Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gündə iki dəfə yeyərək arıqlamaq mümkündürmü?
Gündə iki dəfə yeyərək arıqlamaq mümkündürmü?
Göndərən: Fialka
Şərhlər: 5
Baxılıb: 1042
Səs ver:
Son günlər ABŞ-da yeni pəhriz trendi gündəmdədir.
 
Belə ki, arıqlamaq arzusunda olan amerikalıların çoxu gündə iki dəfə yemək yeyir. Maraqlısı odur ki, bir çox diyetoloq bu qidalanma rejimini sağlamlıq üçün zərərli hesab etsə də, gündə iki dəfə yeməyin yararlı olduğuna inanan həkimlər də var.
 
Onlardan biri də ABŞ-ın tanınmış həkim-diyetoloqlarından olan Merkoladır. Doktor Merkolanın fikrincə, gündə 3 dəfə əsas və 3 dəfə də qəlyanaltı olaraq müəyyənləşdirilən normal qidalanma rejimi sağlamlığa zərərlidir.
 
Həkimin sözlərinə görə, ulu babalarımız istədikləri zaman yemək tapa bilmədikləri üçün insan orqanizmi uzun müddət ac qalmağa öyrəşib. Mütəmadi olaraq gündə 3 dəfə yemək qandakı insulinin səviyyəsini tənzimləsə də, həddən artıq kalori qəbul etməyə səbəb olur.
 
Cənubi Kaliforniya Universitetinin professorlarından olan doktor Valter Lonqo da bu fikri dəstəkləyir. Doktor Lonqo hətta köklükdən əziyyət çəkənlərin sayının gün getdikcə artmasının səbəbini də gündə 3 dəfə yeməkdə görür.
 
Həkimin sözlərinə görə, gündə iki dəfə yeməyə başlayanda orqanizm əvvəllər çətinlik çəkir. Ancaq insan 1-2 ay sonra öyrəşir və özünü daha sağlam hiss edir.
 
"Mən uzun müddətdir ki, xəstələrimə səhər yeməyi yeməməyi, iki öyün arasında mütləq 8 saat ac qalmağı məsləhət görürəm”.
 
Həm doktor Merkola, həm də V.Lonqo səhər yeməyindən vaz keçə bilməyən insanlara seçim haqqı verir:
"Səhər və ya axşam yeməyindən vaz keçməlidirlər. Həyat tərzinə özləri qərar verə bilərlər. Yeməyi ya səhər-günorta, ya da günorta-axşam yemək lazımdır. Yatmazdan ən az 3 saat öncə yeyib-içməyi dayandırmaq vacibdir”.
 
Həkimlərin sözlərinə görə, bu cür qidalanmaq arıqlamağa kömək etməklə yanaşı, bir çox xəstəliyin qarşısını da alır.


Şərhlər: 5
Baxılıb: 1042
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gundelik oz yemeyimizi yemek lazimdir prosdaki sam yemeyini 6ya qeder yemek lazimdir az yemek lazimdir idmanla mesqul olmaq lazimdir
28 mart 2016 00:01
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aycelice
evveler yemek hardasa hec yemirdim vallah suyla dolanirdim acanda erinirdim yemek yemeye 1 stekan su icib qarnimi onunla doydururdum..indi hamileyem deye ozumu mecbur edirem
27 mart 2016 22:34
# 4
ulduz
Yemek yemeye erinirem. Sud vermesem vapse yemerem
27 mart 2016 22:01
# 3
BARBI
Men gunde 5 defe yeyirem amma az az yeyirem. Bu insani cox ariqladir
27 mart 2016 20:36
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
narmiwka_15
men gunde 2 defe yiyirem gunorta ve axwam hecvaxt seher yimek yiye bilmirem ureyim bulanir
27 mart 2016 20:23
# 1
Be Happy))
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz