Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Detoks pəhrizi ilə arıqlayıb gözəlləşin
Detoks pəhrizi ilə arıqlayıb gözəlləşin
Göndərən: Fialka
Şərhlər: 6
Baxılıb: 971
Səs ver:
Detoks orqanizmə daxil olan bütün zəhərli maddələri təmizləyən qısa müddətli pəhrizdir. Bu qısa müddət ərzində həzm və ifrazat sistemlərinin gərgin fəaliyyətinə fasilə verilir. Beləliklə, orqan və toxumalarda yığılan zərərli maddələr bədəndən xaric edir. Detoks həm həzm sistemini yaxşılaşdırır, həm də aşağı kalorili qidalar qəbul etdiyiniz üçün artıq çəkidən xilas edir.  

Detoks pəhrizi necə saxlanılır?
Detoks pəhrizləri müxtəlif cürdür. Detoks bir günlük də, bir həftəlik də, iki həftəlik də ola bilər. Detoks pəhrizi edərkən pəhrizə sadiq qalmalı, səbirli və qərarlı olmalısınız. Bu pəhrizdə əsas məqsəd həzm sistemini sakitləşdirərək bədənin bu fəaliyyətə sərf etdiyi enerjini balanslaşdırmaq, toksinləri xaric etmək, hüceyrələri yeniləmək və ən nəhayət, cavanlaşmağa yardımçı olmaqdır.

Detoks pəhrizlərinin çox çeşidli reseptləri olduğu üçün hər kəs özünə ən uyğun olan detoksu seçə bilər. Amma əvvəlcə mütləq mütəxəssislə məsləhətləşməlidir.

Detoks pəhrizinə hansı qidalar daxildir?
Bütün donmuş, ya da təzə meyvələr, təbii meyvə suları, zoğal, xurma, kişmiş, qoci kimi qurudulmuş meyvələr, gül kələmi, kahı, soğan, sarımsaq, ənginar, çuğundur, yerkökü və ya ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlər, dəniz məhsulları, qara düyü, yulaf, buğda, qara çörək, əriştə, yaşıl noxud, mərci, lobya, badam, qoz, balqabaq tumu, küncüt kimi qidalar detoks pəhrizində əsas yer tutur. Zeytun və bitki yağları da detoks pəhrizi zamanı rahatlıqla işlədilə bilər.

Detoks pəhrizində yağsız və unsuz bişirilmiş xörəklər, pürelər, bitki çayları və su da əsas yer tutur. Bu qidalar xüsusilə yorğun dəriyə qısa müddət ərzində yaxşı təsir göstərir, insanı yüngülləşdirərək ruhən də özünü xoşbəxt hiss etməsini təmin edir.  Bir sözlə, detoks bədəni həm təmizləyən, həm cavanlaşdıran, həm də arıqladan tilsimlərlə doludur.

Detoks resepti

Səhər:
Şirəçəkən maşından keçirilmiş qarışıq meyvələrlə hazırlanmış təzə meyvə suyu
Bir ədəd dilimlənmiş armud

Günorta:
Brokkoli şorbası
Az zeytun yağı və sirkəylə hazırlanmış göyərti yeməyi
Bol kəpəkli bir dilim çörək
Bir porsiya təzə meyvə

Axşam:
Buxarda bişirilmiş balqabaq
Az zeytun yağı və sirkəylə hazırlanmış salat
Bir dilim kəpəkli çörək

Yatmazdan bir neçə saat əvvəl:
Bitki çayı
Detoks zamanı həzm uzun müddətli və çətin olduğu üçün xüsusilə qırmızı ət növlərindən və heyvan mənşəli qidalardan uzaq dayanmaq lazımdır. Detoks pəhrizi ərzində tütün məmulatlarından, spirtli içkilərdən, kofein ehtiva edən içkilərdən, o cümlədən qazlı və şirin sulardan istifadə tamamilə qadağandır.


Şərhlər: 6
Baxılıb: 971
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
EsmaNur
faydali xeberdi amma menlik deyil
11 avqust 2015 02:32
# 6
emis
Bu pehrizin Orqanimz ucun ziyanli oldugunu dusunmurem faydali ola biler hem ariqlamaq ucun hemde orqanizmin temizlenmesi ucun yaxsidi adi pehrizlerle dekots pehrizlerinin ferqi coxdu.Heleki ariqlamaq ucun pehrize diete ehtiyac yoxdu olsa da bu da daxil edecek pehrizler coxdu tesekkur.
10 avqust 2015 18:54
# 5
vipbetul
orqanizimcin yaxsidiki bezen bele detokslar etmek
10 avqust 2015 11:46
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Arıqlamağa ehtiyacım yoxdur deyə pəhrizə də ehtiyac yoxdur. Bu arada pəhrizin faydalı olacağını düşünürəm.

...666...
9 avqust 2015 22:11
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
Həə yadıma gəlir bu barədə fialka səninlə aramızda anlaşılmazlıq olmuşdu mənim səhvim ucbatından 09 indi artıq bilirəm çox faydalı bir şeydir
9 avqust 2015 21:46
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Detoksu ilde bir edirem. Butun orqanuzm temizlenir. Cox faydali usuldur
9 avqust 2015 20:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz