Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir günə 1 kq çəkini necə atmaq olar?
Bir günə 1 kq çəkini necə atmaq olar?
Göndərən: Nazlı_qız
Şərhlər: 15
Baxılıb: 4024
Səs ver:
Bəzən elə hallar olur ki, sabahkı gün üçün heç olmasa bir kq artıq çəkidən belə qurtarmaq lazım olduğunu dərd edirik. Bu dəfə sizlərə, bahalı arıqlama vastələri və trenajor zallarından istifadə etmədən, çox faydalı və sağlam formada artıq çəkidən azad olmaq haqqında bir neçə üsul təqdim edəcəyəm. Özünüzə uyğun hesab etdiyinizi seçməklə elə  sabaha bir kq azalmış çəki ilə durmağın sevincini yaşayacaqsınız.

Birinci üsul (qarışıq içki və yüngül meyvə-tərəvəz salatı)
Bütün gün ərzində-səhər, günorta və axşam siz şəfa içkisini qəbul etməlisiniz.

"Şəfa İçkisi"nin hazırlanması- 1st ayran, 1x/q un halına salınmış qarabaşaqla qarışdırılır.Bu həqiqətən də şəfa içkisidir. O həzmi normallaşdırır və damarları təmizləyir. Bu içki həmçinin sağlam arıqlamaq istəyənlər üçün də idealdır. Qalan qidaları isə yüngül meyvə-tərəvəz salatıları doldurmalıdır (alma və kələm, azca zeytun yağı və s.). Bu üsul nəinki sizi cavanlaşdırıcaq və orqanizmi  şlaklardan təmizləyəcək, həm də sizə qısa zaman ərzində arıqlamağa yardımçı olacaq! Bu cür "boşaldıcı" gün rejimini həftədə bir dəfə  və ya 2 həftədə 1 dəfə sizin sağlamlığınızdan və həyat tərzinizdən asılı olaraq tətbiq etmək olar.

İkinci üsul
Axşamüstü aclıq hiss etdikdə duzəricili qəbul edib (magnium sulfat-Epson duzu, natrium sulfat- Qlauberov duzu), yemək yemədən yatmaq lazımdır. Yatan vaxtı 1-2 dolu stəkan ilıq su içmək tələb olunur. Səhər 3l qələvi su (qazsız) hazırlamaq lazımdır, sonra onu eyni porsiyalara bölüb gün ərzində aralarındakı məsafə eyni olmaqla qəbul etmək tələb olunur. İlk dəfə bu üsulu istifadə edən zaman azca bulantı, baş ağrısı müşahidə oluna bilər. Bu xoşagəlməz hallarla rastlaşmamaq üçün, su bu qayda ilə hazırlanmalıdır: 1 st. isti su ilə 1ç/q bal qarışdırılır, üzərində 1 ç/q təzə sıxıılmış limon suyu əlavə olunur. Bu gündən başlayaraq nahar və şam yeməyinə qatıq və ya zeytun yağı əlavə olunmuş  meyvə və tərəvəz salatları yeyilməlidir. Üsulun düzgün tətbiqi ilə bir gün ərzində 1-2 kq itirmiş olacaqsınız.

Üçüncü üsul (xiyarla boşaldıcı gün)
Tez bir zamanda arıqlamaq üçün başqa bir üsul da mövcuddur. Bunun üçün bütün gün ərzində yalnız bir qidanı- xiyarı qəbul etmək tələb olunur. Gün ərzində 2kq xiyarı 4-6  porsiyaya ayırıb aralarındakı interval eyni olmaqla qəbul etmək tələb  olunur. Tərəvəzi duzlamaq və ya ona nə isə əlavə etmək olmaz. Bundan əlavə gün ərzində daha çox su içmək lazımdır ki, orqaqnizmin su balansı tənzimlənsin. Digər qida və ərəzaqlardan istifadə bu gün qadağandır!

Dördüncü üsul
Kimə gün ərzində ac qalmaq və ya bir ərzaqla qidalanmaq çətin gəlirsə, onlara aşağıdakı pəhriz məsləhət görülür.

Səhər yeməyi; bir qreypfrutun yarısı və ya 2 orta ölçülü alma (yaxşı olar ki, bu pəhriz zamanı yaşıl almadan istifadə olunsun), sürtgəcdən keçirilmiş bişmiş çuğundur, 1ç/q zeytun yağı, 1ç/q limon şirəsi ilə salat hazırlamaq və səhər yeməyini yaşıl çay ilə tamamlamaq lazımdır.

Nahar; 1 fincan isti tərəvəzli bulyon, 100q aşmayan buxarda bişmiş tərəvəz və stəkan təzə ayran (cəfəri, kərəviz və ya şüyüd əlavəli). Naharı itburnu çayı ilə yekunlaşdırmaq. İtburnu çayını hazırlamaq üçün, bir neçə itburnu meyvəsini xırdalayıb ondan 2ç/q götürüb qaynar su əlavə etmək və 5-6 dəqiqə ağzını örtərək dəmə qoymaq lazımdır. Qəbul edən zaman 1ç/q bal əlavə etmək lazımdır.

Şam yeməyi; 150 q porsiyanı aşmadan çiy tərəvəz və didilmiş toyuq sinəsi və ya balıqla salat şam yeməyini təşkil edəcək. Sonda 1 st çay və ya şəkərsiz kofe də qəbul etmək olar.

Həmişə formada olun!


Şərhlər: 15
Baxılıb: 4024
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
EsmaNur
hec duzgun pehriz deyil
27 iyun 2015 23:26
# 15
yaz_yamuru
Bir gune 1 kiloqram ariqlamaq mumkun deyil..!!
27 iyun 2015 20:12
# 14
Nergizz
ne olursa olsun bir gune bir gloqram vermek mumkun olan wey deyil,,hecvxat,,saglam ariqlamaq hamsindan yaxwidi,,
27 iyun 2015 00:02
# 13
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Catwoman666
ariqlamaq ucun saglmaq qidalanmali ve muntezem olaraq idmanla mesgul olmaq lazimdir! ozbasina pehriz saxlamaq duzgun deyil!! men ozum ise ariqlamaga hec ehtiyac duymuram
26 iyun 2015 23:22
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
ariqlamaq isdeyirsinisse idmanla mesqul olun hem saqlamliq cehetcen hemdeki ozunuzu isdediyiniz formaya salmaq baximindan cox gozel usuldur 1 kq deyil isdeses 2-3 kq da cekinizden ata bilersiz asanliqla bir gune
26 iyun 2015 22:46
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Xiyarla olan diyeta cox tehlukelidi cunki xiyar qan wekerini duwiren bir terevezdi men bunu elesem Allah qorusun komaya falan duwerem o biri usulla barede hec ne deye bilmerem twk
26 iyun 2015 22:41
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
aLoNe AnGeL
4 kq kokelmeliyeme arigam twk kokelende ederem 01
26 iyun 2015 21:26
# 9
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
qanadli melek
Hec bir pehrizin bir gune 1kq ariqlatdiqina inanmiram
26 iyun 2015 21:06
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
aliceWOnDer
Bu usul ziyandi, ariqlamaq ucun corekden imtina etmek yeter..
26 iyun 2015 20:45
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Dosta_inam
Çeki almaq ili çeki vermek,bele bir sıxıntım yoxdur,ancaq bu diyeta mene yaxşı tesir bağışlamadı,günde bir kilo arıqladıq deyek,ama diyeta bitenden sonra günde iki kilo geri qayıdacaq,en esası az yemekle istenilen formanı çekini elde etmek daha yaxşı olar,neinki bele orqanizma ziyan vuran diyetalarla,teşekkür.
26 iyun 2015 20:28
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
teri meri
Bu usul ziyanli olar orqanizme tewekkur
26 iyun 2015 20:24
# 5
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Fialka
Bir günə bir kilo vermək sağlamlıq baxımından orqanizm üçün zərərlidir. Ondansa sağlam arıqlama yöntəmlərinin seçilməsi daha yaxşıdır nəinki bu cür)
26 iyun 2015 20:10
# 4
sadecə mən
Lazım deyil o kilo onsuz da geri gələcək həm də qat-qat ziyanla
26 iyun 2015 20:05
# 3
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
BARBI
Gunde bir kilo vermek orqaniz ucun cox ziyandir. O kilonu verdiyin kimi geride alardsan
26 iyun 2015 20:03
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ALESSANDRA
bir güne 1 kilo vere vere hara gedesen? adam axırda taxta olarki..
mence idman en yaxsi üsuldu
çeki almaq ve yaxudda vermey kimi problemim yoxdu
tşk
26 iyun 2015 20:01
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz