar qida rasionundan tamamilə ixtisar edilmir və bu zaman orqanizmə də heç bir ziyan dəymir.
 
Zülal pəhrizinin birinci sxemi
 
1. Səhər yuxudan ayılan kimi acqarına dərhal 250 ml. ilıq su için. Su orqanizmdə maddələr mübadiləsini sürətləndirəcək.
 
2. 30 dəqiqədən sonra səhər yeməyini yeyə bilərsiniz: suda bişmiş 1 yumurta.
 
3. Pəhrizin birinci yarısı ərzində nahar və şam yeməyində qaynadılmış toyuq əti yeyin.
Toyuğu isə belə hazırlamaq lazımdır: Suda duz atmadan bulyon şəklində qaynadın. Dərisini və piyləri kəsib götürün. Ətin gündəlik norması 800 qramdır.
 
4. Pəhrizin ikinci yarısını bağırsaq təmizləməsinə həsr edin. Hər gün tərkibində çox nişasta olmayan 1 kilo tərəvəz yeyin.
 
5. Hər gün özünüzə tərəvəz salatı hazırlayın.
 
6. Pəhriz boyu gündə ən azı 2 litr su için.
 
Pəhrizin 2-ci sxemi
 
1. 10 günlük pəhriz ərzində sutkada 2 litr su, həmçinin itburnu dəmləməsi için.
 
2. Birinci gün yalnız qaynanmış yumurta yeyin: 4-6 ədəd.
 
3. İkinci gün - balıq. Qaynadılmış yağsız balığı istənilən qədər yeyin.
 
4. Üçüncü gün doyana qədər yalnız yağsız kəsmik yeyin.
 
5. Dördüncü gün qaynadılmış toyuq əti yeyin.
 
6. Pəhrizin beşinci günü karbohidratlara icazə verilir. Kartofu qaynadılmış halda, lakin duzsuz yeyin.
 
7. Altıncı günü qaynadılmış yağsız mal ətinə həsr edin. Onu da toxluq hiss edənə qədər yeyin.
 
8. Yeddinci gün təzə tərəvəzlər yeyilməlidir. Meyvə salatı yeməklə kifayətlənin.
 
9. Səkkizinci gün şirniyyatdan ötrü darıxanlar üçündür. Bu günün rasionuna meyvə daxil olunub.

10. Doqquzuncu gün təxminən 1,5 litr qatıq için.
 
11. Onuncu gün - təmizləmə prosesidir.  Bu gün yalnız itburnu həlimi və su için.


Şərhlər: 9
Baxılıb: 1604
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Black_Star
^^Cox pehriz elemek xowuma gelmir sadece vaxtinda duzgun gidalanmaq lazimdir
3 aprel 2016 14:16
# 9
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
Nur_Naz
cox once bel olmagda yaxsi deyil mende cox incedi biraz geniw olsa daha yaxsi olardi
30 mart 2016 02:13
# 8
vipbetul
pehrizle insan bir gun ariqlayar sonra yeniden kokeler
30 mart 2016 01:06
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Bayramda duz 5 kilo kokelmisem. Menim ucun lazimdi bu dieta tesekkurlee
29 mart 2016 21:42
# 6
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
rəmsə
Sitat: ulduz
Sitat: rəmsə
Novruz bayramında getdi 3 aydı verdiyim əziyyət bütün dieti pozdumoff50 kiloya düşdüyüm halda bayram ərəfəsi 3 kilo aldım.Ama çox da pis olmuram,çünki deyilənə görə çox arıqlıq yaraşmırmış,ona görə də indi də 55 olmağa qərar verdim.55 olum sonra pəhrizizimi davam etdirərəm,ona kimi də bayram şirniyyatları bitər02

Qiz helem yeyirsen sen sirniyatlari 10 gundu

Yeyirsən nədi?:)gözümə təpirəm122hər həftə deyirəm pəhrizə davam ama şirniyyatlar bitməyincə alınçayacaq.Belə getsə əvvəlki kiloma dönəcəm23
29 mart 2016 20:20
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
ulduz
Sitat: rəmsə
Novruz bayramında getdi 3 aydı verdiyim əziyyət bütün dieti pozdumoff50 kiloya düşdüyüm halda bayram ərəfəsi 3 kilo aldım.Ama çox da pis olmuram,çünki deyilənə görə çox arıqlıq yaraşmırmış,ona görə də indi də 55 olmağa qərar verdim.55 olum sonra pəhrizizimi davam etdirərəm,ona kimi də bayram şirniyyatları bitər02

Qiz helem yeyirsen sen sirniyatlari 10 gundu
29 mart 2016 20:17
# 4
rəmsə
Novruz bayramında getdi 3 aydı verdiyim əziyyət bütün dieti pozdumoff50 kiloya düşdüyüm halda bayram ərəfəsi 3 kilo aldım.Ama çox da pis olmuram,çünki deyilənə görə çox arıqlıq yaraşmırmış,ona görə də indi də 55 olmağa qərar verdim.55 olum sonra pəhrizizimi davam etdirərəm,ona kimi də bayram şirniyyatları bitər02
29 mart 2016 20:10
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Antikvar
Yediklərimə və evdə yedizdirdiyim şəxslərin yeməyinə günü nə bişirmək lazımdı belə hallara çox diqqət edirəm,zülallı qidalardan bir tək bel incəltmək üçün yox sağlamlığımız üçündə vacibdir.Qeyd edilən ərzaqları hər gün ard arda bişirib yeməsəmdə əsas odu tez tez istifadə etdiyim qidalardı.Bir tək sudan çox içə bilmirəm.Təşəkkürlər.
29 mart 2016 20:08
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Cox effektli pehrizdir. Belim incedir. Lazim olsnnar istifade ede biler
29 mart 2016 20:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz