Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən sadə və effektli pəhriz
Ən sadə və effektli pəhriz
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1617
Səs ver:
Hal-hazırda artıq çəki problemindən çoxları əziyyət çəkir. Artıq çəki ilə mübarizə aparmamışdan qabaq ideal çəkinizi müəyyənləşdirmək lazımdır.

Azkalorili pəhrizin variantı

Qida gündə 5 dəfə qəbul olunur. Yatmazdan əvvəl 1 stəkan 1%-li qatıq içilməsinə icazə verilir. Səhər və nahar, nahar və şam yeməklərinin arasında iki alma və ya portağal və ya hər hansı başqa meyvələr (banan və üzümdən başqa) yemək olar. Pəhriz zamanı spirtli içki, şirniyyatlar, un məmulatları, yağlı, qızardılmış, duzlu və hisə verilmiş yeməklər rasiondan tam çıxarılmalıdır. Yeməyi buxarda hazırlamaq, tam yağsız bişirmək lazımdır. Salata limon şirəsi də vurulur. Yemək porsiyası çox olmamalıdır – 150-200 qr. Çörək isə sutkada 1-2 dilim və ancaq qara olmalıdır. Sutkada 1,5-2 litr maye qəbul olunmalıdır (şirin içkilər və şirələr istisna olunur). Pəhriz zamanı yaşıl çay, itburnu və moruqdan hazırlanmış çaylar daha çox məsləhət görülür.

Birinci səhər yeməyi (təxminən saat 8-də) – su ilə hazırlanmış sıyıq (qarabaşaq, yulaf, arpa, buğdadan) və ya parda bişirilmiş omlet və ya qaynadılmış yumurta ilə 1 dilim qara çörək və ya az miqdarda pendirlə 1 dilim çörək.

İkinci səhər yeməyi (təxminən saat 10-da) -100 qram kəsmik və ya şirnisiz yoqurt və ya limon şirəsi sıxılmış tərəvəz salatı və ya buxarda tərəvəzlərdən hazırlanmış püre.

Nahar (təxminən saat 12-13-də) – qaynadılmış yağsız mal əti, balıq və ya quş əti (təxminən 100-150 qram) ilə birlikdə buxarda bişirilmiş tərəvəzlər, tərəvəz salatı və ya tərəvəz şorbası. 1-2 dilim qara çörək də əlavə etmək olar.

İkinci nahar (saat 16-17) – buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı və ya 100 qram kəsmik və ya bioyoqurt.

Şam yeməyi (saat 18-19) – buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı və ya 150 qram kəsmik.

Bu pəhrizi 2-3 ay tutmaq olar. Lazımi nəticəni əldə etdikdən sonra bu nəticəni saxlamaq üçün rasionda şirniyyat, un məmulatları, yağlı, qızardılmış, duzlu yeməkləri kəskin məhdudlaşdırmaq lazımdır.


Şərhlər:
Baxılıb: 1617
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz