Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kalsium pəhrizi ilə arıqla!
Kalsium pəhrizi ilə arıqla!
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 1427
Səs ver:
Bu günə qədər sınaqdan keçirdiyiniz bütün pəhrizləri unudun.  

Bu pəhrizin ən böyük fərqi həftədə, sadəcə, 2 gün saxlanılmasıdır. Digər pəhrizlərdən fərqli olaraq bunu həyat tərzinə çevirərək ömür boyu həftənin iki gününü kalsium pəhrizinə uyğun qidalanmaq olar. Məsələn, cümə və şənbə günlərini kalsium pəhrizinə ayıra bilərsiniz. Digər günlər isə sağlam qidalara üstünlük vermək şərti ilə istədiyiniz hər şeyi yeyə bilərsiniz.

Pəhrizə daxil edilən qidalar lif, karbohidrat və zülalla zəngin olduğu üçün ac qalmadan arıqlamağı təmin etməklə yanaşı, sağlamlığa da müsbət təsir göstərir.

Həkimlər bildirirlər ki, zülal və vegetarian pəhrizi də daxil olmaqla məlum olan pəhriz növlərinin çoxunun orqanizmə mənfi təsirləri var. Məsələn, həddən artıq zülal qəbul etdikdə damarlar tıxanır, vegetarian pəhriz isə diqqət pozğunluğu, yaddaşın zəifləməsi kimi hallara səbəb olur.

Bütün bunları nəzərə alaraq orqanizm üçün ən faydalısı kalsium pəhrizidir.

Gündə 1500 mikroqramı keçməmək şərtilə kalisum qəbul edilir.

Bu pəhrizi ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, şəkər və təzyiq xəstələri də saxlaya bilərlər. Ancaq 16 yaşı tamam olmamış uşaqlara və hamilə qadınlara tövsiyə edilmir. Çünki pəhriz B12 vitamini ilə zəngin qidalar ehtiva etmədiyindən uşağın və ana bətnindəki körpənin inkişafına mənfi təsir edə bilər.

2 günlük kalsium pəhrizi:

Birinci gün
Yuxudan oyanan kimi: yarım litr su için.
Səhər yeməyi: 250 qram yağsız südə 2 qaşıq yulaf, 2 ədəd qoz, 6-10 ədəd çiyələk əlavə edib yeyin.
Saat -11yarım litr su için. 5 ədəd gavalı qurusu yeyin.

Günorta yeməyi: Pendirli salat, 1 stəkan təzə sıxılmış portağal və kivi şirəsi, 1 dilim çovdar çörəyi yeyin.

Saat 15:00: yarım litr su için və 10 ədəd fındıq yeyin.

Saat 17:00: yarım litr su için. 200 qram yağsız qatıq ilə 4 ədəd qaysı yeyin.

Axşam yeməyi: 150 qram sobada bişmiş qızıl balıq, su tərəsi, 1 dilim çovdar çörəyi yeyin.

Yatmazdan 1 saat öncə: fasilə ilə yarım litr su və 200 ml yağsız süd için.

İkinci gün
Yuxudan oyanan kimi: yarım litr su için. 2 ədəd qoz, 15 ədəd gilas yeyin.

Səhər yeməyində: 100 qram yumşaq yağsız pendir və bol miqdarda göyərti yeyin.

Saat 11-1130 yarım litr su için və yarım stəkan qarağat yeyin.

Günorta yeməyi: buxarda bişmiş tərəvəzlər yeyin. Nanəli, duzsuz, yağsız, evdə hazırlanan 400 ml ayran için.

Saat 15:00: yarım litr su için. Evdə hazırlanan meyvəli qatıq yeyin və ya yağsız süd için.

Saat 17:00: yarım litr su için. 1 ədəd alma yeyin.

Axşam yeməyi: yağsız pomidorlu darı pilovu (1 stəkan), 400 qram yağsız qatıq yeyin.

Yatmazdan 1 saat öncə: yarım litr su için və 1 ədəd alma yeyin.


Şərhlər:
Baxılıb: 1427
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz