Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
1 ayda 8 kilo arıqladan pəhriz
1 ayda 8 kilo arıqladan pəhriz
Göndərən: Fialka
Şərhlər: 12
Baxılıb: 2471
Səs ver:
Kolorado Universitetinin mütəxəssisləri 30 yaşdan sonra kökəlməyin səbəbləri və bu problemi həll etməyin üsullarını araşdırıb  bu yaşdan sonra gün ərzində  qəbul edilən ən az, hətta 100 kalori belə kökəlməyə səbəb olur. Araşdırmada o da məlum olub ki, 30 yaşdan yuxarı olanları ən çox şokoladlı biskvitlər kökəldir. Üstəlik, arıqlamaq çətin olduğu qədər bədənin enerjisi də azalır.

Ona görə də bu yaşdan sonra hər gün nə yediyinizə diqqət etmək vacibdir. Pəhriz zamanı 2 əsas qaydaya riayət edilməlidir. 30 yaşından yuxarı qadınlar üçün nəzərdə tutulmuş pəhriz reseptini təqdim edirik. Bu pəhrizi saxlayaraq 1 ayda 8 kq.-a qədər arıqlaya bilərsiniz. Pəhriz orqanizmə lazım olan bütün vitamin, mineral, kalsium, zülalla zəngin olduğu üçün sağlamlığa heç bir zərər vermir.

1. Yeməyi öncədən hazırlayıb, soyuducuda saxlayın.
2. Tərəvəzləri istədiyiniz qədər yeyin. Meyvəyə gəldikdə isə diqqətli olun, gündə 1 ədəd kifayətdir.

1.Gün
Səhər: Axşamdan qatıqla isladılmış bulqur (müsli), 3 ədəd quru ərik
Günorta: Suda bişmiş qara düyü, 4 ədəd çeri pomidoru, 6 ədəd qoz
Axşam: 75 qram buğda bişmiş alabalıq

2.Gün
Səhər: Üzərinə 1 xörək qaşığı yağsız qatıq tökülmüş alma və banan salatı, 3 ədəd hər hansı bir meyvənin qurusu
Günorta: 40 qram kəpəkli undan hazırlanan çörək, yağsız pendir, 1 ədəd naringi
Axşam: 75 qram suda bişmiş hinduşkanın döş əti, tavada qızardılmış göbələk və gül kələmi

3.Gün
Səhər: Suda bişmiş yumurta, kəpəkli çörək və 1 portağal
Günorta: Bir dilim yağsız toyuq, 1/3 manqo, kərəviz
Axşam: Buxarda bişmiş 75 qram dana əti və tərəvəzlər

4.Gün
Səhər: 2 ədəd quru əncir, 1 ədəd armud, 6 ədəd fıstıq
Günorta: Tərəvəz şorbası, göyərti salatı
Axşam: Buxarda bişmiş balıq kotleti, kələm salatı

5.Gün
Səhər: 1 dilim kəpəkli çörək, 2 çay qaşığı mürəbbə, yarım ədəd qreypfrut.
Günorta: Buxarda bişmiş badımcan, pomidor və xiyar salatı
Axşam: Üstünə bir az zeytun yağı tökülmüş dəniz məhsullarından hazırlanan salat.

6.Gün
Səhər: Püre halına salınmış 1 ədəd kivi, 1 ədəd banan, 2 xörək qaşığı qatıq və 4 ədəd qoz.
Günorta: 1 dilim pendir, yağsız mayonezlə hazırlanan çuğundur salatı.
Axşam: Suda bişmiş qara düyü, üzərinə limon suyu sıxılmış göyərti salatı.

7.Gün
Səhər: Suda bişmiş yulaf, yağsız qatıq
Günorta: Kəpəkli çörək, suda bişmiş yumurta, pendir və tərəvəzlə hazırlanan sendviç.
Axşam: Buxarda bişmiş göbələk, yerkökü, 1 dilim sümüksüz toyuq əti


Şərhlər: 12
Baxılıb: 2471
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
cindirella
yalandir men bele seylere inanmadim sizde inanmayin
4 mart 2016 13:07
# 12
EsmaNur
bu pehrizi elemekdense ac qalmagi tercih ederem
25 avqust 2015 02:57
# 11
Catwoman666
Pəhriz saxlamıram. Həm də özbaşına pəhriz ziyanlı ola bilər.

...666...
23 avqust 2015 20:39
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
pehriz saxlayan adam gerek omrunun sonuna qeder pehriz saxlaya
22 avqust 2015 14:57
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Pehriz saxlamiram, az az yeyirem, bu da ne kokeltmir ne ariqlatmir, bu pehrizde yaxsi olar ehtiyaci olanlara, ancaq pehriz saxlayan gerek nefsini saxlaya bilsin. Tesekkur.
22 avqust 2015 11:19
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
gaye
idman ela vasitedir ama yorucdur hele ezele agrisidaki zulmdu yene idmana baslayacam her sey yaxsi olacax
22 avqust 2015 03:24
# 7
C+G=∞♥
yarpaq33
Idman menimcun yeterlidi
21 avqust 2015 23:05
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Denizimm
men daimi oolaraq 6dan sonra darcinlli qatiq yeyirem
21 avqust 2015 22:33
# 5

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Aydan Habili
Sitat: Asya Müslümova
bunu təbbi ki hamı istifdə edə bilməz çünki hamının organızması fərqlidi təşəkkürlər

Raziyam haqlısınız
21 avqust 2015 21:26
# 4
Tomris Müslümova
bunu təbbi ki hamı istifdə edə bilməz çünki hamının organızması fərqlidi təşəkkürlər
21 avqust 2015 20:56
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
xeyalperest
pehrizlere innamram heleki ariqlmaqcun olanlar
21 avqust 2015 20:13
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Pehrizlere ehtiyac duymuram. Daimi olaraq 6 dan sonra yemek yemirem formada qaliram
21 avqust 2015 20:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz