Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orqanizmi təmizləyən italyan və fransız pəhrizi
Orqanizmi təmizləyən italyan və fransız pəhrizi
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 784
Səs ver:
Necə tez arıqlaya bilərəm”, - sualına cavab tapa bilmirsiniz? İdmanla məşğul olur, az yeyir və yenə də arıqlaya bilmirsinzisə, o halda fransız, İsveç və italyan pəhrizini sınaqdan keçirin.

Səhhətində heç bir problemi olmayanlara məsləhət görülən bu pəhrizi 4 gün saxlamaq lazımdır. İstədiyiniz çəkiyə çatmaq üçün bir neçə gün fasilə verib yenidən başlaya bilərsiniz.

Pəhriz təkcə arıqlamağa kömək etmir, eyni zamanda orqanizmi şlaklardan təmizləmək üçün də effektiv üsuludur.

İtaliyan ekspress-pəhriz: 4 gündə 2 kq
İtaliyanların biçimli bədənləri və gözəl dərisi  olur. Bunu da məhz ayda bir dəfə saxladıqları pəhrizə borcludurlar.
Səhər yeməyi: Təzə göyərti: reyhan, cəfəri, şüyüd, kərəviz və vəzəri salatı. Bu göyərtilərin üzərinə limon suyu sıxın və zeytun yağı əlavə edin. Duz tökmədən yeyin.
Nahar: Pendir, pomidor, zeytun və bibər salatı.
Şam yeməyi: Bir stəkan yağsız kefir, şəkərsiz və istənilən turş giləmeyvələr.

İsveç ekspress-pəhriz: 3 gündə 1 kq
İsveçlər yaşından asılı olmayaraq, həmişə gümrahdırlar. Çünki onlar zaman-zaman pendir pəhrizi  saxlayırlar.
Səhər yeməyi: 150 qram bərk pendir, şirin meyvə - armud və ya alma.
Nahar: 150 qram bərk pendir, turş meyvə - portağal, qreypfrut və ya giləmeyvə.
Şam yeməyi: Şirin bir meyvə.

Fransız ekspress-pəhriz: 4 gündə 2 kq
Fransada kök adamlara nadir hallarda rast gəlinir. Bunun səbəbi nədir? Fransız gözəlləri incə qalmaq üçün pendir supu içirlər.
Səhər yeməyi, nahar və şam yeməyində pendir supu için. Ancaq çörəksiz.
Pendir supu belə hazırlanır: Qazana 1,5 litr suyu töküb qaynamağa qoyun. İçinə dəfnə yarpağı atın. Su qaynadıqdan sonra 200 qram sürtgəcdən keçirilmiş bərk pendiri suya əlavə edin.  Sonra suya kub şəklində doğranmış iki böyük soğan və sürtgəcdən keçirilmiş 2 böyük kök əlavə edin. Yemək qaynayandan 10 dəqiqə sonra 200 qram nazik doğranmış qulançar tökün. Soyuduqdan sonra üzərinə qara suxarı əlavə edərək, dilimləmiş pomidor, bibər və göyərti ilə yeyin.
Gün ərzində qazsız su (2 litr) və yaşıl çay içə bilərsiniz.


Şərhlər:
Baxılıb: 784
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz