Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlinlər üçün dieta
Gəlinlər üçün dieta
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 660
Səs ver:
Toyuna son bir ay qalan xanımlar çox yorğun olurlar və hər işləri qaçaqaça düşür. Gözəl işlər olsa da, yorğun olurlar. Bu müddətdə gəlinlər onsuz da stress və həyacana görə arıqlayır. Ancaq bəzi xanımlar öz çəkilərindən narazılıq edirlər və toya az qalan vaxtdan etibarən yemək yemirlər, ancaq bu düzgün deyil. Onsuz da hər gün gəlinlik seçimi, saç, makiyaj, xına mərasimi, qız toyu sonra oğlan toyuna hazırlıq müddətində bədənləri yorğun düşür. Bu müddətdə yeməkdən imtina etsələr, daha yorğun olacaqlar və xəstələnə bilərlər. Heç bir gəlin toyunda xəstə olmaq istəməz. Hər bir gəlinin arzusu ideal və mərasimdəki hər bir xanımdan gözəl görünməkdir. İllər sonra belə şəkillərə və video kasetə baxanda gözəl görünmək istəyirlər. Toyuna az qalan xanımlar üçün 5 günlük gəlin dietası haqqında məqalə hazırladıq.
Toya bir ay qalmış xanımlar duzlu, xəmir yeməkləri və çox şirin qidalar qəbul etməməlidirlər, çünki duzlu, şirin və xəmir yeməkləri qısa müddətdə bədəndə enerji yüksəkliyi yaratsa da, həmin qidalar qısa müddət ərzində də yağa çevrilir. Və bunlardan əlavə olaraq bol miqdarda su içməlidirlər. Çünki su həm üz dərisini gözəlləşdirir, həm də bədəndəki yağların əriməsini sürətləndirir.

5 günlük Gəlin dietası
1. Gün
Səhər yeməyi: 1 dilim çörək, 1 dilim ağ pendir. İstədiyiniz qədər xiyar və pomidor yeyə bilərsiniz.
Səhər yeməyi ilə nahar arası: 1 ədəd meyvə, 2 ədəd qoz və ya 6 ədəd fındıq, 6 ədəd badam
Nahar: 100 qram yağsız ətli salat, 1 kasa şorba, 1 kasa qatıq
Axşam: 7 xörək qaşığı ətsiz tərəvəz yeməyi, 1 dilim çörək, istədiyiniz qədər salat, 1 kasa qatıq

2. Gün
Səhər yeməyi: Kəpəkli çörəyin arasında ağ pendir. (2 dilim kəpəkli çörək), xiyar, pomidor, 5 ədəd zeytun
Səhər yeməyi ilə nahar arası: 1ədəd meyvə və 1 kasa qatıq
Nahar: Yağsız salat, 6 xörək qaşığı ətli tərəvəzli yemək, 1 kasa qatıq
Nahar ilə axşam yeməyinin arası: 1 ədəd meyvə və 1 kasa qatıq
Axşam: 1 dilim çörək, 7 xörək qaşığı ətsiz tərəvəz yeməyi, 1 kasa qatıq, yağsız salat

3. Gün
Səhər yeməyi: 2 dilim çörək, 1 dilim ağ pendir, istədiyiniz qədər pomidor, xiyar, bibər. 5 ədəd zeytun
Səhər yeməyi ilə nahar arası: 1 ədəd meyvə
Nahar: Yağsız salat, 6 xörək qaşığı ətli, tərəvəzli yemək, 1 kasa qatıq
Axşam: 1 dilim (dilim incə kəsilmiş olsun) çörək, 7 xörək qaşığı qovun yeməyi, yağsız salat, yarım kasa qatıq

4. Gün
Səhər yeməyi: 1 dilim çörək, 1 ədəd yumurta, istədiyiniz qədər xiyar, pomidor, bibər
Nahar: Sendviç (tuna balığı və ya kotlet, ya da toyuq ola bilər. Pomidor, kahı, bibər), ayran
Axşam: 1 incə dilim çörək, 7 xörək qaşığı ətsiz tərəvəz yeməyi, 1 kasa yağsız qatıq, istədiyiniz qədər salat

5. Gün
Səhər yeməyi: pendirli yumurta (ağ pendiri yumurtanın içinə töküb çalın və bişirin), 1 dilim çörək, istədiyiniz qədər pomidor və xiyar
Nahar: 4 ədəd kotlet (böyükdürsə iki ədəd), istədiyiniz qədər salat, ayran
Axşam: 1 nazik dilim çörək, 7 xörək qaşığı tərəvəz yeməyi, istədiyiniz qədər salat


Şərhlər: 8
Baxılıb: 660
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Black_Star
^^Gelinler daha cox formalira diqqet elemelidirler

^^Gelinler daha cox formalira diqqet elemelidirler
16 mart 2016 21:35
# 8
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
Dosta_inam
Allah təki bütün xanımları xoşbəxt etsin, diyeta filan boş şeydir, sevən sevdiyini olduğu kimi qəbul edəcək.

Sitat: senay))
Insallah gelen at toyumdur mende eksine kilolu deyilem cox arigame kokele bilmirem(


Ay canım mənim təbrik edirəm, inşaAllah gözəl xoşbəxt bir ailəniz olar, xoşbəxt ol canım.
14 mart 2016 12:13
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
arzu..
Sitat: senay))
Insallah gelen at toyumdur mende eksine kilolu deyilem cox arigame kokele bilmirem(

Kokelersen inşallah
14 mart 2016 11:16
# 6
Do yolu love me?
senay))
Insallah gelen at toyumdur mende eksine kilolu deyilem cox arigame kokele bilmirem(
14 mart 2016 00:35
# 5
coooooooxxx xosbextem
vipbetul
gelinler onsuzda oz toylarina az qalmis isder-isdemez ariqliyirlar o qeder isleri olurki yemeye vaxt tapmiralar
14 mart 2016 00:24
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
gelin olanlara aiddi bu yxinlardaa
14 mart 2016 00:22
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Gelinler her zaman yungul yemekler ydmelidir. Gelinliye girmek ucun dieta mutleqdir
13 mart 2016 23:20
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Cindrella
Gelin olmaga hazirlasan xanimlar yediklerine cox diqqet etmelidir.Son bir nece hefte daha da diqqet gosterilmelidir.Heddinden artiq yagli ve duzlu yemek olmaz.
13 mart 2016 23:02
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz