Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xurma pəhrizi
Xurma pəhrizi
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1186
Səs ver:
Xurma Quranda adı çəkilən üç meyvədən biridir. Xurma ekzotik meyvə, şirniyyat, desert, isti ölkələr üçün "səhra çörəyi” və təəccüblənsəniz də pəhriz ərzağı kimi istifadə edilir. Xurma, ilk növbədə, orqanizmi gücləndirir və ömrü uzadır. Evlenirik.Biz-in Anspress saytina istinadə verdiyi məlumata istinadən, Çində qidalarının əsas hissəsini xurma təşkil edən uzunömürlülər olduğu bildirilir. Yabanı xurma 5-7 min il bundan əvvəl ərəblərin əcdadları tərəfindən istifadə olunub. Xurma təsvirlərinə Misir məqbərələrində də rast gəlinir. Ərəb cəngavəri yürüşə getməmişdən əvvəl dözümlülük üçün atına 2 kisə xurma yükləyərdi. Xurma ağaclarının böyük hissəsi Səudiyyə Ərəbistanında yetişir. Xurma istehsalı və satışı üzrə dünyada birinci yeri də Səudiyyə Ərəbistanı tutur.

Xurmanın faydası
Qədim zamanlardan xurma müalicəvi xüsusiyyətilə tanınırdı. Belə ki, xurma insana güc, dözümlülük gətirir, kişi patensiyasını artırır. Xurma ürək, böyrək, qaraciyəri möhkəmləndirir, bağırsaqda faydalı bakteriyaların inkişafına yardımçı olur, orqanizmi infeksiyalara qarşı dayanıqlı edir. Xurma, həmçinin anemiya, hipertoniya, döş və ağ ciyər, öskürəyə faydalıdır. Xurma qadınlara hamiləlik, doğuş və uşaq əmizdirmə zamanı xüsusilə faydalıdır. Xurma doğuşu asanlaşdırır, orqanizmin süd hasil etməsinə yardımçı olur.

Hazırda ərəblər xurmadan kompot, kisel, müxtəlif qənnadı məmulatları hazırlayırlar. Xurmanı una çevirmək və ondan bal, turşudub dadlı içki də almaq olar.

Xurma pəhrizi
Xurma pəhrizi bu gün çox populyardır. Onun kim tərəfindən düşünüldüyünü demək çətindir. Amma bir şey faktdır ki, xurma həkimlər tərəfindən hamıya məsləhət görülür: diabet xəstələrinə, hamilə qadınlara, uşaqlara. Bu qrup insanlara adi şirniyyatları yemək məsləhət deyil. Pəhriz 10 gün ərzində tutulur. İlk 4 gün ancaq xurma yeyilməlidir. 5-ci gündən etibarən son 10-cu günə qədər qida rasionuna əlavə meyvələr – alma, armud, portağal (şirin olmayanı və sulularını seçin) daxil edilə bilər. Maye olaraq mineral su, səhərlər çay, acı qəhvə və yaşıl çay içilməlidir. 10 gündən sonra normal qidalanmaya qayıtmaq olar, amma həddindən artıq yeməmək şərtilə. 7 gündən sonra isə pəhrizi təkrar saxlamaq olar.

Pəhriz xurma yeməyə heç bir məhdudiyyət qoymur. Amma çox yemək də məsləhət deyil. Xurmanın elə spesifik dadı var ki, pəhrizin ilk vaxtlarında ən sevimli şirniyyatınız olan xurma pəhrizin sonlarına doğru belə olmaya bilər.

Pəhrizin effektivliyi
Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvə ilə müqayisədə çoxdur. Belə bir sual yarana bilər ki, bu faizdə şirin olan meyvə insanı necə arıqlada bilər. Cavab sadədir: xurmanın həddindən artıq şirin olmasına səbəb tərkibindəki beyin işi üçün önəmli olan fruktoza və qlükozadır. Bunlar təbii şəkər olduğundan, saxaroza (süni əldə olunan şəkər) ilə müqayisədə daha faydalıdır. Xurma çox kalorili meyvədir: 100 q quru xurmada 280 kalori var ki, bu da pəhriz ərzağı üçün çoxdur. Həmçinin 100 q xurmada 70 q karbohidrat var. Karbohidrat beyni qlükoza ilə təmin edir və adi pəhrizlərdə olan başağrısının qarşısını alır. Bundan başqa, xurmada heç zülal olmadığından, pəhriz əzələ toxumasının qurumu və əlavə mayedən azad olmaq üçün aşağı effektivlidir. Pəhrizin əsas üstünlüyü xurmanın tez həzm olunmasıdır. Onlar orqanizmi zəifləmədən qoruyaraq enerji ilə təmin edir və piyə çevrilmədən tez həzm olunur.

Quru xurma yapışqan səthə malik olduğundan üzərinə bakteriyalar hopur. Ona görə xurmanı uzun müddət açıq havada saxlamaq olmaz, yeməmişdən öncə də yuyun.

Bundan başqa, xurmanın tərkibində xolesterin olmadığına görə əla pəhriz meyvəsi hesab edilir. Xurmanın tərkibindəki ftor dişləri kariyesdən qoruyur, selen – xərçəng və ürək xəstəliyi riskini azaldır, immun sistemini gücləndirir.


Şərhlər:
Baxılıb: 1186
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz