Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oturaq iş (ofis işçilərinin) pəhrizi
Oturaq iş (ofis işçilərinin) pəhrizi
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 577
Səs ver:
MENYU – Beş gün üçün menyunuz – istədiyinizi seçə bilərsiniz

Səhər yeməyi
Qəhvə və ya çay məsləhət görürük; yağsızlaşdırılmış süd ilə, lakin şəkərsiz içsəniz daha yaxşı olar. Bir stəkan yağsızlaşdırılmış süd, yaxud kefir, yaxud da yoqurt içmək əla olar.

Seçmək üçün menyular:
Nazik qat kərə yağı ilə 2 dilim çovdar çörəyi, 2 dilim vetçina, iki qırmızı turp;
Kərə yağı ilə 1 dilim qara çörək, kəvər və xiyar ilə 100 q kəsmik;
1 ilıq və ya bərk bişirilmiş yumurta, yağla 1 dilim çörək, bir pomidor;
Yağ ilə 2 dilim çovdar çörəyi, 2 dilim pendir, iki qırmızı turp;
Yağla 1 tikə tam taxıl çörəyi, kəsmik və ya 1 xörək qaşığı cem.
İşə nə cür yüngül qəlyanaltılar apara bilərsiniz?
1 alma; 1 armud; 1 kiçik banan; 2 kök.
Nahar
Tərəvəz salatı: xiyarı, bibəri, bir neçə qırmızı turpu və 150 q yüngül feta pendirini doğrayın, duz-istiot qatın, qarışdırın.
Balıq salatı: 150 q yağ ilə tunes balığı, bərk bişirilmiş yumurta, pomidor və soğan. Yağı boşaldın, yumurta, pomidor və soğanı doğrayın, duz-istiot qatın, hamısını qarışdırın.
Pendir salatı: 200 q tərkibində yağın miqdarı az olan kəsmik, doğranmış qırmızı turp və kəvər, 4 xörək qaşığı yoqurt, duz-istiot.
Toyuq salatı: 100 q qızardılmış və doğranmış toyuq döşü, ananas və alma dilimləri, 3 xörək qaşığı konservləşdirilmiş qarğıdalı, 2 qara gavalı.

Şam – evdə yeməyi unutmayın.
Tərəvəzlərlə düyü: 100 q bişirilmiş düyü ilə 250 q yağda pörtülmüş tərəvəz və göbələyi qarışdırın.
Tərəvəzlərlə balıq: 2 sürtkəcdən keçirilmiş kökü, doğranmış soğanı və pomidoru yağda pörtlədin, 150 q balığı əlavə edin, pörtlədin, duz-istiot qatın.
Göbələklərlə frikadellər: 1 soğanı göbələklərlə birlikdə pörtlədin, 100 q toyuq qiyməsi, cəfəri və duz-istiot əlavə edin, frikadelləri hazırlayın, buxarda bişirin. Süfrəyə bir xörək qaşığı düyüdən ibarət olan qarnirlə verilir.
Makaron və sous: 100 q makaron bişirin, 2 çay qaşığı soğan və sarımsaqla pörtülmüş tomat pastası qatın.

QEYDLƏR-
1.Səhər yeməyinizi evdə yeyin, beləliklə işdə olarkən və ya həmkarlarla söhbət edərkən yeməkdən çəkinə bilərsiniz. Yüngül qəlyanaltıları işinizə gətirin ki, həqiqi aclığı hiss etməyəsiniz.
Yüngül qəlyanaltıları işinizə gətirin ki, həqiqi aclığı hiss etməyəsiniz.
2. Nahar vaxtı salat və ya sağlam şorba yeyin.
3. Əsas yeməyənizi işdən sonra evdə yeyin. Əgər siz gec saatlarda işləyirsinizsə, restorana və ya paba getmək üçün vaxt ayırın. Yavaş-yavaş yeyin, tələsməyin. Fransızlar ona görə qamətli deyildirlər ki, idmanla məşğul edirlər, ona görə ki, yedikləri hər bir tikədən zövq alırlar. Onlar öz yeməklərini bayram edirlər. Yatmaqdan əvvəl bir az meyvə yeyir və ya bir qədər tərəvəz şirəsi içirlər.
4. Yemək vaxtlarını buraxmayın, çünki əgər siz həqiqətən acsınızsa, siz bir dəfəyə çox yeyəcəksiniz.
5. Məşq etməyi unutmayın. Hətta ofisdə olarkən siz hərəkət edə bilərsiniz: çiyinləri hərəkət etdirin, əyilin, başı hərəkət etdirin və boynunuzu dartın. Ofisinizin ətrafında gəzin, həmkarlarınızın iş yerlərinə baş çəkin.


Şərhlər:
Baxılıb: 577
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz