Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər gün süd içərək arıqlaya bilərsiniz!
Hər gün süd içərək arıqlaya bilərsiniz!
Göndərən: NoName
Şərhlər: 18
Baxılıb: 2333
Səs ver:
1. Yağları əridir
Südün içində arıqlamağı asanlaşdıran protein, kalsiyum, potasyum, B12 vitamini, D vitamini, fosfor kimi maddələr var. Aparılan son elmi araşdırmalarda xüsusilə kalsiumun bədəndəki yağları əritdiyi və bunun miqdarının ayda 4 kiloya qədər olduğu deyilmişdir..

2. Çəki itirməyi asanlaşdırıcıdır
Çəki itirmək əslində orqanlarımızın və hüceyrələrimizin özünü yeniləməsi, həyata yenidən başlaması mənasına gəlir. Zərərli yağ hüceyrələri kiçilib yox olur, faydalı əzələlər qidalanır və güclənir, beləliklə, siz özünüzü həm formada, həm də xoşbəxt hiss edirsiniz.

3. Qarnı arıqlatmağa kömək edir
Son illərdə aparılan elmi təcrübələrdə davamlı olaraq süd ve süd məhsulları istifadə edənlərdə qarın yağlarının daha tez əridiyi görülmüşdür. Belə olan halda siz də qarnınızı arıqlatmaq üçün hər gün 2-3 stəkan süd içə bilərsiniz.

4. İştahı kəsir
Dieta saxlayanların qarşılaşdığı ən böyük çətinliklərdən biri həddən çox iştah və tez doymamaqdır. Ancaq süd içindəki möcüzəvi minerallar sayəsində daha tez doymağa kömək edir. Yeməklərdən 15 dəqiqə əvvəl bir stəkan az yağlı süd içmək iştahı kəsir.

5. Toxluq müddətini uzadır
Laktoza, yəni süd şəkəri insanın enerji ehtiyacını sağlam yoldan qarşılayır və toxluq müddətini uzadır. Beləliklə, davamlı olaraq süd və süd məhsullları istifadə edənlər həm daha uzun müddət özlərini tox hiss edərlər, həm də çəki itirərlər.

6. Diabet xəstələrinə xeyirlidir
Aparılan bir çox elmi təcrübələr südün qan şəkərini tarazladığını, halsızlıq və tez acmaq kimi problemləri ortadan qaldırdığını göstərmişdir.

Tam yağlı yoxsa az yağlı süd daha yaxşıdır?
Tam yağlı yoxsa az yağlı süd içmək lazım olduğu hamını maraqlandıran sualdır. Bu sualın cavabı sizin ehtiyacınıza görə dəyişir: Əgər arıqlamaq istəyirsinizsə, yarım yağlı süd içməlisiniz. Beləliklə, eyni miqdarda kalsium, protein qəbul edərsiniz, amma kalori miqdarı az olar. Ancaq südü sağlam yaşamaq üçün içirsinizsə, süd verən ana və ya hamiləsinizsə, tam yağlı süd içə bilərsiniz.

Arıqlamaq üçün süd necə içilməlidir?
Arıqlamaq üçün südü isti halda içmək lazımdır. Bu halda südün mədədə qalma müddəti uzanar və siz özünüzü tox hiss edərək artıq çəkilərdən qurtula bilərsiniz.
Bir stəkan süd ortalama 100 kaloridir və gündə 3 stəkana qədər süd içib, sağlıqla arıqlaya bilərsiniz. Amma az yağlı və ya tam yağlı olmasından asılı olmayaraq südünüzü yatmazdan 3-4 saat əvvələ qədər içmiş olmalısınız. Əks halda yağ olaraq yığılırlar. Yəni, yatmazdan az əvvəl süd içməyin.

Darçınlı süd arıqladırmı?
Darçın qan şəkərini taraz saxlamaqda ən təsirli vasitələrdən biridir və südə qarışdırıb içildikdə bədəndəki yağları əridir.

Süd verən analar süd içməklə arıqlaya bilərmi?
Bəli, süd verən analar süd içməklə arıqlaya bilər. Amma, təkcə arıqlamaq üçün deyil, həmçinin uşağın sağlam şəkildə inkişafı və ananın sağlam və xoşbəxt olması üçün gündə 3-4 dəfə süd və süd məhsulları istifadə etməsi lazımdır.

Süd içə bilməyənlər nə etməlidir?
Südə qarşı allergiyanız varsa və yaxud süd içməyi xoşlamırsınızsa, mütləq qatıq, kefir, ayran, pendir kimi süd məhsullarından istifadə etməlisiniz. Çünki süd sadəcə arıqlamaq üçün deyil, sümüklər, diş sağlamlığı, immun sistemi, saç və dəri gözəlliyi üçün də lazımlıdır.


Şərhlər: 18
Baxılıb: 2333
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
sud ice bilmirem
11 mart 2016 15:43
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Arıqlamaq üçün yox, ancaq hərdən sabahlar 1 st süd içirəm.
11 mart 2016 10:05
# 17
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ulduz
Sitat: rəmsə
Sitat: ulduz
Agarti məhsulların sevmirem. Süddə omur billah icmərəm. Həm onsuzda arigam 62 kiloyam hələ 9 ayliq hamiləyə m

A bajı 62 kilo azdı?62 kilo idim,depressiyaya girmişdim.Ama bəlkə də boyun uzundu hə?

Hə canım boyum uzundu ona göre. Dedim.
10 mart 2016 23:10
# 16
arzum-aysum
süd hec sevmirəm, faydalı olduğunu bilirem, amma ice bilmirəm, usaqlara ise verirəm, her gun bir stəkan
10 mart 2016 22:49
# 15
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Totu
Men onsuzda ariqam.
10 mart 2016 22:44
# 14
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
rəmsə
Sitat: ulduz
Agarti məhsulların sevmirem. Süddə omur billah icmərəm. Həm onsuzda arigam 62 kiloyam hələ 9 ayliq hamiləyə m

A bajı 62 kilo azdı?62 kilo idim,depressiyaya girmişdim.Ama bəlkə də boyun uzundu hə?
10 mart 2016 22:39
# 13
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
denizgozlu
Eveller sudu hec xoslirdim amma indi balaca oglusuma gore her gun bir istekan icirem
10 mart 2016 22:37
# 12
ulduz
Agarti məhsulların sevmirem. Süddə omur billah icmərəm. Həm onsuzda arigam 62 kiloyam hələ 9 ayliq hamiləyə m
10 mart 2016 22:27
# 11
tenha cicek
maraqlidir gerek ta sud icim
10 mart 2016 21:22
# 10
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
BARBI
Sudu cox xoslayiram. Cox faydalidir.
10 mart 2016 21:16
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Azəri_Ledi
sud içməyi xoşlayıram faydalı məlumatdır tşk
10 mart 2016 20:53
# 8
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
Tomris Müslümova
Uşaq vaxtımnan nə düslə nədə qaymaqla aram olmayıb.Axrıncı dəfə nə vaxt süd içmişəm bilmirəm.Qaymaq isə marketlərdə satılanlardan yeyirəm.Dadı fərqli olur.
10 mart 2016 20:52
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Sud icmeyi xosduyuram gerek bunan sonra her gun icem yemeyimede diqqet edem cunki ehtiyacim var
10 mart 2016 20:39
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
zezema
mence men sud pehrizine kecsem yaxshi olacaq. sud qatiq ve pendir.. gorek ne cixir..
10 mart 2016 20:31
# 5
Bir hissimi itirmishem - TEECCUBLENMEK
rəmsə
Pəhrizdə olandan bəri hər gün 1 stəkan süd içirəm.Südün yağlılıq faizi 1.5 faizi keçməməlidir.Mən lap ya 0.1 və ya 0.5 faiz yağlı süd içirəm.Bundan əlavə light ayran və ya light qatıq da piyləri əridir.
10 mart 2016 20:20
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
10 mart 2016 20:14
# 3
tatyana
Sudu ice bilmirem,yene icine kofe darcin ve ya kakao tokub rengini deyisende icirem,elece ag olarsa agzima vura bilmerem,deli yadina dash saldiz)) bilmirdim ariqladir seherden basliyim darcinli sud icmeye
10 mart 2016 20:12
# 2
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Antikvar
Sonda yazılan məsləhətlər mənə aiddi,çox təəsüf ki,heç bir ağardıcı məhsullardan yeyə bilmirəm,südü hansısa əlavəedici məsəl üçün(kako)töküb içə bilərəm,sonra nestle ilə yeyə bilərəm amma boş içə bilmərəm.Sevənlər və arıqlamaq istəyən şəxslərimiz üçün faydalı məsləhətlərdi. Təşəkkürlər.
10 mart 2016 20:05
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz