Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu pəhriz məhz kişilər üçündür
Bu pəhriz məhz kişilər üçündür
Göndərən: emis
Şərhlər: 9
Baxılıb: 1283
Səs ver:
Yalnız qadınlar fit bədən quruluşu üçün çalışmır. Kişilər də sağlam həyat tərzi üçün idman zallarında vaxt keçirir, az kalorili qidalanmağa çalışırlar.
Bu dəfə qarnını və artıq çəkisini dərd edən kişilərə uyğun pəhriz proqramı təqdim edirik.
İki ay davam edən pəhriz sayəsində 8 kilo arıqlaya bilərsiz.
Gündəlik qəbul ediən kalori miqdarı 1600-1800 olmalıdır.
Çay, qəhvə, tərəvəz, meyvə suyu içə bilərsiz, ancaq şəkərsiz.
Gün ərzində 250 ml-dən çox spirtli içki qəbul etmək olmaz.
Gün ərzində 1 ədəd meyvə, qoz, fındıq, quru meyvələr yemək olar.
Salatlara limon suyu, ədviyyat və sirkə əlavə edin.
Qaynadılmış, buxarda bişirilmiş yeməklər yeyin.
Qızardılmış, hisə verilmiş, yağlı ət, təzə xəmir xörəkləri, mayonez, kərə yağı yeməyin.
Pəhrizə dəqiqliklə əməl etməklə istədiyiniz nəticəyə nail ola biləcəksiz.

Səhər yeməyi üçün nümunələr:
Bir dilim pendirli, tərəvəzli sendviç (toyuq filesi də əlavə edə bilərsiz)

Dəniz məhsulları
Toyuq, ya balıq dilimi ilə tərəvəz salatı
2-3 yumurtadan hazırlanmış qayğanaq, bir ovuc konservləşdirilmiş yaşıl noxud
Balıq kotleti, göbələk, bir dilim qara çörək və 100 ml meyvə suyu
Qaynadılmış makaron, təzə xiyar və göyərti
Bir tikə balıq, kartof və 100 qr qatıq
Pörtdədilmiş, ya da buxarda hazırlanmış tərəvəz
Şəkərsiz, ya meyvəsiz sıyıq
Bir dilim pendirlə çörək
1 yumurta, qreypfrut
Pendir, tərəvəz
Meyvə salatı və yoqurt
Qatıq, kəpəkli çörək dilimi, 2 çay qaşığı bal

Günorta yeməyi üçün nümunələr:
Pendir, vermeşil, göbələk, soğan, tərəvəz, yağsız lobya, balıq turş kələm, turşəng, gicitkən, toyuq bulyonundan hazırlanmış fərqli suplar.
Toyuğun döş əti və qabıqlı kartof
Göbələk və qaraciyər, 2 ədəd pomidor
Toyuq və spagetti, tərəvəz salatı
Bir parça balıq, tərəvəz
Kələm dolması
Ət və tərəvəz salatı
Qatılaşdırımış süd, meyvə və baldan hazırlanmış salat
Bibər dolması
Ət və qarabaşaq
Mal əti, pomidor, sarımsaq, göyərti salatı
Düyülü kotlet
Qəlyanaltı nümunələri:
Qatıq, ya da digər süd məhsulları
Tərəvəz, ya da pendirli bir dilim çörək
Qaynadılmış yumurta
Qayğanaq, pomidor, bir dilim qara çörək
Tərəvəz salatı, buğda çörəyi, yağsız "vetçina”
Meyvə, tərəvəz, ya da giləmeyvə
Çərəzlər
Axşam yeməyi nümunələri:

Dəniz məhsulları
Sendviç : yağsız pendi, toyuq, ya da balıq, yağsız vetçina (əti tərəvəzlə əvəz etmək olar), qara çörək
Limon suyu və qreypfrutlu balıq
Təzə tərəvəzlərdən salat
Balıq, ya toyuq filesi
Lobya, pendir, 2 dilim çörək, 1 alma, qatıq
Makaron və tərəvəz salatı
Buxarda bişirilmiş tərəvəz
Pomidor, pendir, turp
Konservləşdirilmiş yaşıl noxud, xiyar, pendir və kələm salatı
Bifşteks və bir dilim çörək

Bu pəhrizlə yanaşı futbol oynamaq, ya da saatda 10-12 km qaçmaqla 450 kalori, 30 dəqiqə basketbol oynamaqla 280 kalori yandıra bilərsiz. Pəhrizi yarımçıq buraxdınızsa, bir də 4 ay sonra təkrarlaya bilərsiz.


Şərhlər: 9
Baxılıb: 1283
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
EsmaNur
inanmiramki kisiler nefsini saxlayib pehriz saxlayalar

inanmiramki kisiler nefsini saxlayib pehriz saxlayalar
25 avqust 2015 03:01
# 9
Catwoman666
Sitat: ALESSANDRA
kisi ucundu ged kisi saytinda paylas
burda ne iti azif bu reseptin? 122

Kişilər də bu saytda qonaq qismində daxil olur. Onlar da oxuya bilər xəbəri. Onda belə çıxır ki, saytımızda kişi dünyası bölməsi də olmasın?)



Kişilər də pəhriz saxlaya bilər. Normal qidalanma və idman normal çəkinin qorunması üçün şərtdir.

...666...
18 avqust 2015 03:09
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
kişilərə pəhriz yaraşmır ən yaxşısı idmanla məşğul olsunlar belə şeylərədə ehtiyac olmaz )))
17 avqust 2015 21:34
# 7
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ALESSANDRA
kisi ucundu ged kisi saytinda paylas
burda ne iti azif bu reseptin? 122
17 avqust 2015 19:16
# 6
Don't trust anyone ∆
vipbetul
kisi pehriz reseptinn qadin saytnda ne isi var
17 avqust 2015 16:26
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka
kiwiler cox vaxt pehriz saxlamirlar
17 avqust 2015 12:14
# 4
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Meleknur
Kiwinin pehriz saxlamagi qeribe gelir mene qarin baglamiw kiwiler mence pehriz saxlamagi daha yaxwidi amma idmanla bedeni istedikleri formada qala biler
17 avqust 2015 11:21
# 3
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Dosta_inam
Mence kisiler pehriz saxlaya bilmez,yeni bunlarla doymaz, yene elave yemek isteyerler, ancaq idmanla mesqul olsalar beden formalari ye4ine duser
17 avqust 2015 10:49
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Kisiler adeten pehriz ede bilmirler. En yaxsi formada qalmaq usulu idman etmekdir.
17 avqust 2015 09:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz