Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maddələr mübadiləsini sürətləndirməyin yolları
Maddələr mübadiləsini sürətləndirməyin yolları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 992
Səs ver:
Çəki itirmək üçün maddələr mübadiləsini sürətləndirmək vacibdir. Bəs maddələr mübadiləsini sürətləndirmək üçün nə etməlisiniz? Təbii ki, idmanla məşğul olmağa və sağlam qidalanmağa diqqət etməlisiniz.

İdmanla məşğul olmaq. Amma necə?
Maddələr mübadiləsini sürətləndirmək üçün daha çox hərəkət etmək lazımdır. Ağırlıq qaldırın. Yağsız əzələ yaratmaq və olanları da qorumaq üçün maddələr mübadiləsinin sürətini yüksəkdə tutmalısınız. Çünki əzələlər yağlardan daha çox enerji istifadə edir, eyni zamanda daha çox kalori yandırır. Həftədə 3 dəfə 20 dəqiqə olmaqla əzələlərinizi gücləndirmə məşqləri edin.

Tez-tez qidalanın.
Bədənimiz qidaları həzm etmək üçün bir qədər enerjiyə ehtiyac duyur. Beləliklə az, amma tez-tez qidalanmaq metabolizmi də canlandırır. Misal üçün günorta yeməyinizin yarısını saat 12-də yeyirsinizsə, qalanını da 2-də bitirə bilərsiniz.

Daha çox su için.
Metabolik kimyəvi reaksiyanı həyata keçirməyin açarı sudur. Yetərincə su içməsəniz, maddələr mübadiləsi daha zəif təsirli hala gələcəkdir. Gündə 2 litr su içməyə çalışın. Meyvə, tərəvəz və digər mayelərdən aldığınız su miqdarı bu miqdarın xaricindədir.

Lifli qidaları artırın.
Lifli qidaları həzm etmək asan deyildir və bu, əslində yaxşı bir şeydir. Lifli qidaları həzm etmək üçün əlavə enerji sərf olunur və metabolizm canlı qalır. Gündə 25-30 qram lifli qida yeməyi qarşınıza məqsəd qoyun. Lifli qidalara mərci, noxud, lobya, paxla, qarox, soya və digər paxlalılar daxildir.

Proteindən əl çəkməyin.
Proteinlərdəki amin turşuları əzələni bərpa edir və bu, bədən üçün olduqca vacibdir. Çünki əzələlər azaldığı zaman maddələr mübadiləsi yavaşlayır. Mütəxəssislər qadınlara gündə 70 qram protein qəbul etmələrini məsləhət görür.


Şərhlər:
Baxılıb: 992
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz