Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həftənin pəhrizi: Yaşıl tərəvəzlər
Həftənin pəhrizi: Yaşıl tərəvəzlər
Göndərən: aliceWOnDer
Şərhlər: 12
Baxılıb: 1397
Səs ver:
Bu nədir?
"Yaşıl” pəhriz sizə arıqlamaq üçün arzuuladığınız nəticəyə çatmaqda kömək olar, eyni zamanda da orqanizminiz üçün detoks təsiri bağışlayar. Bu isə ona görədir ki, yaşıl tərəvəzlər tərkibində toksinləri xaric edən liflər mövcuddur.
Yaşıl pəhrizin çoxsaylı müsbət tərəflərindən biridə qanda şəkərin səviyyəsini normal həddə çatdırmasıdır.

"Yaşıl” pəhrizin prinsipləri
Sağlıqlı "Yaşıl” pəhriz üçün yerdə qalan məhsulların hamısından imtina etmək olmaz. Bu pəhrizi - orqanizmi zülal və yağla zənginləşdirəcək, öz-özlüyündə də xeyirli sayılan digər məhsullarla birgə həyata keçirmək lazımdır. Süd məhsulları, balıq, ət və yumurta bu tip məhsullara misal ola bilər. Bu rasionu saxlamaqla tədricən lazım olan formaya çatmaq olar. Beləki birdən birə çəkinin itirilməsi, orqanizm üçün heç də xeyirli olmayacaq. Dəyişikliyi, pəhrizə başladıqdan 2-3 həftə sonra duya biləcəksiz.

Meyvələrdən yeyə biləcəkləriniz bunlardır: yaşıl alma, armud, üzüm, kivi, avokado.

Tərəvəzlərdən isə bunları yeməyə icazə var: kələm, xiyar, yaşıl lobya , yaşıl bibər, eyni zamanda da göyərtilər ( cəfəri, yaşıl soğan, və digərləri).

Düyü, qarabaşaq, qarğıdalı, banan, kərə yağı, xama kimi məhsullardan uzaq durmaq məsləhətlidir.

Yemək qəbulunu elə planlaşdırmaq lazımdır ki, gün ərzində 6-7 dəfə yemək qəbul edəsiniz.

Nümunə menyu
Səhər yeməyi – yulaf sıyığı və ya yağsızlaşdırılmış kəsmik, 1 stəkan yağsızlaşdırılmış kefir,yaşıl alma və ya kivi.
Lanç – yağsız yoqurt, və ya yaşıl meyvə ( alma, kivi ,üzüm) və ya "yaşıl” salat (tərkibi xiyar, kələm, yaşıl soğan və başqa məhsullar) kərə yağı ilə.
Nahar – zeytun yağı ilə "yaşıl” salat, qaynadılmış balıq və ya toyuğun döş əti, alma şirəsi və ya yaşıl çay.
Qəlyənaltı – "yaşıl” meyvə salatı.
Şam - buxarda bişmiş kabaçki göyərti ilə, 1-2 gündən bir isə yanına toyuq sinəsi və ya balıq da əlavə etmək olar.

EHTİYYATLI OLUN!
Öz rasionunuza yaşıl məhsullar əlavə etməzdən öncə, verilmiş pəhrizin yarada biləcəyi əks təsirlərə diqqət edin. Mütəxəssislər bu pəhrizi çoxlu miqdarda lifli məhsulları qəbul etməyən orqanizmlərə məsləhət görmürlər. Mədə-bağırsaq traktının xroniki xəstəliklərində də bu pəhrizdən istifadə məsləhət görülmür. Eləcə də hamilə qadınlara və süd verən analara.


Şərhlər: 12
Baxılıb: 1397
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
cinqosh
eləd də ağır pəhriz deyil. adi gündəlik normal qidalanmadı.yaşıl meyvə-tərəvəz təkcə pəhriz saxlayanlara yox,hamımıza lazımdı.təşəkkür.
5 iyun 2015 13:11
# 12
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Luna-90
Armud.uzum.avakado en kalorili meyvelerdi bu nece pehrizdi
4 iyun 2015 23:27
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Antikvar
Pəhrizlə işim yoxdu,amma menyuya nəzər yetirdikdə bir çox ərzaqların pəhriz saxlayanlar üçün deyil saxlamayanlar üçündə faydalı qidalardı sağlamlıq baxımından)tşk.
4 iyun 2015 23:23
# 10
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
pehriz etmirem her xesteliklerede pehriz etmek olmaz
4 iyun 2015 22:55
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
men pehriz saxlamiram pehriz saxlamaga da ehtiyac duymuram
4 iyun 2015 22:46
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
yarpaq33
Pehriz daxlaya bilmirem hec inanmiramda
4 iyun 2015 21:46
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Hec pehriz saxlamiram cunki pehriz orqanizme ziyandir. Maddeler mubadilesini pozur
4 iyun 2015 20:55
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
adsiz-a
istiyirem ariglamaq amma hec cure alinmir 58kil
oyam,5kilo ariqlamaq isterem
4 iyun 2015 20:53
# 5
Fialka
Ehtiyac olmasa da sağlıqlı yaşam üçün faydalı məsləhətlərdi) ancaq üzüm də banan kimi artıq çəki yarada bilən meyvələrdəndir)
4 iyun 2015 20:47
# 4
Dosta_inam
Qeyd edildiyi kimi ehtiyatli olmaq lazimdir,ama faydali ola biler ariqlamaq isteyen xanimlara,mene ehtiyac yoxdur,olduğum kimi besimdir,ne artiq çeki ne eksik çeki istemirem.
4 iyun 2015 20:22
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ALESSANDRA
arıqlamağa ehtiyacım yoxdu belə normalam tşk)
4 iyun 2015 20:22
# 2
Don't trust anyone ∆
Tomris Müslümova
coxlari ucun bu problem ola biler ama menim diet saxlamagim yedima gelmir cunki men kilo almaq istiyenlerdenem
4 iyun 2015 20:15
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz