Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
1 həftəyə 5 kilo arıqladan effektli giləmeyvə pəhrizi
1 həftəyə 5 kilo arıqladan effektli giləmeyvə pəhrizi
Göndərən: Fialka
Şərhlər: 11
Baxılıb: 992
Səs ver:
Ən yaxşı pəhriz odur ki, mövsümi məhsullardan ibarət olsun. Beləliklə, sən sanki heç pəhriz saxlamırsan. Yay isə müxtəlif və rəngarəng giləmeyvə və meyvələrin mövsümüdür. Odur ki, sizi nəinki orqanizmi vitaminlərlə doyduran, həm də qısa müddətdə artıq çəkidən xilas edən meyvə pəhrizi ilə tanış etmək qərarına gəlmişik.

Əgər tövsiyələrə və giləmeyvə pəhrizinin qaydalarına bir neçə gün ərzində dəqiq əməl etsəniz, bir həftəyə 5 kiloqramadək arıqlaya bilərsiniz. Üstəlik, çəkiniz nə qədər çox olsa, bir o qədər artıq çəki itirərsiniz.

Necə? Məlum olduğu kimi, giləmeyvənin enerji dəyəri çox aşağıdır: 45-55 kkal. Bu isə minimum kalori, maksimum fayda almağa kömək edir.

Qidalanma sxemi
Giləmeyvə pəhrizi 5-7 gün nəzərdə tutulur. Üstəlik, bu pəhriz həftə ərzində yalnız giləmeyvə ilə qidalanmağı tələb etmir. Sözünü etdiyimiz pəhriz sadəcə mövsüm meyvələrindən ibarət sağlam qidalanma proqramıdır. Gündəlik rasionunuza isə digər məhsullar da daxil olmalıdır. Əlbəttə ki, kotlet ilə kartof kimi çox kalorili qidalardan da söhbət getmir.
Qidalanma sxemi təxminən aşağıdakı kimi görünür. Meyvələri öz damaq dadına uyğun olaraq bir qədər dəyişdirə bilərsən.

Səhər yeməyi
300 qram istənilən giləmeyvəyə 1-2 qaşıq xama qatıb yeyin. Xama bədənini zülal və yağ ehtiyacını ödəmək məqsədi ilə verilir.

İkinci səhər yeməyi
200 qram giləmeyvə.

Nahar
Tərəvəz şorbası, pomidor və xiyar salatı, 200 qram yağsız ət, balıq və ya toyuğun döş ətindən ibarət ola bilər.

Nahardan 2 saat sonra
200 qram giləmeyvə.

Şam
300 qram giləmeyvə salatı və yağsız yoqurt.

Gəlin indi də giləmeyvələrin faydalarına nəzər salaq.

Gilənar əsl vitamin xəzinəsidir. Onun tərkibində fol turşusu, C, В1, В6 və PP var. Gilənar tərkibindəki yüksək dəmir nəticəsində qan azlığının ən yaxşı çarəsidir. Əks göstəriş – qastritdir. Əgər mədəniz tez-tez ağrıyırsa, gilənar vəziyyəti yalnız pisləşdirə bilər.

Çiyələk - bu giləmeyvə C vitamininin əsas mənbələrindən biridir. O, tərkibinə görə yalnız qara qarağatdan geri qalır. Maraqlıdır ki, cəmi 5 kiçik çiyələkdə böyük bir portağalda olduğu qədər C vitamini var. Çiyələyin daimi istifadəsi zamanı immuniteti möhkəmləndirir və qan damarlarının divarlarını təmizləyir. Əks göstəriş kimi allergiyaya səbəb olma ehtimalı irəli sürülür. Təəssüf ki, çiyələyin allergik reaksiyasına çox tez-tez rast gəlinir, odur ki, ehtiyatlı olun.

Qaragilə ürək-damar sisteminin xəstəlikləri üçün yaxşı profilaktikadır. Onun gözlər üçün çox faydalı giləmeyvə olduğunu isə yəqin ki, bilməyən yoxdur. Qaragilə gözlərdə torlu qişanın qan dövranını yaxşılaşdırır, bununla da görmə qabiliyyətini bərpa edir. Onun tərkibində limon və alma turşuları, karotin və C vitamini var. Qaragilənin əks göstərişi ondan ibarətdir ki, qaragilə mədəaltı vəzində problemi olanlara pis təsir edir

Qara qarağat A, B və C vitamin qrupları, eləcə də əksər giləmeyvələr kimi zəngin karotin mənbəyidir. Orqanizmin sutkalıq turşu tələbatını təmin etmək üçün cəmi 15-20 qarağat yemək kifayətdir. Əks göstəriş - tromboflebit. Qara qarağat qanda laxtalanmanı artırır. Ona görə də onunla ehtiyatla davranmaq lazımdır.

Firəng üzümünün tərkibi A, В1, В2, C, P vitaminləri ilə zəngindir. Yaşıl giləmeyvə, həmçinin, fol turşusuyla və kalium duzlarıyla zəngindir. Firəng üzümü arıqlamaq üçün ideal vasitədir. O, maddələr mübadiləsini yaxşılaşdırır, həzmi asanlaşdırır. Əks göstəriş: mədə yarası və qastrit.


Şərhlər: 11
Baxılıb: 992
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Denizimm
tewekkurler
5 avqust 2015 20:24
# 11

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
EsmaNur
asan pehrize oxwayir
5 avqust 2015 18:20
# 10
ALESSANDRA
Şükür arıqlamağa ehtiyacim yoxdu
ama son axdlar coox yiyirem
gelecekdede olmaz insAllah ))
5 avqust 2015 12:13
# 9
Don't trust anyone ∆
Dosta_inam
Pehrize ehtiyacim yoxdur, olanlara faydali meslehetdir, ede bilerler, tesekkur.
5 avqust 2015 05:18
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Zeyneb.Huseyni
Tskler xebercun menim belim ariqlamir bu da mende kompileks yaradir bir belim ariqlasa ela olardi
4 avqust 2015 22:06
# 7
emis
Yayda pehriz saxlamaq cox asandi qisa nisbeten cunki yayda cox isti olduguna gore hecne yemek olmur ancaq su ile dururuq bu da hem orqanizmin temizlenmesine yaxsilasmasina hemde ariqlama komek edir. Ariqlamaq isteyenler indiden baslasin mence qisda mumkun olmayacaq. Qisda butun evde oluruq bosluqdan, soyuqdan bezirik aciriq. Bu pehriz yaxsidi meyvelerdendi. hec biride kalorili deyil tesekkur.
4 avqust 2015 21:41
# 6
BARBI
Ariqlamaga ehtiyac yoxdur. Her zaman formami qoruyuram
4 avqust 2015 21:11
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Mən 3 gün yemək yemədim,2 kilo arıqlamışam özümdə inana bilmirəm buna.zorla bir təhər kökəl sorasa 2 günə arıqla
4 avqust 2015 21:02
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Catwoman666
Arıqlamağı heç düşünmürəm.

Arıqlamaq istəyən xanımlar da bu pəhrizlər yerinə idmana üstünlük verməlidir.

...666...
4 avqust 2015 20:23
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
Bestoş
Men chox arigam ehtiyac yoxdu yenede Sagolun
4 avqust 2015 20:09
# 2
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
vipbetul
ehtiyagim yoxdu pehrize
4 avqust 2015 20:05
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz