Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarın əridən qidalar
Qarın əridən qidalar
Göndərən: Nazlı_qız
Şərhlər: 9
Baxılıb: 2672
Səs ver:
Çimərlik mövsümünün yaxınlaşması ilə çəki vermək təlaşı başladı. "Qarınımı əritmək üçün gecikmişəm"- deyirsinizsə, sizlərə gözəl bir xəbərimiz var. Səhv qidalanma və hərəkətsizlikdən qaynaqlanan qarında piylənmə problemi, qarın əridən qidalarla həll oluna bilər. Bu vasitələrlə qarnınızda gözlə görülə biləcək səviyyədə irəliləyiş baş verir. Qarın əridən qidalar və çəki azaldan ipucları bunlardır:

Karbohidratlar
Lazımlı karbohidratlar əsasən qarın əridən qidalarda ilk yerlərdə gəlir. Pəhriz edənlərin imtina etdiyi karbnhidratlarla əslində düz bir qarına sahib ola bilərsiniz. Bu sağlam karbohidratlarla piylərinizin əriməsi sürəti də çoxala bilər. Onun yanında buğda çörəyini qidalanma cədvəlinə salmağınız düzgün qidalanmağınızın ən səfəli yoludur. Ağ çörək yerinə tam tərkibli buğda unundan hazırlanan qara çörək həm dadlı, həm də faydalı gələcək sizə. 2 dilim qara çörəyin tərkibində 8 qr zülal, 6 qr lif var. Lobya və mərci də paxlalı bitkilər ailəsinə daxil olan əhəmiyyətli və sağlam karbonhidrat çeşidlərindən biridir. Bu qidalar da zülal və liflə zəngindir. Ona görə də arıqlamaq üçün paxlalı bitkilərdən gündə heç olmasa bir öynə yeməyiniz məsləhətdir.

Yeməklərin miqdarını yaxşı tənzimləyin
Pəhriz saxlayarkən yeməklərin qlukoza miqdarı da nəzərə alınmalıdır. Qarın əritmək istəyirsinizsə, qlukozası az olan qidalar yeməlisiniz. Tərkibində şəkər olan qidalar qan şəkərini sürətlə endirib yüksəldə bilir. Məsələn, əncir, banan, qarpız, yemiş və üzümün  tərkibində qlukoza çoxdur və taha tez aclıq yarada bilir. Bu meyvələrin yeyilməsi qadağan deyil, amma miqdarını yaxşı tənzimləməlisiniz. Buğda çörəyi, bolqur plovu, süd, yoqurt, quru alma, quru qaysı, şaftalı, armud, quru paxlalı bitkilər qlukozası nisbətən az olanlar qrupuna daxildir.

Zülal qrupundan olan yumurta, omba və qarın piylərini əritmək üçün faydalı qidadır. Sizi tox saxlayar, və piy yandırar, vücud yumurtanı həzm edərkən daha çox kalori yandırır. Amm ayüksək xalistrol ehtimalına qarşı gündə neçə yumurta yeyə biləcəyinizi təyin edin, bunun üçün həkimlə məsləhətləşin.

Kimyon da qarın əritmək üçün faydalıdır. Bir qaşıq kimyonu bir kasa yoqurtun içinə əlavə edib yeyin. Dərəotu və cəfəri vücüdumuzdan köp və toksinləri atmaqla yanaşı qarın nahiyəsindəki piyləri də yandırar. Əlavə olaraq qarın əritmək üçün hər gün 2 ltr su içməyiniz vacibdir, amma açılış su ilıq olsun. Çünki yağ əriməsinə kömək edir.

Qarın əritməyə yarayan qidalardan biri də əslində sevilən bir içki olan qəhvədir. Qəhvə maddələr mübadiləsini sürətləndirərək piy yandırmağa kömək edir. Ancaq qəhvənin südsüz və şəkərsiz olaraq için.

Qarın əridən detoks çayı

Tərkibi: 1 yemək qaşığı gilas sapı, 1 yemək qaşığı quru alma, 1 yemək qaşığı mata çayı, 2 ədəd çubuq darçın, 1 ədəd qərənfil, 2 dilim limon.

Hazırlanması: 500 ml qaynamış suya bitki çaylarını və ədviyyatları əlavə edib, ağzı bağlı şüşə dəmlikdə 8-10 dəqiqə gözlədin. Içərkən süzün və limon dilimi əlavə edin. Gündə 2 fincan için.

Yaşıl çaylı limonad

Tərkibi: 1 yemək qaşığı yaşıl çay, 2 ədəd limon suyu, 1 ədəd limə suyu, 3-4 budaq təzə nanə, 1 çay qaşığı dadlandırıcı, 10-12 ədəd  buz.

Hazırlanması: 1 yemək qaşığı yaşıl çayı 1 su stəkanı qaynamış suda 7-8 dəqiqə dəmləyib süzün. 2 stəkan suya limon suyunu, lime suyunu və yaşıl çayı əlavə edin. Toz dadlandırıcı, buzu və təzə nanəni əlavə edib soyuducuda 30 dəqiqə soyudub için.

Köp azaldan çay

Tərkibi: 1 yemək qaşığı mata çayı, 1 yemək qaşığı jasmin çayı, 1 çay qaşığı şüyüd, 2 ədəd çubuq darçın, 2-3 dilim zəncəfil.

Hazırlanması: 500 ml qaynamış suya bitki çaylarını və ədviyyatları əlavə edib şüşə dəmlikdə 5-6 dəqiqə gözlədin. Içərkən zəncəfil dilimi əlavə edin.  Gündə 2 fincan için.


Şərhlər: 9
Baxılıb: 2672
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
meni_gozle
qarnim yoxdur duz bedenem
11 avqust 2015 14:05
# 9
Catwoman666
Svetokla razıyam. mən də hər zaman arıqlamaq istəyən xanımların idman etmək lazım olduğunu deyirəm.

...666...
29 iyul 2015 21:46
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Aydan Habili
Mata cayi nedi hmmm
25 iyul 2015 00:17
# 7
Bebiw
maraqldid
24 iyul 2015 22:36
# 6
sowu
qanadli melek
Qarnim var bir kokelen kimi cox bilinir
24 iyul 2015 20:51
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Gul_Konul
Heleki ehtiyacim yoxdu ama deyesen olacaq ((
24 iyul 2015 20:18
# 4
BARBI
qarnimi eritmecun vasitelerden istifade etmemisem ..en yaxsi usul idman etmekdir
24 iyul 2015 20:09
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
ehtiyaci olanlar oxusun

ehtiyaci olanlar oxusun
24 iyul 2015 20:03
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Sukur qarnimla bagli problemim yoxdur, istediyim cekide oldugum ucun raziyam, bu caylari da hazirlamaq olar, tesekkur.
24 iyul 2015 20:03
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz