Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Narıncı pəhriz
Narıncı pəhriz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 966
Səs ver:
Qışda isti yay günlərini xatırlayıb kədərlənirik. Aysel əhval-ruhiyyəni qaldıran əla pəhriz təqdim edir. Narıncı pəhrizdə yalnız san, narıncı rəngli meyvə və tərəvəz yemək lazımdır.
 
Narıncı meyvə-tərəvəzin balqabaq, şirin kartof, portağal, ərik, şaftalı, qreypfrut, bibər, yemiş, limon, kök, xurma, mandarin – tərkibində böyük miqdarda bcta-karotin var ki, bu da dərini hamarlaşdırır və ultra-bonövşəyi şüalardan qoruyur, bundan başqa, mədə-bağırsağın işini normallaşdırır. Həkimlər narıncı ərzaqları qida rasionuna mütəmadi daxil etməyi məsləhət görürlər. Çünki onlar ürək-damar, xərçəng xəstəliyi riskini azaldır.
 
Yerkökü
Yerkökü orqanizmə ağ ciyər və ürək xəstəliyinə qarşı dayanıqlı olmağa kömək edir. Təzə sıxılmış kök şirəsi isə bağırsağın funksiyasını bərpa edir ki, bu da qəbizlikdən əziyyət çəkənlər üçün vacibdir. Yerkökü anemiya və gücsüzlük zamanı bədəni əla bərpa edir, həmçinin damarları xolesterindən təmizləyir.
 
Balqabaq
Balqabaqdan hazırlanan xöroklər bir çox xostəliklərin miialicəsi vo profılaktikası zamanı məsləhət görülür. Balqabaq lətində böyük miqdarda dəmir, fosfor vo mis var. Mohz buna görə o, atcroskleroz və qanazlığı zamanı əla profılaktikadır.
 
Kartof
Şirin kartofda mədə və öd kisəsinin işini stimullaşdıran maddəlor var. Diareya, iştahasızlıq və ya orqanizmin ümumi zəifliyi zamanı şirin kartof əla vasitədir. Həmçinin bu tərəvoz həddindon artıq tərləyon insanlara məsləhətdir. Şirin kartofun kökündən artrit və revmatizmin müalicə və profılaktikası zamanı istifado olunur.
Menyu
 
Birinci gün:
Səhər yeməyi – sadə qəhvə, 1 portağal (armud, ya qreypfrut), 2 soyutma yumurta
Nahar – sarı bolqar bibəri və pomidor salatı (8 ədəd suda isladılmış qara gavalı)
Şam – 1 portağal (armud, ya sarı alma), 1 soyutma yumurta
 
İkinci gün:
Səhər yeməyi – sadə qəhvə, 200 q 1%-li kəsmik
Nahar – portağal və 2 yumurtanın qayğanağı və bir az süd.
Şam – 1 portağal (ya alma), 1 stəkan kefir
 
Üçüncü gün:
Səhər yeməyi – 1 stəkan ballı və ya şəkərli tünd çay
Nahar – sarı bolqar bibəri, pomidor və xiyar salatı, 500 q pendir, 1 portağal Şam – 1 stəkan kefir və ya süd
 
Dördüncü gün:
Səhər yeməyi – 200 q yulaf yarması, 1 soyutma yumurta Nahar – 1 pomidor, 300 q suda bişirilmiş balıq
Şam – 2 ədəd istənilən sarı meyvə
Narıncı meyvə-tərəvəz əhval-ruhiyyəni qaldırır, insana enerji verir və susuzluğu yatırır. Pəhriz 4 gün davam edir. Yeməklər arası heç bir qida qəbul etmək olmaz. 4 gün ərzində 2-3 kiloqram itirmək mümkündür. Tərkibinə daxil olan inqrediyentlər də çox asandır, saatlarla sobanın qarşısında durmağa ehtiyac yoxdur. Kalorini də hesablamaq lazım deyil.
 
Sitrus Çempionlar
Portağal – C vitamini ilə zəngindir və antioksidant xüsusiyyətə malikdir. Portağal pektinlə də zəngindir, pektin isə bağırsağın işini yaxşılaşdırır, orqanizmdən artıq xolesterini xaric edir, uzun müddət toxluq hissini saxlayır.
Qreypfrut – yeməkdən əvvəl yeyilən yarım qreypfrut və ya 1 50 q şirəsi (şəkərsiz) 2 həftəyə pəhriz olmadan da çəki itkisinə gətirib çıxaracaq.
Limon – tərkibində böyük miqdarda C vitamini var ki, bu da qanda xolesterinin səviyyəsini azaldır, nəticədə maddələr mübadiləsi sürətlənir. Əgər gün ərzində 4 limonun şirəsini (qazlı su ilə qataraq) içsəniz, 1-1,5 artıq çəki itirə bilərsiniz.
Naringi – həzm etməni normallaşdırır, piy yığılmasının qarşısını alır. Narıncı pəhrizin üstün cəhəti ondadır ki, 4 gün ərzində bir neçə kiloqram itirmək mümkündür, xörəklər asan hazırlanır, pəhriz qısamüddətli olduğundan onu tutmaq asan olur. Yadda saxlayın ki, pəhriz uzun müddət üçün nəzərdə tutulmayıb. Həmçinin pəhriz zamanı aclıq hissi insanı narahat edir.


Şərhlər:
Baxılıb: 966
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz