Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azkalorili yeməklər orqanizmdəki yağları əriməyə necə məcbur edir?
Azkalorili yeməklər orqanizmdəki yağları əriməyə necə məcbur edir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1064
Səs ver:
Azərbaycan Dövlət Tibb Universitetinin müəllimləri tərəfindən hazırlanmış "Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəliklər” kitabında adından göründüyü kimi, artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəliklərdən, şəkərli diabetdən bəhs edilir. Adıçəkilən kitabın əsas bölməsini – yəni həkimlərin piylənmə xəstəliyi ilə bağlı elmi fikirlərini nəzərinizə çatdıracağam. Təbii ki, mürəkkəb anlayışlı hissələri ixtisar etmək və sadələşdirməklə…
İndiki zamanda piylənmənin çox mühüm bir problem olması, onun mahiyyəti hamıya məlumdur. Piylənmə ən çox yayılmış xəstəliklərdən biridir. ABŞ əhalisinin yarısından çoxunun bədəninin çəkisi normadan artıqdır.
Hipertoniya, şəkərli daibet, ateroskleroz, ürək qan-damar xəstəlikləri, öd daşı xəstəlikləri, artritlər və bir sıra digər xəstəliklər kök insanlarda normal çəkisi olanlara nisbətən daha çox yayılıb. Piylənmə xəstəliyindən vaxtından qabaq dünyasını dəyişənlər, bədxassəli şişlərdən dünyasını dəyişənlərə nisbətən iki dəfə çoxdur.
Bədənin kütləsinin artmasına, piylənmə xəstəliyinə bir sıra faktorlar səbəb olur.
Ən əhəmiyyətli rolu enerji disbalansı oynayır: orqanizmə qidalanma ilə bağlı daha çox kalori daxil olur, nəinki sərf olunur (müsbət enerji balansı).
Piylənmənin səbəblərindən biri də qidalanmanın qeyri-müəyyən olmasıdır. Xüsusən qida qəbulunun gün ərzində böyük fasilələrlə olması, bu isə özlüyündə qida mərkəzinin həddindən artıq oyanmasına gətirib çıxarır, belə insanlar uzun müddət fasilədən sonra tez-tez və artıqlaması ilə yeyir, çünki doyma hissiyyatı o adamda yubanma ilə meydana gəlir.
Piylənmə hadisəsi 30-40 yaşlarından sonra orqanizmdə mübadilə proseslərinin fəallığının azalması nəticəsində də (25 yaşından sonra orta hesabla hər 10 ildən bir, 7-8%) baş verir. Amma qidalanmaya vərdiş əvvəlki kimi qalır və nəticədə yeməyin miqdarı artıqlaması ilə olur. Xüsusən, axşam vaxtı çoxlu miqdarda qəbul edilən yemək xoşagəlməz təsirə malik olur, qida maddələri gecə vaxtı qana daxil olduqda, demək olar ki, hamısı tamlığı ilə yağa çevrilir.
Beləliklə, piylənmə müxtəlif mənşəli olur və bu baxımdan hər bir halda fərdi müalicə proqramının hazırlanması tələb edilir.
Piylənmə ilə xəstələnən xəstələrin müalicəsində əsas məsələ: elə bir qida rasionu hazırlamaq lazımdır ki, o rasion orqanizmdə mənfi enerji balansını təmin edə və bununla bədənin kütləsinin azalmasına səbəb ola bilsin. Dieta elə qurulmalıdır ki, orqanizmdə gedən fizioloji proseslərin və insanın enerji balansının xüsusiyyətləri nəzərə alınsın. Piylənmədə qəbul olunan qidanın miqdarı onun sərf olunmasından az olmalıdır. Bu azlıq nə qədər olmalıdır – bunu həmişə fərdi olaraq hesablayırlar.
Yağ hüceyrələrinin orqanizmdə nə qədər olması əvvəlcədən proqramlaşdırılır. Hər bir adam dünyaya gəldikdə çoxlu miqdarda yağ elementləri ilə doğulur. Bu elə bir haldır ki, sanki "yağ toxumaları gözləmə mərhələsindədirlər”. Bütün həyatı boyu onlar tədricən əsil yağ toxumalarına çevrilirlər. Qidalanma nə qədər ki, düzgün təşkil edilməyib, o qədər də bu yağ hüceyrələri fəal şəkildə törəyib artacaqlar.
Azaldılmış kalorili dietanın tətbiq olunması, orqanizmi məcbur edir ki, enerjiyə olan tələbatı orqanizmdə olan yağ ehtiyatlarının hesabına ödəsin (bundan orqanizmdə kifayət qədərdir: normal şəkildə olan sağlam adamın bədən kütləsinin orta hesabla 12%-ni təşkil edir, piylənmədə yağlar 50%-ə və daha da çoxala bilər).
Dietada karbohidratların məhdudlaşması hamıya məlum olan ümumi şəkildə qəbul olunur, belə ki, həddindən artıq karbohidratla qidalandıqda yağların enerji mənbəyi kimi istifadə olunması dayanır. Dietada karbohidrat çatışmazlığı olduqda orqanizm enerji prosesləri üçün öz yağlarını "səfərbər edir”. Azacıq piylənmə varsa, gündəlik rasionda karbohidratların miqdarı 120-150 q-a qədər azaldılır, amma karbohidratları kəskin şəkildə məhdudlaşdırmaq olmaz. Çünki bu zaman insanlarda qida qəbulundan sonra doyma hissiyyatı olmur. Karbohidratlar rasiona tərəvəzlər, giləmeyvələr, meyvələr şəklində daxil edilir, bunlar yavaş-yavaş mənimsənilir və doyma hissiyyatı yaradılır. Asanlıqla mənimsənilən karbohidratlar (şəkər, bal, mürəbbə, qənnadı məmulatları) rasiondan çıxarılır.
Qida rasionunun tərkibində yağların olmasından daha vacib məsələlər var. Arıqlamaq üçün dieataların əksəriyyətində yağlar məhdud şəkildə olmalıdır. Amma yağ o biri qidalara nisbətən aclığı sakitləşdirmək üçün daha yaxşıdır. Çünki yağlı xörəklər mədənin matorikasını tormozladığına görə qida mədədə uzun vaxt qalır, bu isə qida mərkəzinin qıcıqlandırılmasını azaldaraq doyma hissiyyatı yaradır. Yağlara olan tələbatı hesabladıqda "ümumi miqdar” adlanan "gözə görünməz” yağları da nəzərə almaq lazımdır, hansılar ki, ət, balıq, süd məhsulları, yarmalar, dənli bitkilər və s. məhsulların tərkibində olurlar.
Pəhrizlərdə kifayət qədər, bəzən isə daha da çox miqdarda zülallar olmalıdır. Bu vaxt orqanizmin enerji sərfi çoxalır ki, bununla da bədənin çəkisi azalmağa doğru gedir. Rasionun tərkibində zülalların miqdarının azalması isə orqanizmdə lipolitik proseslərin fəallığının aşağı düşməsinə səbəb olur.
Müasir baxışlara görə, piylənmənin müalicəsi üçün aşağıdakı tərkibdə baza dietası məsləhət görülür. Bu dieta kaloriliyin məhdud olmasını göstərir (1300-1800 kkal), zülalların tərkibi (110-135 q-a qədər) artırılmış olur, bir qədər yağların da çoxalması (100 q-a qədər), karbohidratların miqdarı isə orta hesabla 150 qrama qədər azaldılır.
Piylənmənin müalicəsində qidalanma rejiminin mühüm rolu vardır. Qida qəbulunun uzun fasilələrlə hərdənbir olması piylənmənin inkişafına səbəb olur.

Köklükdən əziyyət çəkənlərin müalicəsində əsas prinsiplərin formalaşması aşağıdakı kimi olmalıdır:

P Karbohidratları məhdudlaşdırmaq.
P Rasionda zülalların tərkibini çoxaltmaq.
P Xörək duzunun 5 q-a qədər məhdudlaşması iştahanın azalmasına və diurezin güclənməsinə səbəb olur, bu isə öz növbəsində bədənin çəkisinin azalmasına aparır. Maye qəbulu 5-6 stəkana qədər məhdudlaşdırılmalıdır.
P Xörəklərdə və qida məhsullarında iştahanı artıran faktorları, alkoqol içkilərini, kəskin xörəkləri, ədviyyaları (xardal, soğan, istiot, xren və s.), hisə verilmiş məhsulları, qızardılmış xörəkləri məhdudlaşdırmalı.
P Gündə 5-6 dəfə qidalanmaq lazımdır – onda aclıq hissiyyatını asanlıqla qaldırmaq olar.
P Vitaminlərin rasionun tərkibində kifayət qədər olmasını təmin etmək lazımdır. Amma onları da həddindən artıq istifadə etməkdən çəkinmək lazımdır, yoxsa B1, B6, D vitaminlərinin həddindən artıq miqdar istifadəsi lipogenizə səbəb olur və qlikogenin yağa çevrilməsini sürətləndirir.


Şərhlər:
Baxılıb: 1064
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz