Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pəhriz saxlamaq nə üçün çətindir?
Pəhriz saxlamaq nə üçün çətindir?
Göndərən: Nazlı_qız
Şərhlər: 7
Baxılıb: 698
Səs ver:
Pəhriz üçün ilk şərt həvəs və hədəfdir. Bəzi vaxtlar həvəsiniz azalırsa, onu necə qaytarmağı bilirsinizmi? Bu məqalə məhz bunu üçündür.

Pəhriz saxlamaq, çəki vermək

Arıqlamaq həqiqətən də çətin bir mərhələdir. Pəhriz ilk vaxtlarda işə yarayıb, çəki verdiyimizi görəndə həvəsimiz artır. Ancaq bir müddət sonra pəhrizə davam etmək çətinləşir və çəki verməyimizin sürəti azalır. Pəhrizi pozmaqla davam etmək arasında gedib-gəlirik. Pəhrizin saxlanmasından daha çətin vaxt məhz budur, bəzən atdığımız çəkiləri də geri ala bilərik.

Bu mərhələni hamımız yaşayırıq. Həvəsdən düşdüksə pəhrizi buraxırıq. Bunun səbəblərini başa düşək ki, növbəti pəhrizdə eyni problemləri yaşamayaq.

Pəhriz vaxtı çəki atmağınız yavaşlaya bilər.

Pəhrizə başladığımız ilk vaxtlar çəki çox getsə də daha sonralar bu göstərici azalır. Hətta bəzən idman da kömək etmir. Maddələr mübadiləmiz orqanizmimizin qərarlarına uyğun fəaliyyət göstərir. Yəni biz az yesək o az həzm edəcək. Buna görə də pəhrizin lap əvvəlindən bunu nəzərə alıb, pəhriz boyunca da həvəsdən düşməməyiniz lazımdır.

Lap  tez-tez acmağa başladınız?

Pəhrizin ilk vaxtları ac qalsanız da, acmırsınız, lakin vaxt getdikcə pəhriz qidaları sizi doydurmur. Arıqlama davam etdikcə vücudda şəkərin səviyyəsi qalxar, bu baxımdan dietoloqla məsləhətləşin, ara paylara nəsə əlavə etməklə bu problemi həll edə bilərsiz.

Eyni qidalar sizi yorar

Pəhriz hər fərd üçün fərqlidir və insanın öz istəkləri üzərindən qurulmalıdır. Fəqət hər gün şirniyyat, tort, dondurma, yağlı qızartmalar da yeyərək arıqlaya bilməzsiniz. Çox darıxdırıcı hiss etdiyiniz vaxtlar dietoloqunuzla məsləhətləşərək həftədə bir və ya iki dəfə arzuladığınız qidalardan yeyə bilərsiniz. Pəhriz cədvəlinizə fərqli nələrsə əlavə edə bilərsiniz. Məsələn axşamlar meyvə əvəzinə yarım simit, meyvəli yoqurt, kəpəkli qurabiyə yeyə bilərsiniz.  

Elə hey pəhriz?!

Əlbəttə ki, pəhriz uzun və çətin prossesdir. Mütəmadi olaraq pəhrizdə olduğunuzu fikirləşmək sizdə psixoloji məhdudiyyət hissini yaradar. Və yorularsınız. Ona görə də siz pəhrizdə deyilsiniz ki, siz sadəcə sağlam qidalanırsınız və bu sağlam həyat tərzinə xidmət edir.

Ətrafdakıların yorucu fikirləri

Pəhrizə başlayandan sonra ətrafınızdakılar çox çəki itirdiyiniz görüb sizə "üzün çöküb artıq, pəhrizi burax, çox tez arıqladın bu qədər bəsdir” –kimi sözlər deyəcəklər.  Bunlar da sizi həvəsdən sala bilər. Amma siz əvvəldən dietoloqunuzdan soruşun nə qədər çəki atmaq lazım olduğunu və belə məsləhətlərə qulaq asmayın.

Pəhriz qurtaranda yenə kökələcəm fikri

Orqanizmanız çəki yığmaq üçün ən xırda səhlənkarlığı belə dəyərləndirib piy ehtiyatı yığacaq. Fəqət arzuladığınız çəkiyə çatıb onda sabit 6-7 ay qaldıqdan sonra necə qidalanmağınızdan aslı olmayaraq çəkiniz artmayacaq.

Bir həftə pəhrizi pozsanız həvəs azala bilər

Təbii ki, heç kimin həyatı qüsursuz deyil, bunun xəstələnməyi var, işi, yorğunluğu var. Bu mərhələdə çəki artar, hətta əvvəlkindən artıq çəki ala bilərik. Buna görə həvəsdən düşmək lazım deyil. Çünki o hamının başına gəlir, pəhriz cədvəlinə heç kim dəqiq şəkildə əməl edə bilmir, mütləq arada bir çatışmazlıq olması təbiidir. Pəhrizi pozandan sonra heç bir şey olmamış kimi davam edin. Bir müddət sonra əlavə çəkilərin yox olduğunu görəcəksiniz.

Pəhriz saxlamamaq üçün bəzi bəhanələr

Bu həftə idmana gedə bilmədim, imkan olmadı, vaxt olmadı, evdən uzaqdaydım və s. Bu kimi fikirlər əslində bəhanədir. Bunların əvəzinə nə üçün pəhriz saxlamalı olduğunuzu xatırlayın və bir an öncə pəhrizə davam edin.  

Pəhrizi necə pozmayaq?

Çəki vermək hədəfinizi qısa vaxtda və az qoyun. Məsələn 100 kq-la başlamışsınızsa iki ayda 7-8 kq verməyi planlaşdırın. Sonra 92 kq çəki ilə pəhrizə başlayın. Təzə pəhriz formaları sınayın. Eyni soyutmaları yeməyin. Məsləhətlə yeni qidalar əlavə edin. Pəhrizi pozmaq dünyanın sonu deyil. Pozmusunuzsa da heç nə olmamış kimi yenidən başlayın. Gün ərzində istədiyiniz, arzuladığınız qidaların cədvəlini tutaraq dietoloqunuza deyərək necə yeyə biləcəyiniz öyrənin. Səbəb yaratmaq əvəzinə həllini tapın. Özünüzlə üzləşin, lazımdırsa psixoloqa müraciət edin.  Bir həftə çəkiniz getməyə bilər, bunu dərd etməyin. Həvəslənmək üçün özünüzü mükafatlandırın, lakin o yemək yox kiçik hədiyyələr olsun.
Hər yerdə pəhrizinizdən danışmayın, bunu xüsusi bir vəziyyət yox, sağlam həyat tərzi kimi qəbul edin. Kənar məsləhətlərə də (mən filan qədər su içdim sən də iç) fikiri verməyin. Özünüzə güvənin!


Şərhlər: 7
Baxılıb: 698
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Pəhriz saxlamaq çətindir. Çünki nəfsimizə güclə sahib çıxa bilirik və iradəmiz çox vaxt güclü olmur.

...666...
30 iyul 2015 13:06
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Pehriz saxlamiram, sadece az yeyirem buda meni qane edir, kokelmirem.
27 iyul 2015 06:15
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
WiRiN BaLaM
Pəhriz yox sadəcə yeməyimi bir müddət azaltdıqa istədiyim formaya düşürəm ..nəfisdəndə çox şey asılıdır insan hər gördüyünə tamah salmamalıdır hər şey normasında gözəldir.
27 iyul 2015 00:26
# 5
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
pehriz saxlamiram saxlayanlarda saxlamadiqda dahada artiq kilo alirlar ona gorede pehrizsiz yemeklerini azaldaraqda ariqlamaq olar

pehriz saxlamiram saxlayanlarda saxlamadiqda dahada artiq kilo alirlar ona gorede pehrizsiz yemeklerini azaldaraqda ariqlamaq olar

pehriz saxlamiram saxlayanlarda saxlamadiqda dahada artiq kilo alirlar ona gorede pehrizsiz yemeklerini azaldaraqda ariqlamaq olar
26 iyul 2015 22:24
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Pehrizden istifade etdiyim zamanlar olub. Hec vaxt bu qidani yemeyecem dedimse yemirem. Pehrizde en onemli olan insanin iradesinin mohkem olmasidir
26 iyul 2015 22:12
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Bebiw
Men de buraz yimeyime fikir verrem bu qeder
26 iyul 2015 21:44
# 2
sowu
eıiyeva gülmaye
Menim formam yerindedi ancaq bu yay deyesen bi damci kilo almisam. İdmana baslamaliyam yene. Tsk
26 iyul 2015 20:45
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz