Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
7 günlük pəhriz
7 günlük pəhriz
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 964
Səs ver:
7 günlük pəhriz çox ciddi pəhriz sayıldığı üçün, tövsiyyə edirik ki, növbəti pəhrizi başlamamışdan öncə bir həftə ara vermək lazımdır.

Çevik nəticələr
Əgər pəhrizin normalarına əməl etsəz, 7 gün ərzində çəki itirə bilərsiniz. Menyuya əməl etmək vacibdir, lakin hər gün müxtəlif olur. Bu, digər pəhrizlərdə rast gəldiyimiz monotonluqdan yayınmağa kömək edir.

İdman çox vacibdir
Fiziki hərəkətlər etməyi unutmayın – bunlar sizin sabah məşqləriniz, aerobika və ya gəzinti ola bilər, lakin müntəzəm etmək lazımdır.

Əmin olun ki, pəhriz ciddi olmasına baxmayaraq rəngarəng və maraqlı, həmçinin asan hazırlanan ola bilər. Bu 7 günlük pəhrizin hər günü tam olaraq fərqli olacaq.

TƏRƏVƏZ KOKTEYLI GÜNÜ
Blender və meyvə ekstraktoru bu gün üçün lazımlı alətdir – tərəvəzlərin tərkibindəki ən yaxşıları əldə etmək üçün.

Bu gün artıq su kənarlaşdırılır və dəri öz möhkəmliyini itirmir.

Tərəvəzlər bədəndə su paylanmasını nizamlayan kaliumla zəngindir.

Menyu
Səhər yeməyi:
3 ədəd kərəviz, 6 ədəd yerkökü və 3 xörək qaşığı ispanaq (donmamış) şirəsi, 200 qr fermer pendiri

Lanç:
3 ədəd kərəviz və 6 ədəd yerkökü şirəsi və bir pomidor

Nahar:
3 ədəd kərəviz, 6 ədəd yerkökü ilə döyülmüş cəfəri şirəsi və 1 qaşıq günəbaxan yağı, 100 qr qızardılmış toyuğun döş əti, 5 qaşıq noxudla bişmiş yerkökü

Şam yeməyi:
3 ədəd kərəviz, 6 ədəd yerkökü və 2 qaşıq qurudulmuş reyhan şirəsi və 1 qaşıq günəbaxan yağı, 2 dilim quru çörəklə hinduşka vetçinası, 2 yarpaq yaşıl kahı

BALIQÇILAR GÜNÜ
Yodla zəngin yosun və balıq  bədəndə piy əritmə prosesinə təsir edir.

Menyu
Səhər yeməyi:
kivi salatı, yarım alma, yarım portağal, 2 qaşıq qarğıdalı dənəsi (pop-korn), 2 qaşıq yoğurt, bir fincan yosun(algae) içkisi ( 2 çay qaşığı yosundan hazırlanmış)

Nahar:
200 qr balıq qızartması(sote) ilə çoxlu vinqred salatı/limon şirəsi, dəmlənmiş yosun(algae) içkisi

Şam yeməyi:
200 qr ispanaqla birgə folqada qızardılmış qızılxallı balığı və dəmlənmiş yosun içkisi

VACIB QEYD:
Vafli sevənlər desert kimi 2 ədəd yeyə bilərlər.

SÜD KOKTEYLI GÜNÜ
Bu üçüncü və pəhrizin ən çətin günüdür. Südün tərkibindəki triptofan beynimizə stimul verir ki, əhvalı yaxşılaşdıran serotonin maddəsini buraxsın.
Bu, pəhrizin 3-cü günündə zəifləyən əhvalımızı qaldırmağa komək edir.

Menyu
Səhər yeməyi:
1,5 fincan 1 ədəd bananla qarışdırılmış yağlı süd, 4 qaşıq qarğıdalı dənəsi (pop-korn) ilə homogen vanil kremli pendir və ya meyvə yoğurtu.

Lanç:
1,5 fincan 1 ədəd bananla qarışdılırmış yağlı süd

Nahar:
1,5 fincan 1 ədəd bananla qarışdılırmış az yağlı süd, 2 dilim tam buğda çörəyi ilə az şəkərli cem.

Şam yeməyi:
1,5 fincan 1 ədəd bananla qarışdırılmış az yağlı süd, 150 qr qızardılmış toyuğun döş əti, 4 yarpaq kahı ilə 2 qaşıq təbii yoğurt

BOROKOLI GÜNÜ
Azad radikallara qayıdaq.
Brokoli bizi Vitamin C və Beta-karotin ilə təmin edəcək.

Menyu
Səhər yeməyi:
Çox qaynadılmış yumurta, yarım pomidor, dilimlənmiş, soğanla qarışdılırmış şəkildə, 100 qr brokoli, 3 qaşıq limon şirəsi əlavə olunmuş bir stəkan mineral su

Nahar:
4 qaşıq bişmiş ağ düyü, 200 qr bişmiş brokoli, 1 stəkan duzlu kələm şirəsi

Şam yeməyi:
100qr bişmiş brokollidən, yarım tənəkə qırmızı lobya və əlavə olaraq bir çayqaşığı zeytun yağından hazırlanmış salat, 3 qaşıq limon şirəsi əlavə olunmuş 1 stəkan mineral su

KARTOF GÜNÜ
Bu gün bədəndəki artıq suyu çıxarmağa çalışacağıq. Kalium burada çox kömək olur- kartoflar isə bu mineralla zəngindir.
Çoxunun düşündüyü kimi kartoflar kalori ilə zəngin deyil. 5-ci gündə onlar bizə aclıqla mübarizə aparmaq üçün kömək edir, çünki doydurucu xüsusiyyəti var.

Menyu
Səhər yeməyi:
1 stəkan tərəvəz şirəsi və 1 iri bişmiş kartof ilə 1 qaşıq şüyüd

Lanç:
1 stəkan pomidor şirəsi, 2 ortaboylu kartof 1 dilim pendirlə bişmiş və 1 qaşıq cəfəri ilə qarışdırılmış şəkildə.

Nahar:
bir stəkan tərəvəz şirəsi, 1 ədəd ortaboylu kartof, 1 qaşıq şüyüdlə qarışdırılmış şəkildə

VACIB QEYD:
Lazım olduğu təqdirdə 1 ədəd şirniyyat yemək olar.

SITRUS MEYVƏSI GÜNÜ
Bədəni təmizləmə prosesinin ardı.
Meyvə şirələri və meyvələr- qısaca: Vitamin C.

Menyu
Səhər yeməyi:
bir stəkan portağal şirəsi, bir cüt mandarin(narıngi), 1 fincan yoğurt
Nahar:
bir stəkan qreypfrut şirəsi, 50 qr bişmiş toyuğun döş əti, 200 qr sitrus meyvəsi salatı
Şam yeməyi:
bir stəkan qreypfrut şirəsi,bir tikə toyuq vetçinası ilə bir dilim tam buğda çörəyi,salat,bir neçə mandarin

DÜYÜ GÜNÜ
Bədəni normal pəhriz üçün hazırlamağın zamanıdır və düyü bunu etməyə bizə kömək olacaq.O,qanda şəkərin miqdarını stabilləşdirəcək.

Menyu
Səhər Yeməyi:
5-6 təzə və ya donmuş çiyələk,bir stəkan bişmiş düyü və bir stəkan şəkərsiz meyvə yoğurtu.

Lanç:
150qr bişmiş hinduşka döş əti,bir stəkan bişmiş düyü,150qr bişmiş brokoli,qırmızı bibər

Nahar:
5-6 təzə və ya donmuş çiyələk, 3 qaşıq çiyələk vəya vanil kremli pendir ilə bişmiş bir fincan düyü


Şərhlər:
Baxılıb: 964
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz