Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan ayının super dietik 5 qidası
Ramazan ayının super dietik 5 qidası
Göndərən: cinqosh
Şərhlər: 12
Baxılıb: 752
Səs ver:
Dietoloq Emre Uzun Ramazan ayında kilo almadan necə bəslənmək lazım olduğundan bəhs edərkən 5 qurtarıcı qidanın sirrlərini açıqlayır.

Normal halda bəslənmə proqramı gün ərzində 3 və ya 4 dəfə yeməyi nəzərdə tutursa, bu Ramazan ayında 2 dəfəyə düşür; günəşin çıxmasından batmasına qədər ac qalır insan. Bu müddət ərzində yemək yeyilmədiyinə görə axşam vaxtı çox yemək yeyildiyində kilo artımı problemləri ortaya çıxır. Belə problemlər yaşamamaq üçün dietoloq xüsusilə sahur vaxtı yeməyini qəti ötürməməyi, mütləq ağır və yağlı yeməklərdən, kafein tərkibli kofe və kakao içkilərindən uzaq durmağı vurğuluyur. Yay aylarında artan istilər səbəbindən sahurda və iftardan sonra ara verərək bol su içilməsini tövsiyə edir.

Qadınlar.biz Ramazan ayında kilo almağınızı önləyəcək və sizi tox tutacaq super dietik 5-liyi açıqlayır:

1.Yumurta
Ana südündən sonra ən keyfiyyətli proteinə sahib olan yumurta tox tutmaqda əvəzedilməz qida növüdür. Az kalorili, yüksək protein tərkibli yumurtanı sahurda qaynadılmış halda və ya qayğanaq bişirərək yemək toxluq müddətini artırmış olacaq.


2. Buğda çörəyi
Tez doymanıza kömək edən buğda çörəyi karbohidrat qrupundan bir qida olduğu üçün uzun müddət tox qalmağınıza kömək edəcək.


3. Süd və süd məhsulları
Sahurda süfrənizdə süd və süd məhsullarına yer ayırsanız, toxluq müddətinizi uzatmaqla bərabər, tərkibindəki kalsiumun yağ yandırıcı təsirindən də faydalanmış olacaqsınız.

4. Salatlar
Kökəlmək istəməyən və toxluq müddətini uzatmaq istəyən hər kəsin süfrəsində yer alması vacib olan salatlar həm də orqanizminizi vitaminsiz qoymayacaqdır. Lakin salatları sirkə və ya limonla hazırlamaq lazımdır.


5. Darçın
Qan şəkərini tənzimləyən, immuniteti sürətləndirən darçın möcüzə ədviyyatlar arasındadır. Ramazan ayı boyunca darçından bol miqdarda istifadə etmək toxluq müddətini artıracaq. Darçını süddə, qatıqda, su və ya çayınızda istifadə edə bilərsiniz.

Yay aylarında keçən Ramazanda aclıqdan daha önəmli olan susuzluqdur. Su içməklə bərabər, tərkibində su çox olan qidalardan da faydalanmaq lazımdır.Susuzluğumuzuöldürəcək qidaların kralı isə qarpızdır. Tam bir yay meyvəsidir, az kalorili olduğundan kilo almağınızın da qarşısını almış olacaq.


Şərhlər: 12
Baxılıb: 752
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
men oruc tutmuram. burda qeyd olunan mehsullarin her biri coxxx faydalidir
2 iyul 2015 16:29
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
EsmaNur
men orucluq vaxti kokelirem duzgun qidalanmiram deye..yazilanlara da emel edirem
1 iyul 2015 16:14
# 11
aliceWOnDer
Esasen yumurta vacibdi orucluq ayinda..
1 iyul 2015 02:37
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
qanadli melek
Yazilanlardan sud mehsullarinan istifade edirem iftarda,qatiq cox xeyirlidi

Yazilanlardan sud mehsullarinan istifade edirem iftarda,qatiq cox xeyirlidi
30 iyun 2015 20:49
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Happy
Oruc tutanlarimizin orucu qebulolunsun InshAllah. Faydali melumat uchun teshekkurler
30 iyun 2015 20:27
# 8
Nergizz
hec acmiram bolluca suzuram, iftari acanda bilmirem su icim kompot icim,ya cay icim,hamsin icrem sorada olurem,,kop verir,,,sahurda yumurtada yeyrem,ama bugunen sabah tutmuram,,heyfim gelir tutmadgim gunume,,inwallah qezasin tutacam,ALLAH butun oruc tutanlarin orucun qebul elesin
30 iyun 2015 20:26
# 7
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
rəmsə
Çox gözəl məsləhətlərdi.Demirlərki,arıqlamaq niyəti ilə oruc tutun.Sadəcə oruc tutanlara faydalı qidaları sadalayıblar.Mən də yumurta yeyirəm sahurda,ən azından bir dənə.Darçını da çox sevirəm istifadə də edirəm,ama tox tutduğunu bilmirdim.Buz kimi qarpız da iftarda vazgeçilməzimdir,bir də köp yaratmasa əla olar.
30 iyun 2015 20:19
# 6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Bu ayda ariqlamaq un oruc tutmaq gunahdir. Allah yolunda tutulmalidir.
30 iyun 2015 20:08
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Leylican
yumurta ve salatlari bilirdim digerlerini yox
faydali meslehetlerdir 01
30 iyun 2015 20:07
# 4
SEBR....
Dosta_inam
Teşekkür faydalı meslehet üçün.
30 iyun 2015 20:05
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
Yumurtanı bilirdim amma digər məhsulları yox,oruc tutan hər müsəlmana faydalı xəbərdir))
30 iyun 2015 20:05
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
yani pes derim kimse Ramazan ayinda oturub ariqlamaq yadaki kokelmey barede dushunurse yemeklerinde o insanlara sadege baxib gulmek kecer yaziq deyergesine
30 iyun 2015 20:04
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz