Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pəhrizdə doğru bilinən yanlışlar
Pəhrizdə doğru bilinən yanlışlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 910
Səs ver:
Ac qalaraq arıqlamaq olarmı? Çörək kökəldirmi? Dietik qidalar arıqladırmı? Aç qalaraq arıqlamağın, çörəyin kökəltdiyinin, diyet məhsullarının arıqlatdığının və 18:00-dan sonra yemək yeyilməməsinin əslində doğru olmadığını bilirdinizmi?

Uzun müddət aclıqdan sonra metabolizm enerji sərfiyyatını azaldır və yağ mənbələrini artırmağa başlayır. Yeyilən çox az qida belə yağ olaraq toplanır.

Çörək təməl enerji qaynağımız olan kompleks karbohidratların ən önəmli qaynağıdır. Çörək yeməyən insanların yenə taxıl qrupunda olan taxıl məhsullarını: makaron, plov kimi qidaları yeməkləri daha çox yedikləri də müşahidə edilmişdir.

Bir paket "dietik” peçenyenin enerjisi 2-3 dilim çörəyin enerjisi ilə eynidir. Üstəlik çörəkdə yağ da yoxdur. Ancaq bir çox dietik qidanın tərkibində yağ vardır, sadəcə nisbəti azaldılmışdır. Bəzi pəhriz qidalarının kalorisi çox, duzu az ola bilər. Bəzi qidalarda isə şəkər yerinə dadlandırıcılardan istifadə edilmiş, ancaq yağ və un miqdarı artmışdır. Diyetik qidalar pəhriz üçün sadəcə köməkçidir və etiketləri diqqətlə oxunduqdan sonra istifadə olunmalıdır.

"Sadəcə meyvə və tərəvəz yeyərək arıqlamaq olar” fikri də yanlışdır. Tək bir qida növünə əsaslanan pəhrizlər bədənin ehtiyac duyduğu makro və mikro qida maddələrini qarşılaya bilmir. Sadəcə tərəvəz və meyvə yeyilərsə bədənin ehtiyacı olan protein və yağ qarşılanmadığı üçün metabolizm yavaşlayar. Əvvəlcə çəki itkisi müşahidə olunsa belə bədəndəki yağ səviyyəsi yüksəlməyə başlayar.

"Axşam saat 18:00-dan sonra bir şey yeyilməməlidir” fikri də doğru deyil. Saat 20:00-da evinə gələ bilən bir insan bu qanuna riayət etməli olsa idi onda günorta yemiş olduğu yeməklə bütün günü keçirmiş olacaqdı. Bu səbəbdən də yemək saatları fərdi olaraq təyin olunmalıdır.


Şərhlər:
Baxılıb: 910
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz