Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pəhrizsiz arıqlamağın 10 yolu
Pəhrizsiz arıqlamağın 10 yolu
Göndərən: Nazlı_qız
Şərhlər: 15
Baxılıb: 1372
Səs ver:
Mükəmməl bir bədənə sahib olmaq üçün lazımlı miqdarda qidalanmaq lazımdır. Bu gün sizlərə pəhriz tutmadan çəki azaltmağın ipuclarını açıqlayacağıq.

1- Daimi Yatın:
Daimi yuxu kilo vermənin təməlidir. Bədəniniz üçün yetərli olmayan yuxu saatları ertəsi günü bədəninizdə şiş yığılmasına səbəb olur. Bu vəziyyətdə tərəzi üstündə çəkinizi çox görürsünüz. Bundan əlavə aparılan araşdırmalarda gecə gec saatlara qədər oturan insanlarında kilo aldıqları ortaya çıxmışdı.

2- Şəkəri azalt, hətta mümkünsə qətiyyən istifadə etmə.
Sadə şəkəri doğulduğumuz andan etibarən bədəninizin ən böyük düşməni olaraq düşünə bilərsiniz. Şəkəri istifadə etdikcə bədəniniz daha çox şəkər istəməyə başlayacağını unutmayın. Bu vəziyyət istənməyən abədən şəklinə sahib olmanıza səbəb olacaqdır. Əgər arıqlamaq istəyirsinizsə, ilk uzaq durmanız lazım olan qidaların başında şəkərli qidalar gəlməkdədir.

3-Yaşıl çay və bol su için.
Yaşıl çay maddələr mübadiləsini  sürətləndirici təsiri, həm də immunitet sistemini gücləndirici təsiri vardır. Yaşıl çay bu təsiri ilə kilo vermənizə köməkçi olacaq.
Su həm bədəninizdə qabarıqlıq hissi verən, həm də kilonuzun tərəzi üzərində çox çıxmasına səbəb olan şişin çölə atılması üçün əsas içkidir. Eyni zamanda yağın bədəndən atılmasına kömək edir. Gündə ortalama 2-2,5 litr su içmək lazımdır. Əgər su içmə vərdişiniz yoxdur isə bunun zaman içərisində meydana gələcəyini unutmayın və su içməkdən dərhal imtina etməyin.

4-Yeməkləri yavaş yeyin.
Yemək yeyərkən ilk əvvəl yeməyə başladığınız saata baxmalısınız. Və yeməyinizi ortalama 20 dəqiqədə istehlak etməlisiniz. Çünki qəbul etmə sürəti çox sürətli olan beynimizin toxluq hissini qəbul etməsi təxminən 20 dəqiqə davam etməkdədir. Sürətli yeyilən böyük boşqablar yerinə keflə yeyilən kiçik boşqabları seçməniz və yavaş yeməniz daha az qida ilə toxluq hissini yaşayaraq masadan qalxmanızı təmin edəcəkdir.

5-Hər gün şorba için.
Nahar və ya axşam yeməklərində şorba seçimi edin. Lif məzmunu yüksək tərəvəz şorbalar toxluq hissinizi daha tez olmasını təmin edəcəkdir. Xüsusilə uzun müddət ac qaldıqdan sonra əvvəlcə qətiliklə şorba ilə qidalanmalısınız. Qətiliklə hazır şorbalardan istifadə etməyin. Ev şəraitində hazırllanmış şorba daha məsləhətlidir. Şorbadakı duz miqdarına fikir verilməlidir.

6-Axşam yüngül yeməklər ilə qidalanın.
Xüsusilə axşam yeməklərində tərəvəz kimi yüngül qidaları seçim etməniz pəhriz tutmasanız belə kilo vermənizə köməkçi olacaqdır. Yağ miqdarı yüksək, souslu yeməkləri seçim etmək yerinə su və lif tərkibli kalorisi aşağı mövsümə uyğun tərəvəzləri seçməniz kilo vermənizə kömək olacaqdır.

7-Tam taxıllıları seçin.
Hal-hazırda bir çox məhsular alternativ şəkildə hər yerdə  tapılır. Makaron, düyü və çörək növlərində kəpəkli olanları (qansızlıq probleminiz yoxdur isə) seçim edə bilərsiniz. Ayrıca çörəkdə tam buğda, tam çovdarlı alternativ yenə seçim edilə bilərsiniz. Bu şəkildə həm daha az qida istehlak etmiş, həm də daha uzun müddət toxluq hissini hiss edəcəksiniz. Ayrıca bu alternativləri seçim edən xolesterolu yüksək olan insanlarda,  xolesterol səviyyələrində düşmələr olduğu edilən araşdırmalar ilə göstərilmişdir.

8-Doğru içkilər ilk seçiminiz olsun.
Evinimizdə televizor qarşısında bir şeylər içmək vərdişi hamımızda vardır. Xüsusilə axşam saatlarında hərəkətsiz qaldığımız zaman kalori almağımıza səbəb olur. Bunun qarşısını almaq üçün öz içkimizi özümüz hazırlayaq. Az şəkər əlavə edilmiş limonad içərisinə nanə və dondurulmuş çiyələk əlavə edərək kefli bir içki hazırlaya bilərsiniz. Bu şəkildə gündə ortalama 450 kalori daha az almış olacaq və bir ay içərisində alma riskiniz olan 2,5 kilodan xilas olmuş olacaqsınız. Doğru içki xaricində doğru stəkan seçimi də əhəmiyyətlidir! Ölkəmizdə stəkan məsələsində hər hansı bir standart yoxdur. Hazır içkiləri son zamanlarda daha böyük stəkanlardan içməmiz gündəlik aldığımız kalorinin artmasına səbəb olur. Uzun boylu və kiçik stəkanlar yerinə qısa və geniş stəkanları seçim etməlisiniz.

9-Dar paltarlar seçim edin.
Mümkünsə bədəninizi yüngül sıxan paltarlar seçməlisiniz. Az da olsa kilo aldıqda bunun hiss etmək çox əhəmiyyətlidir. Bu şəkildə psixoloji olaraq narahatlıq hissiyyatı keçirəyəcəyinizdən yediklərinizə dərhal diqqət etməyə başlayacaqsınız. Hər bədən ölçüsünə uyğun paltarınız varsa, böyük ölçülü olan paltarlarınızı ehtiyacı olan birilərinə hədiyyə edə bilərsiniz. Bir digər əhəmiyyətli xüsusiyyət isə sizi sıxan və nəfəs ala bilməyəcək qədər kiçik paltar geyinməniz mənasına gəlməməlidir. Bu şəkildə çox dar paltar geyildiyində bədəninizin şəkli zaman içərisində istəmədiyiniz şəkildə dəyişəcəkdır.

10-boşqablar kiçildin.
Boşqabı kiçiltmək arıqlamaq üçün edə biləcəyiniz ən praktiki addımdır. Boşqab kiçiltmə boşqabınızdaki sağlam olmayan qidaları çıxarmaq, ayrıca gün ərzində istehlak etdiyiniz zərərli qidalardan uzaq durmaq mənasına gəlməlidir. Bu şəkildə çəkinizin yavaş-yavaş azaldığını görəcəksiniz.


Şərhlər: 15
Baxılıb: 1372
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Faydalı məsləhətlərdir. Həm bu məsləhətlərə əməl edib, həm də idman etməklə sağlam şəkildə arıqlamaq mümkündür.

...666...
1 avqust 2015 19:32
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
PehPehriz saxlamiram az az yeyirem, buda meni kokeltmir, tesekkur.
1 avqust 2015 08:48
# 14
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
EsmaNur
heqiqeten bu qaydayla ariqlamaq asan olar
1 avqust 2015 01:29
# 13
VIP
Yatmag mümkün deyil mənim ücün uşaglar imkan vermir amma hamilə vaxtı boşqabımı nəlbəki boyda biraz nəlbəkidən yekə secmişdim böyük uşagım olandan sonra cox arıglamışdım
1 avqust 2015 01:26
# 12
Başımın üstündə Allah,yanımda ailəm olsun.
WiRiN BaLaM
ehtiyacım yoxdur boyuma görə narmaldır çəkim......arıqlamaq isdeyen xanımlar yararlana bilər bu xəbərdən.
1 avqust 2015 01:15
# 11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
yarpaq33
Bir az kok idim bu istide iwtahdan kesilmiwem demey olarki 5-6 kilo vermiwem 5 kilo da versem super olar
31 iyul 2015 23:56
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Bebiw
Men gun erzinde worbalar ve su qebul
edirem cox effektlidi))
31 iyul 2015 23:10
# 9
sowu
sadecə mən
Arıqlamağın ən sağlam yolu pəhrizsiz arıqlamağdı.Arıqlamaq üçün edilən pəhrizlər mənə görə sağlamlığa ziddir.
31 iyul 2015 22:19
# 8
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
emis
menim ucu ariqlamaq prablem deyil ama indiyene hec ehtiyac olmayib cunki usaqlar sagolsun buna imkan yaratmayiblar ki bacilari kokelsin) hemise meni formada saxlayiblar, goren deyir ki, ne edirsen hemise bu cekide qalirsan deyirem cox yox 1 ce hefte gelin bizde qalin goreceksiz manikenden ariq olacaqsiz) bunlarin hamsina demek olar ki emel edirem ariqlamaga gore yox ama nedense bele verdis elemisem su ile aram yaxsidi yasil caylada onu kimi bunlarda birce yatmaq mende prablemdi yata bilmirem.
31 iyul 2015 22:10
# 7
ayka
etrafimda ariqlamaga ehtiyaci olan cox insan var ona gore oxudum deyerem burdakilara emel etsinler malum benim hic kilom yox kilolulara da yardim etmek istiyom 09
31 iyul 2015 21:51
# 6
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Nergız33
Offfffff neynesemde arıqlaya bilmirem
31 iyul 2015 21:51
# 5
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
qanadli melek
Artiq pehrize ehtiyacim yoxdu
31 iyul 2015 20:45
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
Arıqlamaq istiyən xanımlar üçün faydalıdı amma gəlin unutmuyaq ki hamının orqanizması fərqlidi bu pəhriz kimsə üçün xeyirli olsada kimse üçün əks təsir edə bilər ona görədə öncə dietoloqla məsləhətləşin.təşəkkürlər
31 iyul 2015 20:39
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Pehrizsiz ariqlamaga ustunluk verirem. En yaxsi usulu axsam saat 6 dan sonra hec ne tememekdir.
31 iyul 2015 20:30
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
pehrizel ehtiyacim yoxdu onsuzda nejni insanam
31 iyul 2015 20:11
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz