Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yedikcə arıqladan 10 qida
Yedikcə arıqladan 10 qida
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 1219
Səs ver:
Sadəcə yeməkləri azaldaraq arıqlayacağınızı düşünürsünüzsə, yanılırsınız. Çünki elə qidalar var ki, onları yeyərək də arıqlaya bilərsiniz. Tox tutan 10 mükəmməl qidanı sizə təqdim edirik.

1. Qatıq
Qatığın 100 qramında yalnız 50 kalori var və uzun müddət tox tutur. Qatığı səhər yeməyində, naharda, şam yeməyində və ara yeməklərində də yeyə bilərsiniz. İstəsəniz, meyvə, çərəz, bal, mürəbbə ya da təzə göyərtilər əlavə edərək daha fərqli dad əldə edərsiniz. Axşamüstü acdığınızda şirniyyatla çay içmək əvəzinə süzmə qatığın içinə nanə, cəfəri, şüyüd, xiyar əlavə edib, yanında da tam taxıllı bir dilim çörək yeyə bilərsiniz.

2. Meyvə
Qramında 1 kalori enerji olan meyvələr dadlı olduğu qədər tox tutmaq xüsusiyyətinə də malikdir. Xüsusilə alma, ərik kimi lif miqdarı çox olan meyvələri yeyərkən uzun müddət acmırsınız. Şirniyyat yemək istəyiniz yarandığı zaman bananı incə-incə doğrayın, üstünə bir çay qaşığı üyüdülmüş hindistan qozu və ya darçın səpib yeyin.

3. Tərəvəz
Pəhrizdə ən az sevilən qida tərəvəzdir. Ancaq arıqlamaq istəyirsinizsə, tərəvəz yemək məcburiyyətindəsiniz. Çünki, tərəvəzlər həm lifli olduqlarına görə, həm də içərisindəki vitamin və minerallarla sizin gümrah olmağınıza şərait yaradır.

4. Yağsız toyuq və hinduşka
Gündə bir pors ət yeməyi xoşlayırsınızsa, kalorisi az olan ağ ət yaxşı bir seçim olar. Ancaq toyuq və ya hinduşska əti yeyərkən yağlı olduğundan dərisini yeməməlisiniz. Bunları bişirərkən yağ, sous kimi əlavələr etməməyə diqqət yetirməlisiniz.

5. Yağsız balıq
Bir çox yağsız balıq növünü dieta saxladığınız müddətdə  hər gün yeyə bilərsiniz. Lakin arıqlamaq istəyirsinizsə, balıq qızartmasından uzaq durmalısınız. Balığı yalnız tərəvəzlərlə birgə falqa kağızında sobada və ya manqalda bişirməlisiniz.

6. Kəpəkli makaron
Makaron kökəldirmi? Bu, çəki problemi olan hər kəsi maraqlandıran bir sualdır. Xeyir, makaron, xüsusilə də kəpəkli makaron kökəltmir, sadəcə makaronun yanında yeyilən sous kökəldir. Kəpəkli makaronun 100 qramında 130 kalori var. Kəpəkli makaronu qaynadılmış yaşıl mərcimək və təzə göyərtilərlə qarışdıraraq dadlı bir salat hazırlayıb yeyə bilərsiniz.

7. Kartof
Makaron kimi kartofun da hamı kökəlməyə səbəb olduğunu  düşünür. Halbuki, 100 qram kartofda sadəcə 70 kalori var. Həmçinin, tərkibində bir çox vitamin və minerallar var və uzun müddət tox tutur. Ancaq vitaminlərin çoxusu qabığında olduğundan kartofu qabığı ilə bişirməlisiniz.

8. Salat
Dieta saxlayanların xoşlamadığı şeylərdən biri də salatdır. Ancaq salat tox tutduğuna görə dietlərdə mütləq istifadə olunmalıdır. Salatı yeməklə birgə deyil, yeməkdən əvvəl yeyin. Bununla doyduğunuzu hiss edəcək və yeməyin yarısını yeyəcəksiniz.

9. Su
Artıq çəkilərinizdən azad olmaq istəyirsinizsə, bol miqdarda su içməlisiniz. Çünki suyun kalorisi 0-dır. Lakin su içməyi xoşlamırsınızsa, bunun əvəzinə süni dadlandırıcılar əlavə olunmamış soyuq bitgi çayları da içə bilərsiniz. Daha az yemək üçün hər yeməkdən əvvəl bir stəkan su için.

10. Bulqur
Ağ düyü şəkəri tez yüksəltdiyinə görə tez də acdırır. Buna görə dieta saxladığınız müddətdə düyü yerinə bulqurdan istifadə etməlisiniz. Bol pomidorla bişirilən bulqur plovu və yanında doğramac yeməklə uzun müddət tox qalacaqsınız.


Şərhlər: 11
Baxılıb: 1219
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nanaska00
men ac qala bilmirem amma bol su icirem ona gore kokelmirem
19 mart 2016 01:25
# 11
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
Dosta_inam
Karkoşkanın kökəltdiyini bilirdim mən. Qeyd olunan qidalardan yeyirəm hər zaman qədərində.
12 mart 2016 09:39
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fi-Ra
Yazılanların hamsını xoşlayıram və yeyirəm
11 mart 2016 23:24
# 9
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
vipbetul
ariqlamaq kimi bir derdim yoxdur
11 mart 2016 21:59
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tenha cicek
men tez tez su icirem
11 mart 2016 21:25
# 7
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
BARBI
En cox yediyim qida qatiqdir. Hedsiz derecede xoslayiram
11 mart 2016 21:19
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Denizimm
Men daha cox meyve yeyirem tox tutmasi ucun
11 mart 2016 21:03
# 5

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
narmiwka_15
burda yazilanlarin demey olar hamisini sevirem ve yeyirem
11 mart 2016 20:47
# 4
Be Happy))
Black_Star
-Maraqlı məlumat idi teshekkür 01
11 mart 2016 20:43
# 3
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
zezema
menim bu gunku dietam getdi ishine... qat qat xemire pendiri yigdim qizartdim guya ushaqlar ucun, ozumde yedim...
11 mart 2016 20:42
# 2
Bir hissimi itirmishem - TEECCUBLENMEK
rəmsə
Onu da yadda saxlamalıyıqki,hər şeyin çoxu zərər,azı qərardı.Adi tərəvəzi belə çox yeyərkən bədən su toplayır.Qatıq yox ümumiyyətlə bütün yağ faizi 1.5 faizə qədər olan ağartı məhsulları arıqladır.
11 mart 2016 20:07
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz