loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İsti süd içərək necə arıqlamaq olar?
İsti süd içərək necə arıqlamaq olar?
Göndərən: KRALİCEM
Şərhlər:
Baxılıb: 1339
Səs ver:
Sayaraq arıqla adlı pəhriz kitabı ilə gündəmdə olan türkiyəli həkim-diyetoloq Ayça Qaya daha öncə heç yerdə eşitmədiyiniz arıqlama üsulunu açıqlayıb. Həkimin sözlərinə görə, heç bir əziyyət çəkmədən, sadəcə, isti süd içərək ideal çəkiyə qovuşmaq mümkündür.

Diyetoloq isti südün mədəni doldurduğunu, toxluq hissi verdiyini bildirib:

"Süd sağlam və balanslı qidalanmaq istəyənlər üçün ən önəmli vasitədir. Onun tərkibində orqanizm üçün zəruri olan kalsium, zülal, kalium, B12 vitamini var. Elmi araşdırmalar sübut edib ki, gündə 3 dəfə süd içən insanlar daha tez arıqlayırlar”.

Diyetoloq südün bu möcüzəvi təsirini onun tərkibindəki zülalla və kalsiumla əlaqələndirib:

"Amerikalı elm adamları insanı uzun müddət tox saxlayan və yağları əridən qidalar siyahısında ilk yeri məhz südə veriblər. Süd keyfiyyətli zülalla zəngindir. Zülal orqanizmin yağları əritməsinə və bədəndən atmasına kömək edir. Ehtiva etdiyi kalsium isə maddələr mübadiləsini sürətləndirir. Xüsusilə də qarın və ombalarda toplanan yağların əriməsinə kömək olur. Tərkibində şəkər laktozu olduğu üçün enerjinizin azalmasına, özünüzü halsız hiss etmənizə imkan vermir”.

Həkim-diyetoloq südün, sadəcə, arıqlatmaqla kifayətlənmədiyini, bir çox problemin həllinə də kömək etdiyini vurğulayıb:

"Süd sağlamlığa da yaxşı təsir edir. Sümük əriməsindən saç tökülməsinə, qarın piylərinin əriməsindən insulin balansının qorunmasına kimi bir çox problemlərin həllinə kömək edir”.

Ancaq arıqlamaq istəyənlər süd içərkən müəyyən qaydalara əməl etməlidirlər.

"Südü isti-isti içmək lazımdır. Təbii ki, ağzınızı yandırmayacaq temperaturda olmalıdır. İsti süd mədədə daha çox qalır və toxluq hissi verir. Gündə 2 dəfə, səhər və yatmazdan 3 saat öncə içmək məsləhətdir. Həmçinin isti südü yeməklərdən 10-15 dəqiqə öncə içərək iştahanızı azalda bilərsiniz”.

Şərhlər:
Baxılıb: 1339
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz